"ƏbuDabi görüşü bütün regionun gələcəyi üçün mühüm bir mərhələ oldu"
Siyasət 11 İyl 2025 19:04:00 66 0
İyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə Azərbaycanın Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında baş tutan görüş regionun gələcəyi üçün mühüm bir mərhələ oldu.
Bunu Trend-ə açıqlamasında politoloq Azər Qarayev deyib.
"Bu görüşün ən fərqli cəhəti onun vasitəçilərsiz, yəni tamamilə iki ölkə rəhbərinin iradəsinə əsaslanan formatda keçirilməsi idi. Beləliklə, danışıqlarda hər hansı üçüncü tərəfin maraqları deyil, yalnız region ölkələrinin - Azərbaycan və Ermənistanın milli maraqları ön planda dayanırdı. Bu görüş həm formatına, həm də məzmununa görə mühüm əhəmiyyət kəsb edir. Konstruktiv ab-havada keçən müzakirələr, sülh gündəliyinin əsas istiqamətləri üzrə aparılan açıq və məzmunlu dialoq bir daha göstərdi ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan regionda sabitlik və təhlükəsizlik naminə prinsipial və ardıcıl siyasət yürüdür", - o bildirib.
A.Qarayev qeyd edib ki, Əbu-Dabi görüşünün gündəliyində regionun gələcəyi üçün həlledici əhəmiyyət kəsb edən üç əsas istiqamət ön plana çıxıb. Bunlar sərhədlərin delimitasiyası, Zəngəzur dəhlizinin açılması və inkişafı və sülh sazişinin paraflanması olub.
"Sərhədlərin delimitasiyası ilə bağlı əldə olunan əvvəlki nailiyyətlərin dəyərləndirilməsi, bu prosesin davam etdirilməsi üçün dövlət komissiyalarına tapşırıqlar verilməsi rəsmi Bakının münaqişədən sonra yaranmış yeni reallıqları beynəlxalq hüquq çərçivəsində tam şəkildə rəsmiləşdirmək niyyətinin göstəricisidir. Bu, eyni zamanda, Ermənistanın bu reallığı qəbul etməyə məcbur qaldığını da sübut edir. Zəngəzur dəhlizi məsələsi isə Azərbaycanın regional kommunikasiya layihələrindəki strateji liderliyini bir daha nümayiş etdirdi. Bu dəhlizin açılması təkcə iki ölkə arasında deyil, ümumilikdə regionda iqtisadi inteqrasiyanın və logistik potensialın artması deməkdir. Azərbaycan dəhlizin təkcə öz maraqları üçün deyil, bütövlükdə Cənubi Qafqazın rifahı üçün önəmli olduğunu dəfələrlə bəyan edib və bu məsələdə təşəbbüskar kimi çıxış edir", - o bildirib.
Onun sözlərinə görə, sülh sazişinin paraflanması ilə bağlı aparılan məzmunlu müzakirələr isə artıq danışıqların son mərhələyə yaxınlaşdığını göstərir.
"Prezident İlham Əliyev bu prosesin başlanğıcından etibarən ardıcıl və prinsipial mövqe sərgiləyərək Ermənistanla münasibətlərin normallaşması istiqamətində iradə ortaya qoyub. Bu görüşdə də Azərbaycan tərəfi konkret nəticələrə yönəlmiş dialoqun tərəfdarı olduğunu nümayiş etdirdi", - o bildirib.
Politoloq qeyd edib ki, Əbu-Dabi görüşü bir daha göstərdi ki, Azərbaycan regional gündəliyin əsas müəyyənedicisidir.
"Siyasi reallıqlar fonunda Prezident İlham Əliyev proseslərə təkcə iştirakçı deyil, həm də təşəbbüskar lider kimi rəhbərlik edir. Dövlətimizin başçısı post-münaqişə dövründə regionda davamlı sülh və əməkdaşlıq mühitinin formalaşması üçün həm ikitərəfli, həm də çoxtərəfli platformalarda fəal diplomatiya yürüdür. Vasitəçilərsiz keçirilən bu görüş Azərbaycanın Ermənistana və beynəlxalq ictimaiyyətə bir mesajı idi: Bakı artıq diqtə olunan danışıqlar formatına deyil, bərabərhüquqlu və açıq siyasi dialoqa üstünlük verir. Bu, həm də Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etdikdən sonra yeni mərhələyə - münasibətlərin bərpası mərhələsinə keçmək üçün real və siyasi cəhətdən güclü mövqedə olduğunu nümayiş etdirir", - o bildirib.
A.Qarayev vurğulayıb ki, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən görüşün yekunlarına dair yayılan bəyanatda qeyd olunur ki, ikitərəfli formatda danışıqlar normallaşma prosesi ilə bağlı bütün məsələlərin həlli üçün ən səmərəli yoldur.
"Bu, dolayısı ilə əvvəlki illərdə nəticəsiz qalan və əsasən xarici vasitəçilərin maraqlarına xidmət edən formatlardan fərqli olaraq, real nəticəyə hesablanan bir yanaşmadır. Həmçinin görüşdə tərəflər etimad quruculuğu tədbirlərinin davam etdirilməsi barədə razılığa gəliblər. Bu cür razılaşmalar gələcəkdə qarşılıqlı inamın formalaşması və davamlı sülh üçün zəruri olan psixoloji və sosial zəminin hazırlanmasına xidmət edəcək", - o bildirib.
Politoloq qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri görüşün təşkilinə görə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyana təşəkkür ediblər. Bu təşəkkür sadəcə diplomatik etiket deyil, həm də BƏƏ-nin regionda neytral, amma dəstəkverici rola sahib ola biləcəyini göstərir: "Əbu-Dabi görüşü Cənubi Qafqazda sülh prosesinə yeni coğrafi və siyasi nəfəs gətirdi".
Onun sözlərinə görə, Əbu-Dabidə baş tutan bu tarixi görüş Cənubi Qafqazda yeni bir mərhələnin başlanğıcı sayıla bilər.
"İlk dəfə vasitəçilərsiz keçirilən, açıq və nəticəyönümlü bir formatda aparılan danışıqlar göstərdi ki, Azərbaycan öz siyasi iradəsi, diplomatik təşəbbüskarlığı və prinsipial mövqeyi ilə regionda sülhün əsas aparıcı qüvvəsinə çevrilib. Prezident İlham Əliyevin liderliyində Azərbaycan bu prosesi təkcə öz maraqları üçün deyil, həm də regionun təhlükəsizliyi və inkişafı üçün davam etdirir. Əgər qarşı tərəf də eyni səviyyədə siyasi iradə göstərərsə, sülh sazişi yaxın perspektivdə reallaşa bilər", - A.Qarayev əlavə edib.
Odessa sahilində istirahət edən sakinlərdən biri mobil telefonu ilə çəkd

Dünyaca məşhur ulduz Cennifer Lopez iyulun 23-də Antalyada konsert verəcək

Yay mövsümündə sevilən meyvələrdən biri olan qarpızın seçimi qədər

Bu gün İqtisadi Şuranın iclası keçirilib.

İndoneziyada dəhşətli hadisə baş verib.

İyulun 12-də gözlənilən tibbi-meteoroloji proqnoz açıqlanıb.

Türkiyəli komediya aktyoru Alpay Erdemin səhnə çıxışında Naxçıvanla

ABŞ Prezidenti Donald Tramp açıqlama verib.

Bir neçə gün əvvəl Binəqədi rayonu Xocasən qəsəbəsində baş vermis f

Türkiyəli müğənni Hadisənin dünənki konserti sosial mediada geniş müza

Astroloqlar Zodiak bürcləri arasında ən saf və aldadılmağa meyilli olanla

Türkiyənin "Terrorsuz Gələcək" hədəfinə doğru atdığı ən �

Xəbər verdiyimiz kimi, bəstəkar Ruslan Əhmədoğlu Türkiyədə qəfil vəf

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosia

ABŞ Prezidenti Donald Tramp Rusiya ilə bağlı "əsas və böyük bir bə
