900dən çox KOB subyekti və potensial sahibkar dövlət dəstəyi ilə biznes üzrə bilik və bacarıqlarını inkişaf etdirib
Digərləri 11 İyl 2025 12:25:00 71 0
KOB-ların və biznesə başlamaq istəyən potensial sahibkarların müvafiq sahədə bilik və bacarıqlara yiyələnməsi, mövcud biliklərinin artırılması və təkmilləşdirilməsi, peşəkar məsləhət xidmətinin göstərilməsi istiqamətində dövlət dəstəyi tədbirləri davam etdirilir.
Bu xəbəri də oxu: Günün qoroskopu: Aşırı işləmədən çəkinin
2025-ci ilin yanvar-iyun aylarında bu məqsədlə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən 70-ə yaxın ödənişsiz təlim təşkil olunub. Təlimlər KOB-ların təlim ehtiyaclarına uyğun olaraq əsasən satış, marketinq, mühasibatlıq, işçi heyətinin idarə edilməsi, brendləşmə, biznesdə innovasiyaların tətbiqi, biznes planın hazırlanması, layihələrin idarə olunması, "yaşıl iqtisadiyyat" və digər mövzuları əhatə edib. Təlimlərdə ümumilikdə Bakı və ölkə regionlarından olmaqla 470-ə yaxın biznes subyekti və potensial sahibkar iştirak edib. Daha çox KOB subyektinin ödənişsiz təlimlərdən yararlanması üçün bəziləri onlayn formatda təşkil olunub.
Eyni zamanda KOBİA-nın yaratdığı video təlim platformasındakı onlayn təlim videolarından 301 nəfər ödənişsiz faydalanıb.
Satış kanallarına çıxış, marketinq, biznesin planlaşdırılması, mühasibatlıq, hüquqi məsələlərlə bağlı KOBİA tərəfindən cari ilin I yarısında 140 sahibkara və biznesə başlamaq istəyən şəxsə peşəkar məsləhət xidməti göstərilib.
Azərbaycanda pambıq istehsalçılarına məhsulun qəbulu haqqında verilən q

Bakı şəhəri Binəqədi rayonu 30 nömrəli məktəbin ibtidai sinif müəlli

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Dövlət Miqrasiya

Çirkli pulların yuyulması və vergidən yayınma ittihamı ilə həbs edilən

Prezident İlham Əliyev Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidməti

Prezident İlham Əliyev bələdiyyələrin vahid informasiya sisteminin yaradı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 11-də Gürcüsta

Prezident İlham Əliyev "Yaşayış minimumu haqqında" qanunda dəyi

"Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində

Masallı Rayon İcra Hakimiyyəti başçısının Masallı şəhər inzibati ər

Prezident İlham Əliyev Milli Onkologiya Mərkəzinin maddi-texniki bazasının
