Azərbaycan və Özbəkistan prezidentləri Xankəndidəki “Businesstex JV” tikiş fabrikinin fəaliyyəti ilə tanış olublar


Siyasət 03 İyl 2025 15:46:00 74 0

Azərbaycan və Özbəkistan prezidentləri Xankəndidəki “Businesstex JV” tikiş fabrikinin fəaliyyəti ilə tanış olublar

İyulun 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Xankəndi şəhərindəki Azərbaycan-Özbəkistan birgə müəssisəsi olan "Businesstex JV" tikiş fabrikinin fəaliyyəti ilə tanış olublar.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, fabrikdə müxtəlif növ parçadan 150 çeşiddə kişi, 300 çeşiddə qadın və 150 çeşiddə uşaq geyimləri istehsal olunur. Gələcəkdə kişi köynəklərinin, xüsusi təyinatlı və hərbi geyimlərin istehsalı planlaşdırılır. Hazırda fabrikdə hər gün 2500 ədəd müxtəlif trikotaj məhsulları istehsal edilir ki, bu rəqəmin 10 minə çatdırılması nəzərdə tutulur. Məhsulların 80 faizinin müxtəlif ölkələrə ixracı həyata keçiriləcək. Layihənin ilkin mərhələsi üzrə peşəkar təlim keçmiş 250 nəfər hazırda işlə təmin olunub. Ümumilikdə müəssisədə 500 iş yerinin yaradılacaq. Fabrikdə əsasən işğaldan azad edilmiş ərazilərə qayıdan və ətraf rayonlarda yaşayan vətəndaşlar işlə təmin olunurlar.

Müəssisədə icra olunan layihənin ilkin investisiya dəyəri 6 milyon manat təşkil edir, xammal tədarükü üçün birgə sənaye əməkdaşlığı həyata keçirilir. Fabrik yerli, Türkiyə, Özbəkistan və Çin xammalı əsasında fəaliyyət göstərir. Müəssisənin qurulmasına İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) tərəfindən 3.5 milyon manat güzəştli kredit ayrılıb, təqribən 640 min manat məbləğində ƏDV və gömrük rüsumlarından azadolma tətbiq edilib. Müəssisənin fəaliyyəti regionda qeyri-neft ixracının artımına əhəmiyyətli töhfə verəcək.

Qeyd edək ki, Xankəndi tikiş fabrikinin qurulması Azərbaycan və Özbəkistan arasında iqtisadi və investisiya əməkdaşlığının dərinləşdirilməsinə dair iki ölkənin dövlət başçılarının tapşırıqları əsasında həyata keçirilib. Azərbaycan-Özbəkistan birgə müəssisəsi olan bu tikiş fabriki ölkələrimiz arasında uğurlu əməkdaşlığın rəmzidir. Layihə ölkəmizdə yüngül sənayenin inkişafı üçün yeni imkanlar yaratmaqla yanaşı, Azərbaycan ilə Özbəkistan arasında ənənəvi dostluq və iqtisadi tərəfdaşlıq əlaqələrinin inkişafına xidmət edir.

AzərbaycanÖzbəkistan qardaşlığı: Tarixdən müasir əməkdaşlığa like
  • 03 İyl 15:31  
Siyasət AzərbaycanÖzbəkistan qardaşlığı: Tarixdən müasir əməkdaşlığa

Özbəkistan və Azərbaycan arasında möhkəm qardaşlıq və dostluq əlaqəl

arrow Ətraflı
Boşanma zamanı kredit borclarını kim ödəməlidir?  Vəkil AÇIQLADI like
  • 03 İyl 15:30  
Digərləri Boşanma zamanı kredit borclarını kim ödəməlidir? Vəkil AÇIQLADI

Ailə münasibətlərində baş verən dəyişikliklər, xüsusilə boşanma, t�

arrow Ətraflı
81 yaşlı Orhan Gencebaydan sevgi etirafı  FOTO like
  • 03 İyl 15:24  
Şou-biznes 81 yaşlı Orhan Gencebaydan sevgi etirafı FOTO

Məşhur müğənni və aktyor Orhan Gencebay yeni görüntüləri ilə gündəm

arrow Ətraflı
Əfqanıstanın Baş nazirinin müavini Füzuliyə gəlib  FOTO like
  • 03 İyl 15:23  
Siyasət Əfqanıstanın Baş nazirinin müavini Füzuliyə gəlib FOTO

Əfqanıstanın Baş nazirinin müavini Əbdül Qəni Baradar İqtisadi Əməkda

arrow Ətraflı
“Amazon”un anbarlarında robotlar üstünlük qazanır like
  • 03 İyl 15:19  
Digərləri “Amazon”un anbarlarında robotlar üstünlük qazanır

"Amazon"un anbarlarında robotların sayı sürətlə artır. 

arrow Ətraflı
Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana səfər gəlib  FOTO like
  • 03 İyl 15:00  
Siyasət Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana səfər gəlib FOTO

Qırğız Respublikasının Prezidenti Sadır Japarov İqtisadi Əməkdaşlıq T

arrow Ətraflı
Ölən direktor Hökümənin bibisi oğlu imiş  FOTO like
  • 03 İyl 14:50  
Digərləri Ölən direktor Hökümənin bibisi oğlu imiş FOTO

Xəbər verdiyimiz kimi, Naxçıvanda məktəb direktoru Adim Yusibov faciəvi �

arrow Ətraflı
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Füzuli rayonuna səfərə gəlib like
  • 03 İyl 14:25  
Siyasət Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Füzuli rayonuna səfərə gəlib

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev İqtisadi Əməkda�

arrow Ətraflı
Şimali Kipr Türk Respublikasının Prezidenti Füzuli rayonuna gəlib like
  • 03 İyl 14:22  
Siyasət Şimali Kipr Türk Respublikasının Prezidenti Füzuli rayonuna gəlib

Ölkəmizdə səfərdə olan Şimali Kipr Türk Respublikasının Prezidenti Ers

arrow Ətraflı
Ermənistan parlamentində qarşıdurma like
  • 03 İyl 14:19  
Digərləri Ermənistan parlamentində qarşıdurma

Ermənistan parlamentində gərginlik yaşanıb.

arrow Ətraflı
Türkiyədə yanğınların qarşısı niyə alına bilinmir? like
  • 03 İyl 14:05  
Digərləri Türkiyədə yanğınların qarşısı niyə alına bilinmir?

Türkiyədə bir neçə gündür ki, davam edən meşə yanğınlarının sönd�

arrow Ətraflı
İlham Əliyev Xankəndidə Rəşid Meredovu qəbul edib like
  • 03 İyl 13:57  
Siyasət İlham Əliyev Xankəndidə Rəşid Meredovu qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 3-də Xankəndid�

arrow Ətraflı
İlham Əliyev Xankəndidə Zəfər parkında görülən tikinti işləri ilə tanış olub  FOTO like
  • 03 İyl 13:54  
Siyasət İlham Əliyev Xankəndidə Zəfər parkında görülən tikinti işləri ilə tanış olub FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 3-də Xankəndid�

arrow Ətraflı
İmtahan binalarını DİN mühafizə edəcək like
  • 03 İyl 13:51  
Digərləri İmtahan binalarını DİN mühafizə edəcək

İyulun 6-da II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə

arrow Ətraflı