ABŞnin Azərbaycandakı yeni müvəqqəti işlər vəkili təyin olundu
Siyasət 03 İyl 2025 17:18:00 91 0
ABŞ-nin Azərbaycandakı yeni müvəqqəti işlər vəkili təyin olunub.
Bu xəbəri də oxu: Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Füzuli rayonuna səfərə gəlib
Trend ABŞ səfirliyinə istinadən xəbər verir ki, bu vəzifəyə Emi Karlon təyinat alıb.
Məlumata görə, Emi Karlon bu həftə Bakıya gəlib.
Qeyd edilib ki, Emi Karlon ABŞ-nin Azərbaycandakı səfirliyində missiya rəhbərinin müavini vəzifəsini 23 iyun 2025-ci ildə öz üzərinə götürüb. O, ABŞ Dövlət Departamentində Ali Diplomatik Xidmətin üzvüdür.
O, iyun 2022-ci ildən avqust 2024-cü ilədək Diplomatik Xidmət İnstitutunun Siyasi Təlim bölməsinin direktoru işləyib. Onun son təyinatlarına Şərqi Asiya Sakit Okean Məsələləri Bürosunda Avstraliya, Yeni Zelandiya və Sakit Okean Adaları idarəsində direktor müavini (2020-2022), ABŞ-nin Yunanıstan, Afinadakı səfirliyində siyasi müşavir vəzifələri (2016-2019) daxildir. O, İndoneziya, Avstriya, Rusiyada, habelə Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri Bürosunda, Qlobal Kadr İdarəetmə Bürosunda, eləcə də Narkotiklərlə Mübarizə və Hüquq-Mühafizə Məsələləri Bürosunda xidmət edib.
Emi Karlon Oklahoma Universitetində Biznesin idarə edilməsi ixtisası üzrə bakalavr dərəcəsinə və Harvard Universitetinin Con F. Kennedi adına Dövlət İdarəetmə İnstitutunda Dövlət siyasəti ixtisası üzrə magistr dərəcəsinə yiyələndikdən sonra 1999-cu ildə ABŞ Dövlət Departamentində diplomatik xidmət əməkdaşı kimi işləməyə başlayıb. O, iyun 2020-ci ildə Milli Müdafiə Universitetinin Eyzenhauer adına İnstitutunda Milli Resurs Strategiyası ixtisası üzrə magistr dərəcəsinə yiyələnib.
Türkiyənin İzmir vilayətində geniş meşə yanğınları yaşayış yerlər

Luqanskın keçmiş meri Manolis Pilavov partlayışda həlak olub.

Bəzi bürclər xarakterlərinə görə özlərinə heyran olmaqla yanaşı, dai

Məlum olduğu kimi, 2025-ci il 29 iyun tarixində Dövlət İmtahan Mərkəzi t

İsrailin kəşfiyyat xidməti Mossad-ın rəhbəri David Barnea bildirib ki, ö

Son 20 ildə Azərbaycan beynəlxalq əhəmiyyətli konfranslara, forumlara və

Ötən ay Şəmkirçay su anbarında batan 20 yaşlı qızın meyiti tapılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 3-də Xankəndi-�

Müğənni Leyla Rəhimova ailəsinin dağılmasından danışıb.

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən Du

Yekaterinburqda 2001, 2010 və 2011-ci illərdə baş vermiş cinayət işləri

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif İqtis

İyulun 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbə

Özbəkistan və Azərbaycan arasında möhkəm qardaşlıq və dostluq əlaqəl

Ailə münasibətlərində baş verən dəyişikliklər, xüsusilə boşanma, t�
