Bakıda yas yasa QARIŞDI: qardaşını qəbristanlıqda öldürdü
Kriminal 11 İyl 2025 14:39:00 67 0
CİNAYƏT İŞİ
Bu xəbəri də oxu: Ölümü ilə bağlı cinayət işi açıldı
Qısa arayış...
2022-ci il sentyabrın 7-də Bakının Sabunçu rayonunda qətl hadisəsi olub. Sentyabrın 7-i saat 13:08-də vətəndaş Şəhriyar Allahverdiyev DİN 102 xidmətinə zəng edərək, qəbristanlıqda qohumu Səyyad İsmayılovun bıçaqlanması barədə məlumat verib. Polis və prokurorluq əməkdaşları daxil olan məlumat əsasında əraziyə yollanıblar. Məlum olub ki, hadisə Bakıxanov qəsəbəsində yerləşən "Şəhriyar" adlanan qəbristanlıqda baş verib. Baxış zamanı iştirak edən Mobil İsmayılov aşkar olunmuş kişi meyitinin qohumu Səyyad İsmayılova məxsus olduğunu bildirib. Meyitdən bir az kənarda bir ədəd oraq və bıçaq aşkar edilib. Cinayəti törədən 1966-cı il təvəllüdlü Siyavuş İsmayılov həmin gün saxlanılıb. Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.
İstintaqla müəyyən edilib ki, sentyabrın 7-i saat 13 radələrində Siyavuş İsmayılov mərhum qohumu Gündüz Məmmədovun dəfn mərasimində iştirak edən zaman aralarındakı ədavətə görə küsülü olduğu doğma qardaşı Səyyad İsmayılovla mübahisə edib. Səyyad İsmayılov Siyavuşu söyərək, bıçaqla onun üzərinə hücum edib. Bu zaman o, aktiv müqavimət göstərib Səyyadın əlindən kəsici aləti alıb. Buna baxmayaraq Səyyad İsmayılov yerdən götürdüyü kürəklə yenidən Siyavuşun üzərinə hücum edəndə, o, yerdə olan oraqla qardaşına 2 dəfə zərbə endirib. Nəticədə Səyyad ölüb.
İş üzrə dindirilmiş Siyavuş İsmayılov bildirib ki, qardaşı Səyyad valideynlərinə məxsus evi sataraq, onun payına düşən pul vəsaitini verməyib:
"Sentyabrın 7-də yeznəmin qardaşı Əlövsət Qəmbərov mənə zəng edərək, Gündüz adlı qohumumuzun Bakıxanov qəsəbəsində yerləşən qəbristanlıqda dəfn mərasimi olacağını dedi. Qəbristanlığa gələndə çoxlu sayda qohumlarımı, həmçinin, uzun müddət görüşmədiyim qardaşım Səyyadı gördüm. Qardaşım çox qəzəbli idi. Mərhum basdırılandan sonra köməkləşərək, tabutu aparıb yük avtomobilinə qoyduq. Səyyad ünvanıma nalayiq ifadələr işlətdi və əlini belinə ataraq, bıçağı çıxardı. Mən cəld bıçağın tiyəsindən tutaraq, aləti qardaşımın əlindən aldım və yerə atdım. Həmin an barmaqlarım kəsildi.
Səyyad bir neçə metr kənarda olan yerdəki kürəyi götürüb, növbəti dəfə üzərimə hücum etdi. Mobil adlı əmim oğlu aramıza girəndə, Səyyadın ilk zərbəsi ona dəydi. Aldığı zərbə nətibəsində o da yerə yıxıldı. Özümü müdafiə etməkdən ötrü yanımda olan oraqla Səyyadı bir neçə dəfə vurdum. Zərbə qardaşımın boğaz nahiyəsinə dəydi. Bundan sonra qaçaraq, avtomobilə əyləşdim və hadisə yerindən uzaqlaşdım".
PKK terror təşkilatının bir qrupunun İraqın Süleymaniyyə bölgəsində t

Rusiya Federasiyasının keçmiş nəqliyyat naziri Roman Starovoit ölümündə

11 iyul 2025-ci il tarixində Azərbaycanın paytaxtı Bakıda HONOR 400 və HON

Rusiyada azərbaycanlı biznesmenlərdən rüşvət alan polislər saxlanılıb

İyulun 5-də Azərbaycandan Krasnodar şəhərindəki müvəqqəti saxlanc anba

KOB-ların və biznesə başlamaq istəyən potensial sahibkarların müvafiq sa

Azərbaycanda pambıq istehsalçılarına məhsulun qəbulu haqqında verilən q

Bakı şəhəri Binəqədi rayonu 30 nömrəli məktəbin ibtidai sinif müəlli

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Dövlət Miqrasiya

Çirkli pulların yuyulması və vergidən yayınma ittihamı ilə həbs edilən
