Rusiya NATOya hücum edəcək: Kremlin
Digərləri 06 İyl 2025 16:52:00 69 0
NATO-nun baş katibi Mark Rutte "Nyu York Tayms" qəzetinə verdiyi müsahibədə Çinin Tayvan adasına hücum edəcəyi halında Rusiyanın NATO ərazisinə müdaxilə edə biləcəyi ehtimalını səsləndirib. NATO baş katibi hətta bunun necə baş verəcəyini izah edib: "Çin lideri Si Szinpin rusiyalı həmkarı Vladimir Putinə zəng edəcək və ondan xahiş edəcək ki, Çinin Tayvana hücumu sırasında Rusiya NATO ərazisinə hücum etsin". Mark Ruttenin fikrincə, bu Çinə beynəlxalq aləmin diqqətini Tayvana hücumdan yayındırmaq üçün lazım olacaq. NATO baş katibi səsləndirdiyi ehtimalın qarşısını almaq üçün Şimali Atlantika Blokunun Hind-Sakit okean bölgəsində fəallığının artırılması zərurətini bildirib. Mark Rutte Rusiyanın hücum edə biləcəyi NATO ölkəsinin adını da çəkib. Bu, onun fikrincə, Estoniya olacaq.
Bu xəbəri də oxu: Xankəndidə xüsusi təyinatlı və hərbi geyimlər istehsal olunacaq FOTO
Son.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
"NATO baş katibinin səsləndirdiyi ehtimalın reallaşması mümkündürmü? Çin lideri Si Szinpin Tayvanın ölkəsinə məxsus olduğunu və bu adanın Çinə birləşdirilməsinin zəruri olduğunu dəfələrlə vurğulayıb. Yəni bu hadisə nə zamansa baş verəcək, sadəcə Pekin məsələni həll etmək üçün münasib zaman seçməlidir. Qərbdə həmin "zamanın" nə zaman gələcəyi üzərində düşünürlər.
Çin xarici işlər naziri Van Yi bugünlərdə Brüsseldə Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallasla görüşündə deyib ki, Çin Rusiyanın Ukrayna müharibəsində məğlub olmağını istəmir. Çinli diplomat bunu belə izah edib ki, Rusiyanın müharibədə məğlub olacağı təqdirdə, ABŞ-ın bütün diqqəti Çinə yönələcək. Yəni Vainqtonun diqqəti nə qədər Rusiya-Ukrayna müharibəsi üzərində köklənsə, bu bir o qədər Çinin maraqlarına xidmət edəcək. Bu sözlərdən çıxan digər nəticə odur ki, Çin Tayvanı ələ keçirmək istəyərkən, ABŞ və Avropanın mümkün diqqətinin öz üzərindən yayındırılmasına çalışacaq. Bu məsələnin həllində Pekinin köməyinə Kreml çata bilər. Bu baxımdan NATO baş katibinin ehtimalı bu amilə əsaslanır.
Xəbər verdiyimiz kimi, teleaparıcı və aktrisa Səhər Əkbər ana olmağa h

"ABŞ Prezidenti Donald Trampın ölkənin büdcə kəsirinin artmasına s�

Təhdidlər Hizbullahı təslim olmağa məcbur etməyəcək. Hərəkat həm sü

Türkiyəli aktyor Kerem Bursin və məşhur model Naomi Kempbell bir araya gəl

Teleqramda illik 1 milyon dollarlıq maaşı olan yeni iş yeri vakansiyası aç

Moskva və Sankt-Peterburq arasında hava əlaqəsi iflic olub.

Astroloqlar avqust ayında bəzi bürclərin xüsusi maliyyə uğuru yaşayacağ

Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ-ın Texas ştatında daşqınlar n�

Dövlət İmtahan Mərkəzi "Magistr" jurnalının 4-cü nömrəsind�

Bir həftə ərzində Günəş altıncı dəfə 1 milyon km-dən böyük ölçü

Aktrisa Xəyalə Quliyevanın kulis görüntüsü yayılıb.

Rusiya vətəndaşının xəstəliyə və ya plastik əməliyyata görə xarici

Foto model və müğənni Müjgan Ayxan maraqlı açıqlama verib.

"Bentley" 106 illik tarixində beşinci dəfə loqotipini yeniləyib.
