"Həkim səhlənkarlığı ucbatından atamı itirdim"
Kriminal 12 İyl 2025 22:15:00 64 0
"Azdrama"ya getmirəm. Elə bil ayağım getmir. "Azdrama" deyəndə teatrın köhnə vaxtları yadıma düşür. Təmirdən sonra teatr tam dəyişib. Bir dəfə getdim, elə bildim başqa yerə gəlmişəm".
Bu xəbəri də oxu: Polis əməliyyatlar keçirdi
Bu sözləri Xalq artisti Telman Adığözəlovun oğlu Tural Adığözəlov "Kaspi" qəzetinə müsahibəsi zamanı bildirib.
Onunla müsahibəni təqdim edirik:
Qəribə, kövrək bir hiss
- İyulun 17-i Telman Adığözəlovun doğum günüdür. Telman Adıgözəlov ad günlərində çox kövrəlirmiş. Həssas olduğu üçün yaşının üstünə yaş gələndə kədərlənirmiş. Əgər sağ olsaydı, 72 yaşını qeyd edəcəkdi...
- Ad günlərini dostlarla, ya ailəvi qeyd edirdi. "Ad günümdə məndə qəribə hiss olur. Qəribə, kövrək bir hiss gəlir mənə", - deyirdi. Ani kövrəlmiş kimi olurdu. Yəqin fikirləşirmiş ki, yaşının üstünə yaş gəlir. İnsan müəyyən yaşa kimi böyümək istəyir, sonra da yaşlanmaq istəmir. İstər həyatda, istər səhnədə arzularını həyata keçirmək üçün vaxt lazımdır. Bəlkə o düşüncə ilə kədərlənirmiş. Yəni ömür gedir...
- Telman Adıgözəlov haqqında çox vaxt "o, komik aktyor idi", - deyirlər. Amma mən hesab eləmirəm ki, o, sırf komik aktyor idi. O, daha çox dramatik rollarda oynayıb. Bəlkə təbiət etibarilə zarafatcıl olduğu üçün yanaşma belə olub?
- Atam deyirdi ki, mən bütün səpkili rolları oynaya bilirəm, təkcə komik rolları deyil. Ramiz Novruzun "Hələ sevirəm deməmişdilər" tamaşasında dramatik rol oynayıb. Mən onda məktəbdə oxuyurdum. Özüm şahidi olmuşam, o tamaşada zalda kövrəlib ağlayanlar vardı. "Tragikomediya həyata daha yaxındır. İnsanın həyatda şən və kədərli günləri var. Bu janr daha maraqlıdır", - deyirdi. Təbiətinə gəlincə, hə, zarafatı sevirdi, amma yerində. Ola bilərdi hansısa şəraitdə yaranan gərginliyi aradan qaldırmaq üçün zarafat etsin. Amma heç kəs deyə bilməz ki, o, yersiz, şit zarafat edib. Atam deyirdi ki, mən insanları yaxşı tanıyıram, hətta heç kimin sözünə qulaq asmayan içkili adamın damarını tuta bilirəm. O, kimlə harada və necə danışmaq, zarafat etmək və ya ciddi olmaq lazımdır, yaxşı bilirdi. Ona görə də insanlar onu sevirdi. Küçə-bacada da hamı onu tanıyırdı. İnsanlarla düzgün münasibət qurmağı bacarırdı.
- Sizcə, bu, onun sənətindən irəli gəlirdi?
- Yox, bu, həyat təcrübəsi idi. Atam uşaqla da, yaşlı ilə də, başqa sahənin adamı ilə də gözəl münasibət qura bilirdi. İndiyə qədər eşitməmişəm ki, kimsə onun haqqında xoşagəlməz bir söz desin. Atam hamıya kömək etməyə çalışırdı, əlindəki son tikəsini də bölməyi xoşlayırdı. Elə adamlar var, heç tanımıram, yaxınlaşıb deyirlər ki, atan filan işi görmüşdü. "Özüm üçün heç kimdən heç nə istəmərəm, amma kiməsə kömək lazımdırsa, gedib xahiş edərəm", - deyirdi. Hara gedirdisə, ünsiyyət qururdu, insanlar özləri ona yaxınlaşır, şəkil çəkdirirdilər. Atam hamı ilə özünə görə rəftar edirdi, insanları tanıyırdı. Amma nədənsə həmişə "təklikdə, kənar bir yerdə, təbiət qoynunda yaşamaq istərəm", - deyirdi.
"Mən səssizcə oturub onlara qulaq asırdım"
- Telman Adıgözəlovla son müsahibəm yaxşı yadımdadır: bir az pessimist görünürdü. Teatr təmirdə olan vaxtlar idi. Təbii, səhnəyə öyrəşən, yaradıcı adam üçün bu, çətin dövr idi. Həmin əhvalı evə də daşıyırdı?
- Yox... O, atamın sənət baxımından əhvalı idi. Yaradıcılıq əhvalı belə idi. Bu, işsiz qalmış kimi bir şeydir. Təsəvvür edin, yeni rollar oynamaq istəyir, amma teatr bağlıdır, oynaya bilmir, tamaşaçı ilə ünsiyyət qırılıb... Olsun ki, əhvalı teatrın ümumi vəziyyətinə görə belə idi. Bu, iş həyatı idi. Adi həyatda fərqli idi, pessimist əhvalda deyildi. Həyatda pozitiv adam idi. Hamı da onu belə tanıyırdı. Aktyorlar ondan mənəvi güc alırdılar. Çünki o, həmişə hamıya mənəvi dəstək olurdu. Mən atamla uşaqlıqdan teatra, tamaşaların premyeralarına gedirdim. Verilişlərində də, səhnəarxası söhbətlərində, aktyorlarla teatrın bufetində görüşlərində də olmuşam. Səyavuş Aslan, Yaşar Nuri və başqa aktyorlar da orada olurdu. Hərəsinin də o balaca kafedə öz yeri vardı. Gəlib oturur, maraqlı söhbətlər edirdilər. Onların bir-biri ilə söhbətləri, deyib-gülməkləri çox xoşuma gəlirdi. Dənizkənarı parkda da bir kafe-çayxana vardı. Aktyorlar oraya da yığışırdı. Atam məni də özü ilə aparırdı. Mən səssizcə oturub onlara qulaq asırdım.
"Bəlkə atam Balakəndə qalsaydı, heç aktyor olmayacaqdı"
- Hər halda sayılıb-seçilən aktyorların sırasına düşmək də atanıza asan başa gəlməyib...
- Atam Balakəndə sadə bir ailədə doğulub. Uşaq olanda Bakıya köçüblər. Atamın uşaqlıqda qolunda yara olub. Həkim deyib ki, Balakən nəmişlik yerdir, yaranın sağalması gec olacaq. Buna görə babam da ailəlikcə Bakıya köçməyi qərara alıb. Bəlkə atam Balakəndə qalsaydı, heç aktyor olmayacaqdı. Bakıya gələndən sonra teatra həvəs göstərib, tamaşalara gedib. Məktəbdə oxuyanda artıq teatrın yolunu tanıyırdı. Gənc Tamaşaçılar Teatrının səhnəsində uşaq rolları oynayırdı. Rayondan gəlmiş bir uşaq beləcə tanınıb. Öz-özünə istedadı və zəhməti ilə yol açıb, sevilib-seçilən aktyorların sırasına düşüb. Atam teatrda çalışmaqla yanaşı, Mədəniyyət və İncəsənət Universitetində də dərs deyirdi.
- O vaxt ölkədə cəmi bir telekanal vardı. "Evləri köndələn yar", "Yaşıl eynəkli adam", "Ordan burdan", "Qonşular"a uşaqdan böyüyə hamı baxırdı.
- "Evləri köndələn yar" gözəl tamaşa idi. Atamın gənclik illərinə düşmüşdü. Kamil onun ən sevimli rollarından idi. Hamı da o tamaşaya baxmışdı. Çünki bir televiziya kanalı vardı. Bu, aktyorların tanınmasına, sevilməsinə səbəb olurdu. Atam deyirdi ki, çalışıram mənə tapşırılan bütün rolları elə oynayım ki, yaddaqalan olsun. Baş rol olmasın, lap ikinci dərəcəli, xırda rol olsa belə, onu elə oynayacağam ki, yaddan çıxmasın. Bu, bəlkə də atamın uşaqlıqdan səhnədə olması ilə bağlı idi. O, uşaqlıqda Gənc Tamaşaçılar Teatrının səhnəsində uşaq rolları oynayıb. Atam kinolara da çəkilmişdi, amma teatrı daha çox sevirdi. Həmişə deyirdi ki, teatr canlıdır, tamaşaçı ilə birbaşa ünsiyyət var, onun reaksiyasını görürsən, bu, mənə çox maraqlıdır.
"Atamın nə ağır xəstəliyi vardı, nə də yataq xəstəsi idi"
Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov AStar TV-yə müsahibəsində

2023-cü il dekabrın 26-da İmişli rayonu, Qaragüvəndikli kəndində, Boztə

"Əgər bir qadın həyatına girdiyi kişinin həyatını dağıdırsa, ai

Cəmiyyət arasında formalaşmış ümumi qənaətə görə, psixi pozuntular d

Ukrayna Prezidenti Volodimir Zelenski BBC-yə müsahibəsində bildirib ki, ölk

İyulun 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə

"Putin bizə nüvə sazişi ilə bağlı heç nə deməyib"

İyulun 11-nə keçən gecə saat 01:54-də (Bakı vaxtı ilə 00:54 - red.) Rus

Dünyaca məşhur fransız lüks brendi Louis Vuitton Böyük Britaniyadakı m�

Bir sıra sosial şəbəkə hesablarında Azərbaycan Respublikasının müdafi�

Çiyələyin acılaşmaması və uzun müddət təzə qalması üçün saxlama q

Acun İlıcalının İngiltərədə 22 milyon funt sterlinq borca girdiyi bildir

ABŞ Dövlət Departamentinin 1300-dən çox əməkdaşı ixtisar edilib.

Zaqatalada 2 yaşlı uşaq çayda boğulub.
