Azərbaycanın Rus icması azərbaycanlılara qarşı Rusiya güc strukturlarının qəddar davranışını pisləyir
Siyasət 29 İyn 2025 18:06:00 70 0
Azərbaycanın Rus icması Yekaterinburqda Rusiya güc strukturlarının qəddarlığını qətiyyətlə pisləyib.
Bu xəbəri də oxu: Zakir Həsənov Pakistana başsağlığı verdi
Son.az xəbər verir ki, bu barədə icmanın bəyanatında deyilir.
Bəyanatda xatırladılır ki, iyunun 27-də Yekaterinburqda hüquq-mühafizə orqanları əməkdaşlarının hərəkətləri nəticəsində Azərbaycanəsilli vətəndaşlar - Azərbaycan və Rusiya vətəndaşları həlak olub və xəsarət alıblar.
"Azərbaycanın Rus icması həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir və baş verənlərlə bağlı ciddi narahatlığını ifadə edir. Biz vəzifəli şəxslər tərəfindən hər hansı qanunsuz və qeyri-mütənasib, xüsusilə də insanların ölümünə səbəb olan hərəkətləri qətiyyətlə pisləyirik. Cinayətkarlıqla mübarizə vacib vəzifədir, lakin o, qanun çərçivəsində, hər kəsin hüquq və ləyaqətinə hörmətlə aparılmalıdır. İnsan tələfatına səbəb olan güc tətbiqi hüquqi dövlətdə yolverilməzdir. Yekaterinburqdakı hadisələr fonunda xüsusilə narahatedicidir ki, hakimiyyətin ayrı-ayrı nümayəndələrinin məsuliyyətsiz hərəkətləri səbəbindən müttəfiq və dostluq əlaqələri ilə bağlı olan dövlətlər arasındakı münasibətlər zərər çəkir", - icma bildirib.
Bəyanatda vurğulanır ki, xüsusilə Rusiyanın tarixi və mədəni əlaqələri olan xalqlara qarşı qəddarlıq və ayrı-seçkiliyin təzahürləri məyusedicidir: "Biz cinayətkarlıqla mübarizə bəhanəsi ilə etnik qrupların damğalanmasına qəti şəkildə qarşıyıq. Anlayışların dəyişdirilməsi və "etnik cinayətkarlıq" terminindən istifadə bərabərlik və millətlərarası etimadın əsaslarını sarsıdan təhlükəli presedentdir. Azərbaycanda insanlara qarşı belə qəddar davranış təsəvvüredilməzdir. Burada dövlətdən tutmuş cəmiyyətə qədər bütün səviyyələrdə rus mədəniyyətinə və dilinə hörmətlə yanaşılır. Rus məktəbləri, teatrları, mədəniyyət mərkəzləri fəaliyyət göstərir. Rusdilli vətəndaşlar özlərini cəmiyyətin tam hüquqlu üzvü hiss edirlər. Son ayların hadisələri getdikcə daha narahatedici tendensiya formalaşdırır. Əvvəllər bizi Qazaxıstanın Aktau şəhərində Bakıdan Qroznıya uçan "Azərbaycan Hava Yolları" aviaşirkətinin "Embraer 190" sərnişin təyyarəsinin qəzaya uğraması faciəsi sarsıtmışdı. O zaman həm də Azərbaycan vətəndaşları həlak olmuş və xəsarət almışdılar. İndiyədək Rusiyanın rəsmi strukturlarından nə üzrxahlıq, nə də aydın izahat gəlməyib. Belə susqunluq dost dövlətin vətəndaşlarının həyatına və ləyaqətinə etinasızlıq kimi qəbul edilir. Azərbaycanın Rus icması Yekaterinburqda baş verənlərin obyektiv və şəffaf araşdırılmasına çağırır. Biz əminik ki, aşkarlıq, ədalət və insan həyatına hörmət böhranın aradan qaldırılması və xalqlarımız arasında əlaqələrin möhkəmləndirilməsi üçün əsas olmalıdır".
Bir neçə gün əvvəl Tovuz rayonunda fəaliyyət göstərən ictimai iaşə o

"SpaceX"in Texas ştatının cənubunda keçirdiyi uğursuz raket test

"Məni çarmıxa çəksələr, yandırsalar belə, yalan danışmaram"

Yeni bir araşdırmaya görə, Günəş sisteminə təsadüfi şəkildə yaxınl

Yay mövsümü başlayandan artıq çoxları istirahət planları qurur, məzuni

"DREAM FEST 2025" beynəlxalq musiqi festivalı iyulun 23-dən 26-dək

Ukrayna Prezidenti Vladimir Zelenski ölkəsinin piyada əleyhinə minaların is

Goranboyda mikroavtobusla minik avtomobili toqquşub, azı beş nəfər yaralan�

Türkiyənin sevilən aktrisalarından Hilal Altınbilekin növbəti layihəsi b

Milli Məclis sədrinin birinci müavini Əli Əhmədovun başçılığı ilə p

"İsrailin hücumlarından sonra saatlarla dağıntılar altında qaldım&q

Avropanın aparıcı ortoped və fizioterapevtləri skoliozun (onurğa sütununu

1980-ci illərdə Birləşmiş Millətlər Təşkilatının Kosmos Müqaviləsin

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
