Dünyanın ən nadir qan qrupu kəşf edildi
Dünya 11 İyl 2025 19:36:00 60 0
Fransız alimlərin apardığı adi bir qan testi gözlənilməz tibbi sirri üzə çıxarıb - Qvadelupadan olan bir qadının qanında indiyədək məlum olmayan, planetin ən nadir qan qrupu aşkar edilib.
Bu xəbəri də oxu: Atası ilə səfərə getmək qadağan olundu
Son.az xarici mediaya istinadla xəbər verir ki, "Qvada-mənfi" adlandırılan bu yeni qan qrupu elm dünyasına tanınmış 48-ci qan qrupu kimi daxil olub.
Maraqlıdır ki, qadının qanı heç bir donor nümunəsi ilə uyğun gəlməyib - hətta onun doğma qardaşlarının qanı belə. Həkimlərin dediyinə görə, bu unikal qan o qədər fərqlidir ki, uyğun donor tapmaq mümkün olmayıb.
Qadının qanı ilə bağlı sirrin açılması üçün alimlər genetik analizlərə müraciət edib. 20 mindən çox geni əhatə edən ekzom ardıcıllığı vasitəsilə PIGZ adlı bir gendə mutasiya aşkarlanıb. Bu gen hüceyrə membranında mühüm molekulların qurulmasında iştirak edən fermenti kodlayır. Nəticədə, qan hüceyrələrinin səthində fərqli bir antigen meydana çıxır - bu da "Qvada-müsbət" və "Qvada-mənfi" adlı yeni qan növlərinin yaranmasına səbəb olub.
Hal-hazırda qadın "Qvada-mənfi" qan qrupunun dünyadakı yeganə tanınmış daşıyıcısıdır. Alimlər laboratoriyada gen redaktə texnologiyası ilə bu mutasiyanı yenidən yaradaraq tapıntılarını təsdiqləyiblər. Onun qanına uyğun donor tapmaq isə hələ də mümkün deyil.
Fidan Son.az
Mingəçevir Dövlət Universitetinin (MDU) prorektoru vəzifədən azad olunub.

Aparıcı Nanə Ağamalıyeva verilişdə başına gələn hadisəni tamaşaçı

İyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə Azərb

Odessa sahilində istirahət edən sakinlərdən biri mobil telefonu ilə çəkd

Dünyaca məşhur ulduz Cennifer Lopez iyulun 23-də Antalyada konsert verəcək

Yay mövsümündə sevilən meyvələrdən biri olan qarpızın seçimi qədər

Bu gün İqtisadi Şuranın iclası keçirilib.

İndoneziyada dəhşətli hadisə baş verib.

İyulun 12-də gözlənilən tibbi-meteoroloji proqnoz açıqlanıb.

Türkiyəli komediya aktyoru Alpay Erdemin səhnə çıxışında Naxçıvanla

ABŞ Prezidenti Donald Tramp açıqlama verib.

Bir neçə gün əvvəl Binəqədi rayonu Xocasən qəsəbəsində baş vermis f

Türkiyəli müğənni Hadisənin dünənki konserti sosial mediada geniş müza

Astroloqlar Zodiak bürcləri arasında ən saf və aldadılmağa meyilli olanla

Türkiyənin "Terrorsuz Gələcək" hədəfinə doğru atdığı ən �
