İlon Maskın uğursuz "Starship" testləri Meksikanı qəzəbləndirdi


Dünya 29 İyn 2025 17:54:00 66 0

İlon Maskın uğursuz "Starship" testləri Meksikanı qəzəbləndirdi

"SpaceX"in Texas ştatının cənubunda keçirdiyi uğursuz raket testləri Meksikanın rəsmi etirazına səbəb olub. Meksika prezidenti Klaudia Şeynbaum bildirib ki, testlər nəticəsində yaranan ətraf mühit çirklənməsi ilə bağlı iddialar araşdırılır və hüquqi addımların atılması nəzərdən keçirilir.

Son.az qaynarinfo.az-a istinadən xəbər verir ki, Şeynbaum mətbuat konfransında çıxışı zamanı qeyd edib: "Burada həqiqi bir çirklənmədən bəhs edirik. Bu hadisələr sadəcə texniki nasazlıq deyil, həm də regional ekoloji təhlükəsizlik kontekstində qiymətləndirilməlidir".

Etirazlara səbəb olan hadisə ötən həftə "SpaceX"in Starbase adlı obyektində baş verən partlayışdır. Statik alışma testi öncəsi hazırlıqlar zamanı "Starship" raketlərindən biri böyük gurultu ilə partlayıb. Hadisədə insan itkisi olmasa da, ətrafa yayılan qalıqlar səbəbilə bölgədə təhlükəsizlik tədbirləri gücləndirilib və əhali üçün müvəqqəti uzaq durma çağırışı edilib.

Starbase mərkəzi ABŞ-ın Texas ştatının cənub ucunda, Meksika sərhədinə çox yaxın yerləşir. Ən yaxın Meksika yaşayış məntəqəsi olan Matamoros qəsəbəsi cəmi 13 kilometr məsafədədir. Bu yaxınlıq baş verən qəzaların beynəlxalq xarakter almasına səbəb olur.

Son partlayış "Starship" proqramında yaşanan texniki problemlərin nümunəsidir. Son altı ayda bir neçə oxşar hadisə baş verib. Yanvar ayında keçirilən yeddinci test uçuşu zamanı raketdəki təzyiq sistemində sızma və yanğın baş verib, nəticədə Karib dənizi sahillərinə qədər qalıqlar yayılıb. Martda mühərrikdəki nasazlıq səbəbilə uçuş yarımçıq dayandırılıb və raket havada partlayıb. May ayında isə atmosferə qayıdış zamanı sızma nəticəsində nəzarət itirilib və raket havada parçalanıb.

Bu hadisələrdən sonra ABŞ-ın Federal Aviasiya İdarəsi (FAA) təhlükəsizlik səbəbilə Florida ştatının bəzi bölgələrində müvəqqəti uçuş qadağası tətbiq edib.

Meksika tərəfində isə ətraf mühitlə bağlı narahatlıqlar güclənməkdədir. Tamaulipas əyalətinə yaxın bölgədə raket sınaqlarının təsiri ilə bağlı rəsmi araşdırma başladılıb. Yerli ekoloji təşkilatlar "Starship" testlərinin təbii həyatı təhlükə altına atdığını, xüsusilə Texasın Boka Çiça sahillərindəki həssas ekosistemə mənfi təsir göstərdiyini bildirirlər.

Meksikalı rəsmilər bildirirlər ki, sərhədin o tayından qaynaqlanan bu təsirlər yalnız ABŞ-ın daxili məsələsi sayıla bilməz. Prezident Şeynbaum da bu mövqeni bölüşərək qeyd edib: "Hansı hüquqi addımların atıla biləcəyini qiymətləndiririk. Məsələ təkcə qalıqlarla bağlı deyil, uzunmüddətli təsirlər də nəzərə alınmalıdır".

"Məni çarmıxa çəksələr, yandırsalar da yalan danışmaram" like
  • 29 İyn 17:44  
Şou-biznes "Məni çarmıxa çəksələr, yandırsalar da yalan danışmaram"

"Məni çarmıxa çəksələr, yandırsalar belə, yalan danışmaram"

arrow Ətraflı
Günəş sisteminə yaxınlaşan təsadüfi ulduzlar Yeri təhdid edə bilərmi? like
  • 29 İyn 17:35  
Digərləri Günəş sisteminə yaxınlaşan təsadüfi ulduzlar Yeri təhdid edə bilərmi?

Yeni bir araşdırmaya görə, Günəş sisteminə təsadüfi şəkildə yaxınl

arrow Ətraflı
Uşaqlı qadınların əlavə məzuniyyət günləri nə qədərdir? like
  • 29 İyn 17:27  
Digərləri Uşaqlı qadınların əlavə məzuniyyət günləri nə qədərdir?

Yay mövsümü başlayandan artıq çoxları istirahət planları qurur, məzuni

arrow Ətraflı
Rus sənətçilər "DreamFest"dən çıxarıldı like
  • 29 İyn 17:15  
Digərləri Rus sənətçilər "DreamFest"dən çıxarıldı

"DREAM FEST 2025" beynəlxalq musiqi festivalı iyulun 23-dən 26-dək

arrow Ətraflı
Ukraynanın Ottava Konvensiyasından çıxdı like
  • 29 İyn 17:04  
Dünya Ukraynanın Ottava Konvensiyasından çıxdı

Ukrayna Prezidenti Vladimir Zelenski ölkəsinin piyada əleyhinə minaların is

arrow Ətraflı
Goranboyda mikroavtobusla minik avtomobili toqquşdu  xəsarət alanlar var like
  • 29 İyn 16:54  
Digərləri Goranboyda mikroavtobusla minik avtomobili toqquşdu xəsarət alanlar var

Goranboyda mikroavtobusla minik avtomobili toqquşub, azı beş nəfər yaralan�

arrow Ətraflı
Meteohəssas insanlar üçün PROQNOZ like
  • 29 İyn 16:45  
Digərləri Meteohəssas insanlar üçün PROQNOZ

Sabahın tibbi-meteoroloji proqnozu açıqlanıb.

arrow Ətraflı
Türkiyənin sevilən aktrisasının yeni serialı məlum oldu like
  • 29 İyn 16:22  
Şou-biznes Türkiyənin sevilən aktrisasının yeni serialı məlum oldu

Türkiyənin sevilən aktrisalarından Hilal Altınbilekin növbəti layihəsi b

arrow Ətraflı
Azərbaycan nümayəndə heyəti Moskvaya səfərdən imtina etdi like
  • 29 İyn 16:16  
Siyasət Azərbaycan nümayəndə heyəti Moskvaya səfərdən imtina etdi

Milli Məclis sədrinin birinci müavini Əli Əhmədovun başçılığı ilə p

arrow Ətraflı
Xameneinin müşaviri: "İsrailin hücumlarından sonra üç saat dağıntılar altında qaldım" like
  • 29 İyn 16:12  
Digərləri Xameneinin müşaviri: "İsrailin hücumlarından sonra üç saat dağıntılar altında qaldım"

"İsrailin hücumlarından sonra saatlarla dağıntılar altında qaldım&q

arrow Ətraflı
Hər 30 uşaqdan 1də gizli təhlükə  Mütəxəssislər həyəcan təbili çalır like
  • 29 İyn 16:07  
Digərləri Hər 30 uşaqdan 1də gizli təhlükə Mütəxəssislər həyəcan təbili çalır

Avropanın aparıcı ortoped və fizioterapevtləri skoliozun (onurğa sütununu

arrow Ətraflı
Ayda və planetlərdə torpaq satan adam: Dennis Houpun təəccüblü hekayəsi like
  • 29 İyn 16:00  
Digərləri Ayda və planetlərdə torpaq satan adam: Dennis Houpun təəccüblü hekayəsi

1980-ci illərdə Birləşmiş Millətlər Təşkilatının Kosmos Müqaviləsin

arrow Ətraflı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı XƏBƏRDARLIQ like
  • 29 İyn 15:55  
Digərləri Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı XƏBƏRDARLIQ

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

arrow Ətraflı
İlham Rəhimov Yekaterinburq hadisəsindən danışdı  "Bütün imkanlarımdan istifadə edəcəyəm" like
  • 29 İyn 15:52  
Digərləri İlham Rəhimov Yekaterinburq hadisəsindən danışdı "Bütün imkanlarımdan istifadə edəcəyəm"

Qara dəniz və Xəzər dənizi Regionu Ölkələri Hüquqşünasları Assosiasi

arrow Ətraflı
Osmanlı qəbiristanlıqlarında qorxu səhnələri  Arxivlərdən şok məlumatlar like
  • 29 İyn 15:38  
Digərləri Osmanlı qəbiristanlıqlarında qorxu səhnələri Arxivlərdən şok məlumatlar

Osmanlı imperiyasında yalnız xalq inancı kimi qəbul edilən "hortlak&q

arrow Ətraflı