İlham Əliyev və Sadır Japarov Ağdamın Xıdırlı kəndinin 1ci mərhələsinin açılışında iştirak ediblər


Siyasət 03 İyl 2025 17:48:00 72 0

İlham Əliyev və Sadır Japarov Ağdamın Xıdırlı kəndinin 1ci mərhələsinin açılışında iştirak ediblər

İyulun 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam rayonunun Xıdırlı kəndinin 1-ci mərhələsinin açılışında iştirak ediblər.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, Xıdırlı kəndi Ağdam şəhərinin şimal-qərbində, rayon mərkəzindən 3 kilometr məsafədə yerləşir. 2022-ci ilin oktyabrında kəndin təməlqoyma mərasimində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər. Kəndin layihələndirilən ərazisinin sahəsi 417 hektardan çoxdur. Buraya 1-ci və 2-ci mərhələ üzrə 6 minə yaxın əhalinin köçürülməsi,1498 fərdi evin inşası nəzərdə tutulur.

Birinci mərhələ üzrə layihələndirilən ərazinin sahəsi 170.44 hektardır. Bu mərhələdə kəndə 719 ailənin, ümumilikdə 2951 nəfərin köçürülməsi planlaşdırılır. Birinci mərhələdə kənddə 719 fərdi evin inşası həyata keçirilib ki, onlardan da 263-ü iki, 332-si üç, 121-i dörd, 3-ü isə beş otaqlıdır.

Bundan başqa, kənddə zəruri müasir sosial infrastruktur, o cümlədən inzibati və xidmət binaları tikilib. Burada çoxfunksiyalı inzibati binanın, klub-icma mərkəzinin, tibb məntəqəsinin, təcili tibbi yardım bölməsinin, təhsil və səhiyyə işçilərinin müvəqqəti yaşayışı üçün qonaq evinin, məişət xidməti obyektinin, emalatxananın, tam orta məktəbin, körpələr evi-uşaq bağçasının inşası həyata keçirilib. Kəndin ərazisinin təxminən 20 faizi yaşıllıqlardan ibarətdir.

Prezidentlər İlham Əliyev və Sadır Japarov Xıdırlı kəndi körpələr evi-uşaq bağçasının binasında yaradılan şəraitlə tanış oldular. Kənddə məskunlaşacaq əhali üçün tələbata uyğun inşa olunan körpələr evi-uşaq bağçası 120 yerlikdir. Binada qrup otaqları, musiqi otağı, idman zalları balacaların ixtiyarına veriləcək. Burada uşaqların özlərini rahat və qayğısız hiss etmələri, onların təlim-tərbiyəsi ilə yüksək səviyyədə məşğul olmaq üçün zəruri şərait mövcuddur. Uşaq bağçasının ətrafında yaşıllıq zolaqları salınıb, idman və oyun meydançaları, söhbətgahlar yaradılıb. Binanın damında Günəş panelləri quraşdırılıb.

Azərbaycan və Qırğızıstan prezidentləri Xıdırlı kəndindəki klub-icma mərkəzində oldular. Dövlət başçıları burada yaradılan şəraitə baxdılar. Binada 190 yerlik akt zalı, bufet, rəqs məşqləri, dərnək otaqları və digər inzibati otaqlar yaradılıb. Klub-icma mərkəzində Xıdırlı kəndi ilə bağlı müxtəlif sosial və mədəni tədbirlərin, habelə el şənliklərinin və digər mərasimlərin keçirilməsi üçün hərtərəfli şərait var.

Azərbaycanın və Qırğızıstanın dövlət başçıları Ayköl Manas adına Xıdırlı kənd tam orta məktəbində də oldular.

Əvvəlcə prezidentlər məktəbin həyətində quraşdırılan yurtaya baxdılar. Səyyar yaşayış yeri kimi asanlıqla qurulub-sökülən yurta köçəri həyat tərzi üçün nəzərdə tutulur. Hazırda Mərkəzi Asiyada turizm istiqaməti kimi bir çox türk xalqları yurta turizmini inkişaf etdirirlər.

Sonra dövlət başçıları məktəbdə yaradılan şəraitlə tanış oldular.

Qeyd edək ki, 528 şagird yerlik tam orta məktəbin təməli 2024-cü ilin aprelində Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov tərəfindən qoyulub. Məktəbin binası 5 blokdan, o cümlədən idman zalı blokundan ibarətdir. Ərazisi 2,7 hektar olan məktəb binasında 21 sinif, 2 məktəbəqədər hazırlıq, 2 informatika, 2 texnologiya, 1 hərbi hazırlıq otaqları, 3 laboratoriya, kitabxana, idman və akt zalları, yeməkxana və digər sahələr yaradılıb. Təhsil müəssisəsinin maddi-texniki bazası şagirdlərə biliklərə yüksək səviyyədə yiyələnmək üçün hərtərəfli şərait yaradır. Məktəbin ərazisində həm şagirdlərə, həm də əhaliyə xidmət göstərəcək qaçış zolağı olan geniş idman meydançası, oyun və istirahət sahələri inşa edilib.

Sonra Prezidentlər İlham Əliyev və Sadır Japarov yeni mənzillərə köçən sakinlərlə görüşdülər və onlara evlərin açarlarını təqdim etdilər.

BDYPİdən əlverişsiz hava şəraiti ilə bağlı MÜRACİƏT like
  • 03 İyl 17:45  
Digərləri BDYPİdən əlverişsiz hava şəraiti ilə bağlı MÜRACİƏT

Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava şəraiti ilə bağlı hər

arrow Ətraflı
Zaurun efirində gərgin anlar: Ərarvad qırğına çıxdılar like
  • 03 İyl 17:40  
Digərləri Zaurun efirində gərgin anlar: Ərarvad qırğına çıxdılar

"Bizimləsən" verilişində gərgin anlar yaşanıb.

arrow Ətraflı
Motosikletçiyə yol vermədi, qəzaya səbəb oldu like
  • 03 İyl 17:38  
Digərləri Motosikletçiyə yol vermədi, qəzaya səbəb oldu

Bakıda minik avtomobili və motosikletin iştirakı ilə ağır yol-nəqliyyat

arrow Ətraflı
Mirzə Babayevin 112 illiyinə həsr olunmuş “Limanlar” adlı konsert proqramı təqdim olunub  FOTO like
  • 03 İyl 17:35  
Kriminal Mirzə Babayevin 112 illiyinə həsr olunmuş “Limanlar” adlı konsert proqramı təqdim olunub FOTO

Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Xalq artisti Mirzə Babayevin

arrow Ətraflı
Türkiyədə inflyasiya səviyyəsi açıqlandı like
  • 03 İyl 17:31  
Digərləri Türkiyədə inflyasiya səviyyəsi açıqlandı

Türkiyədə 2025-ci ilin iyun ayında istehlak qiymətləri indeksi (İQİ) ill

arrow Ətraflı
ABŞnin Azərbaycandakı yeni müvəqqəti işlər vəkili təyin olundu like
  • 03 İyl 17:18  
Siyasət ABŞnin Azərbaycandakı yeni müvəqqəti işlər vəkili təyin olundu

ABŞ-nin Azərbaycandakı yeni müvəqqəti işlər vəkili təyin olunub.

arrow Ətraflı
İzmirdə güclü meşə yanğınları: 42 mindən çox insan təxliyə edildi like
  • 03 İyl 17:06  
Digərləri İzmirdə güclü meşə yanğınları: 42 mindən çox insan təxliyə edildi

Türkiyənin İzmir vilayətində geniş meşə yanğınları yaşayış yerlər

arrow Ətraflı
Luqanskın keçmiş meri partlayışda öldü like
  • 03 İyl 17:00  
Dünya Luqanskın keçmiş meri partlayışda öldü

Luqanskın keçmiş meri Manolis Pilavov partlayışda həlak olub.

arrow Ətraflı
Narsist xüsusiyyətləri ilə seçilən 4 BÜRC  Özünü hər kəsdən üstün sayır like
  • 03 İyl 16:55  
Digərləri Narsist xüsusiyyətləri ilə seçilən 4 BÜRC Özünü hər kəsdən üstün sayır

Bəzi bürclər xarakterlərinə görə özlərinə heyran olmaqla yanaşı, dai

arrow Ətraflı
İmtahan nəticələri elan olundu like
  • 03 İyl 16:50  
Digərləri İmtahan nəticələri elan olundu

Məlum olduğu kimi, 2025-ci il 29 iyun tarixində Dövlət İmtahan Mərkəzi t

arrow Ətraflı
Mossad rəhbəri: “12 günlük müharibədə İrana ciddi ziyan vurmuşuq” like
  • 03 İyl 16:45  
Dünya Mossad rəhbəri: “12 günlük müharibədə İrana ciddi ziyan vurmuşuq”

İsrailin kəşfiyyat xidməti Mossad-ın rəhbəri David Barnea bildirib ki, ö

arrow Ətraflı
Ötən ay Şəmkirdə su anbarında batan Aliyənin meyiti tapıldı like
  • 03 İyl 16:25  
Digərləri Ötən ay Şəmkirdə su anbarında batan Aliyənin meyiti tapıldı

Ötən ay Şəmkirçay su anbarında batan 20 yaşlı qızın meyiti tapılıb.

arrow Ətraflı
Prezident İlham Əliyev XankəndiŞuşa kanat yolunun inşası üçün seçilmiş əraziyə baxıb like
  • 03 İyl 16:15  
Siyasət Prezident İlham Əliyev XankəndiŞuşa kanat yolunun inşası üçün seçilmiş əraziyə baxıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 3-də Xankəndi-�

arrow Ətraflı
"Ayrılıb həmin qadına ərimi hədiyyə edim?" like
  • 03 İyl 16:13  
Şou-biznes "Ayrılıb həmin qadına ərimi hədiyyə edim?"

Müğənni Leyla Rəhimova ailəsinin dağılmasından danışıb.

arrow Ətraflı