Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksi belə olacaq


Digərləri 06 İyl 2025 17:47:00 79 0

Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksi belə olacaq

Qarqar çayının sağ sahilində, 6,4 hektar ərazidə Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksi tikiləcək. Artıq Kompleksin layihələndirilməsi işlərinə başlanılıb.

Bunu Trend-in Xankəndiyə ezam olunmuş müxbirinə "Azərbaycan Dəmir Yolları" QSC-in ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev deyib.

O bildirib ki, beşmərtəbəli kompleksin ərazisində 2 dəmir yolu platformasının və 12 avtobus dayanacağının inşası nəzərdə tutulub.

"Kompleksin binası gözləmə zalı, bilet kassaları, tibb məntəqəsi, ana-uşaq otağı, mağazalar, restoranlar, uşaq əyləncə mərkəzi, açıq terras və istirahət guşələrindən ibarət olacaq.

Kompleksin dəmir yolu bölməsi gündəlik 800-1000 nəfər, avtovağzal isə 1000-1200 nəfər sərnişinə xidmət edəcək.

Ətraflı

Kompleksə çay ətrafında bulvar, körpülər, perron altı keçid daxildir. Bundan başqa avtomobil dayanacaqları, elektrik avtomobilləri üçün enerji doldurma cihazları, velosiped yolu və dayanacağı nəzərdə tutulub."

B.Hacıyev qeyd edib ki, Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksi əvvəlki vağzalla müqayisədə şəhər mərkəzinə 4 km daha yaxın məsafədə yerləşir.

"Bu da gələcəkdə şəhər sakinlərinin ictimai nəqliyyata əlçatanlığını təmin edəcək.

Ümumiyyətlə, Bərdə-Ağdam dəmir yolu xəttinin davamı olan Ağdam-Xankəndi dəmir yolu xəttinin uzunluğu 28 kilometr, yan yollarla birlikdə 34,7 kilometrdir. Ağdam-Xankəndi dəmir yolu xətti, o cümlədən 4 körpü, 5 yolötürücü, 3 piyada keçidi, 2 suötürücü boru üzrə layihələndirmə işləri tamamlanıb. Bu dəmir yolu xətti boyunca Əsgəran və Xocalı stansiyalarının, Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin, mühəndis qurğularının, körpülərin, yolötürücülərin, avtomobil, piyada və kənd təsərrüfatı təyinatlı keçidlərin və digər zəruri infrastrukturun tikintisi nəzərdə tutulur. Layihənin icra müddəti 2025-2026-cı illəri əhatə edəcək.

Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Ağdam-Xankəndi dəmir yolu 1979-cu ildə inşa olunub. Qarabağın inkişafına hər zaman böyük diqqət yetirən Ulu Öndər bu regiona dəmir yolu xətlərinin çəkilməsinə xüsusi əhəmiyyət verirdi. Bakı-Yevlax-Xankəndi dəmir yolunun açılması nəticəsində Qarabağın sosial-iqtisadi və mədəni inkişafı daha da sürətlənmişdi", - deyə o qeyd edib.

Aysunun keçmiş ərinin yeni xanımı ilə bu görüntüsü like
  • 06 İyl 17:32  
Şou-biznes Aysunun keçmiş ərinin yeni xanımı ilə bu görüntüsü

Xəbər verdiyimiz kimi, müğənni Aysun İsmayılovanın keçmiş əri Ramil V

arrow Ətraflı
Bakı Sürət Festivalının qalibləri mükafatlandırılıb  FOTO like
  • 06 İyl 17:20  
Digərləri Bakı Sürət Festivalının qalibləri mükafatlandırılıb FOTO

Bakı Sürət Festivalının qalibləri müəyyən olunub.

arrow Ətraflı
Ofelyanın əri ilə bu görüntüsü TƏNQİD OLUNDU  VİDEO like
  • 06 İyl 17:07  
Şou-biznes Ofelyanın əri ilə bu görüntüsü TƏNQİD OLUNDU VİDEO

Xəbər verdiyimiz kimi, müğənni Ofelya Şabanovanın bir müddət əvvəl ə

arrow Ətraflı
Rusiya NATOya hücum edəcək: Kremlin like
  • 06 İyl 16:52  
Digərləri Rusiya NATOya hücum edəcək: Kremlin

NATO-nun baş katibi Mark Rutte "Nyu York Tayms" qəzetinə verdiyi m�

arrow Ətraflı
ABŞdə yaşayan azərbaycanlı aparıcının qızı olacaq like
  • 06 İyl 16:51  
Şou-biznes ABŞdə yaşayan azərbaycanlı aparıcının qızı olacaq

Xəbər verdiyimiz kimi, teleaparıcı və aktrisa Səhər Əkbər ana olmağa h

arrow Ətraflı
Mask Trampla buna görə "düşmən olub" like
  • 06 İyl 16:22  
Dünya Mask Trampla buna görə "düşmən olub"

"ABŞ Prezidenti Donald Trampın ölkənin büdcə kəsirinin artmasına s�

arrow Ətraflı
Bəy gəlini görüb özünü İTİRDİ like
  • 06 İyl 16:07  
Digərləri Bəy gəlini görüb özünü İTİRDİ

Baş tutan toy günlərinin birindən maraqlı görüntü yayılıb.

arrow Ətraflı
""Hizbullah" təslim olmayacaq" like
  • 06 İyl 16:02  
Dünya ""Hizbullah" təslim olmayacaq"

Təhdidlər Hizbullahı təslim olmağa məcbur etməyəcək. Hərəkat həm sü

arrow Ətraflı
Kerem Bursinlə Naomi Kepbell bir arada  FOTO like
  • 06 İyl 15:54  
Şou-biznes Kerem Bursinlə Naomi Kepbell bir arada FOTO

Türkiyəli aktyor Kerem Bursin və məşhur model Naomi Kempbell bir araya gəl

arrow Ətraflı
Durov işçi axtarır: 1 milyon dollar MAAŞ VERƏCƏK like
  • 06 İyl 15:39  
Dünya Durov işçi axtarır: 1 milyon dollar MAAŞ VERƏCƏK

Teleqramda illik 1 milyon dollarlıq maaşı olan yeni iş yeri vakansiyası aç

arrow Ətraflı
Moskva və SanktPeterburq arasında hava əlaqəsi "iflic oldu" like
  • 06 İyl 15:37  
Digərləri Moskva və SanktPeterburq arasında hava əlaqəsi "iflic oldu"

Moskva və Sankt-Peterburq arasında hava əlaqəsi iflic olub.

arrow Ətraflı
Avqustda bu BÜRCLƏRİN cibləri pulla dolacaq like
  • 06 İyl 15:24  
Digərləri Avqustda bu BÜRCLƏRİN cibləri pulla dolacaq

Astroloqlar avqust ayında bəzi bürclərin xüsusi maliyyə uğuru yaşayacağ

arrow Ətraflı
XİN ABŞyə başsağlığı verdi like
  • 06 İyl 15:23  
Siyasət XİN ABŞyə başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ-ın Texas ştatında daşqınlar n�

arrow Ətraflı
Tələbələrin NƏZƏRİNƏ: təhsil haqqı ilə bağlı... like
  • 06 İyl 15:17  
Digərləri Tələbələrin NƏZƏRİNƏ: təhsil haqqı ilə bağlı...

Dövlət İmtahan Mərkəzi "Magistr" jurnalının 4-cü nömrəsind�

arrow Ətraflı
Günəş rekord həcmdə plazma buraxdı like
  • 06 İyl 15:16  
Dünya Günəş rekord həcmdə plazma buraxdı

Bir həftə ərzində Günəş altıncı dəfə 1 milyon km-dən böyük ölçü

arrow Ətraflı