İran körfəzində gərginlik: Hörmüzdən neft tranziti üçün yeni risklər


Dünya 24 İyn 2025 22:42:00 84 0

İran körfəzində gərginlik: Hörmüzdən neft tranziti üçün yeni risklər

Yaxın Şərqdə gərginliyin artması fonunda İran tərəfindən Hörmüz boğazının bağlanması təhlükəsi dünya enerji bazarlarında narahatlıq doğurur, bu da neft qiymətlərində kəskin artım və qlobal iqtisadiyyata genişmiqyaslı təsirlər ehtimalını artırır.

Hörmüz boğazı İran və Oman arasında yerləşən strateji əhəmiyyətli dəniz yoludur və yenidən geosiyasi qeyri-sabitliyin mərkəzinə çevrilib. ABŞ-nin İranın nüvə obyektlərinə son aviazərbələrindən və İranın İsrailə cavab zərbələrindən sonra İran İslam Respublikasının parlamenti boğazın müvəqqəti bağlanması ehtimalını təsdiqləyib. Yekun qərarı isə Ali Milli Təhlükəsizlik Şura qəbul edəcək. Əgər bu addım həyata keçirilərsə, o, dünya üzrə neft və mayeləşdirilmiş təbii qaz (LNG) tədarükünü ciddi şəkildə poza bilər və regionun hüdudlarından kənarda da iqtisadi sarsıntılara yol aça bilər.

ABŞ Enerji İnformasiya İdarəsinin (EIA) məlumatına görə, hər gün Hörmüz boğazından təxminən 20 milyon barrel neft daşınır ki, bu da qlobal maye karbohidrogen istehlakının təqribən 20%-nə bərabərdir. 2024-cü ildə və 2025-ci ilin birinci rübündə boğaz vasitəsilə daşınmalar sabit olaraq qalırdı və bu, dünya üzrə ümumi dəniz yolu ilə neft ticarətinin dörddə birindən çoxunu, həmçinin LNG tədarükünün beşdə birini təşkil edirdi.

Tədarüklərdə pozuntuların yaranacağı təqdirdə ən çox risk altında olan region Asiyadır. 2024-cü ildə boğazdan keçən bütün neft və kondensatın 84%-i əsasən Çin, Hindistan, Yaponiya və Cənubi Koreya olmaqla Asiya ölkələrinə yönəlmişdi. "JP Morgan"ın qiymətləndirməsinə görə, Hörmüzdə hər hansı hərəkət məhdudiyyəti neft qiymətlərində uzunmüddətli artıma səbəb ola bilər - ən pis ssenari üzrə qiymət 130 dollar/barrel səviyyəsinə qədər yüksələcək.

İran üçün strateji seçim

İranın Bakıda yerləşən səfirliyinin müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi Məryan Trend-ə açıqlamasında boğazın bağlanması məsələsinin fəal şəkildə müzakirə edildiyini təsdiqləyib. Onun sözlərinə görə, son qərarı yalnız Ali Milli Təhlükəsizlik Şura qəbul edə bilər.

Lakin ekspertlərin qeyd etdiyinə görə, boğazın bağlanması İranın öz iqtisadiyyatına da ciddi zərbə vuracaq. ABŞ sanksiyalarına baxmayaraq, ölkə neft ixracını artırmaqda davam edir və son məlumatlara görə, bu göstərici gündəlik təqribən 2,3 milyon barrel təşkil edir. İranda onlarla neft yatağı fəaliyyət göstərir və ölkənin ümumi karbohidrogen ehtiyatları 1,2 trilyon barrel həcmində qiymətləndirilir. Oksford Enerji Araşdırmaları İnstitutunun (OIES) vurğuladığı kimi, Hörmüzün bağlanması İranı əsas gəlir mənbəyindən avtomatik şəkildə ayıracaq.

Bazarların reaksiyası və gərginliyin artması riski

Blokada təhlükəsi artıq bazarlara təsir göstərib: İsrailin hərbi əməliyyatından sonra "Brent" markalı neftin qiyməti 78 dollara yüksəlib, daha sonra 70 dollara qədər ucuzlaşıb. "Rystad Energy" şirkətinin neft bazarlarının təhlili üzrə vitse-prezidenti Yaniv Şah bildirib ki, hazırkı dəyişkənlik qeyri-müəyyənliyin yüksək səviyyədə olması ilə əlaqədardır: "Hətta Hörmüzün qısa müddətli bağlanması belə qlobal tədarük zəncirlərinə ciddi təsir göstərə bilər".

Birləşmiş Dəniz İnformasiya Mərkəzinin (JMIC) məlumatına görə, regionda təhdid səviyyəsi "əhəmiyyətli"dərəcədədir. Boğazdan dəniz daşımaları davam edir, lakin Dubay bölgəsində gözləyən gəmilərin sayında artım müşahidə olunur və bəzi gəmilər Hörmüzdən yalnız gündüz saatlarında keçməyə üstünlük verir. Bundan əlavə, Bəndər-Abbas limanı yaxınlığında elektron siqnal pozuntuları halları qeydə alınıb.

Gəmiçilik şirkətləri artıq böhran şəraitinə uyğun fəaliyyət planını öz əməliyyat prosedurlarına daxil ediblər. "Maersk" dəniz daşımaları üzrə dünyanın ən iri operatorlarındandır və boğaz vasitəsilə daşımaları davam etdirdiyini və hadisələrin inkişafını diqqətlə izlədiyini bildirib.

Geosiyasət və məhdud alternativlər

Səudiyyə Ərəbistanı, BƏƏ və İraq üzərindən alternativ marşrutlar olsa da, Hörmüz boğazını tam şəkildə əvəzləmək mümkün deyil. İranlı ekspertlərin fikrincə, hətta qısamüddətli bağlanma belə neftin qiymətində 30-35% artıma səbəb ola bilər ki, bu da maliyyə bazarlarında şok effekti yaradaraq enerji istehlakçılarına təzyiqi artıracaq.

Qətərin demək olar ki, tam şəkildə Hörmüz üzərindən asılı olan mayeləşdirilmiş təbii qaz LNG ixracı da təhdid altına düşə bilər. Avropa üçün bu, tədarükdə fasilələr və alternativ yanacaq növləri - ilk növbədə dizel və elektrik enerjisi - üzrə qiymət artımı anlamına gələcək.

Beynəlxalq Enerji Agentliyi (BEA) bütün mümkün ssenarilərə hazırlaşır. "BEA vəziyyətin inkişafını fəal şəkildə izləyir," - deyə agentlikdən Trend-ə bildiriblər və qeyd ediblər ki, təşkilatın sərəncamında 1,2 milyard barreldən çox fövqəladə neft ehtiyatı var. Agentliyin icraçı direktoru Fatih Birol vurğulayıb ki, agentliyin neft təhlükəsizliyi sistemi keçmiş böhranlar zamanı qlobal iqtisadiyyatın qorunmasında əsas rol oynayıb.

Enerji sabitliyi uçurumun bir addımlığında

Hörmüz boğazı ətrafında baş verən hadisələr dünya enerji sisteminin geosiyasi sarsıntılara qarşı nə dərəcədə həssas olduğunu bir daha göstərir. Tehranın qəti ritorikasına baxmayaraq, ölkə iqtisadi, diplomatik və hərbi riskləri nəzərə almağa məcburdur. Hətta qısamüddətli bağlanma belə təkcə İran üçün deyil, bütün qlobal bazarlar üçün ciddi nəticələrə səbəb ola bilər.

Hazırda hərbi əməliyyatlar davam edir və diplomatik kanallar real nəticə vermir. Enerji sektoru isə yeni bir böhrana hazırlaşır. Boğaz bağlanacaq, yoxsa açıq qalacaq? Aydın olan budur ki, qlobal iqtisadiyyatın dayanıqlığı hələ də bu dar, lakin həlledici strateji əhəmiyyətə malik İran körfəzi keçidindəki sabitlikdən asılıdır.

İran hava məkanını açdı like
  • 24 İyn 22:28  
Digərləri İran hava məkanını açdı

İranın hava məkanı yenidən açılıb.

arrow Ətraflı
Müğənni Mətanət 3 uşaqlı kişinin ailəsini dağıdıb  VİDEO like
  • 24 İyn 22:14  
Şou-biznes Müğənni Mətanət 3 uşaqlı kişinin ailəsini dağıdıb VİDEO

Aparıcı Xoşqədəm Hidayətqızının "Səni axtarıram" verilişin

arrow Ətraflı
Azərbaycanda ölüm riskli xəstəliklər icbari tibbi sığortaya daxil edilir like
  • 24 İyn 22:00  
Digərləri Azərbaycanda ölüm riskli xəstəliklər icbari tibbi sığortaya daxil edilir

Onkoloji xidmətlərin İcbari Tibbi Sığortanın Xidmətlər Zərfinə daxil e

arrow Ətraflı
Binaların tikintisi üçün yeni qaydalar qəbul edildi like
  • 24 İyn 21:44  
Digərləri Binaların tikintisi üçün yeni qaydalar qəbul edildi

Təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat (işğaldan azad edil

arrow Ətraflı
Nazpərinin qəribə hobbisi like
  • 24 İyn 21:29  
Şou-biznes Nazpərinin qəribə hobbisi

Xalq artisti Nazpəri Dostəliyeva qəribə hobbisindən danışıb. 

arrow Ətraflı
“Atəşkəs qüvvədə qalır” like
  • 24 İyn 21:15  
Dünya “Atəşkəs qüvvədə qalır”

İsrail İrana hücum etməyə hazırlaşmır.

arrow Ətraflı
Nazirdən narazı müəllimlərə cavab  “Biz ədalətsiz qərar vermirik” like
  • 24 İyn 20:44  
Digərləri Nazirdən narazı müəllimlərə cavab “Biz ədalətsiz qərar vermirik”

Elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan dili və ədəbiyyat müəll

arrow Ətraflı
"Pulunu ödəyib, həmin şadlıq evini almışdım" like
  • 24 İyn 20:31  
Şou-biznes "Pulunu ödəyib, həmin şadlıq evini almışdım"

Əməkdar artist Nüşabə Ələsgərli illər əvvəl qurmaq istədiyi biznesin

arrow Ətraflı
Meteohəssas insanlar üçün sabahın like
  • 24 İyn 20:18  
Digərləri Meteohəssas insanlar üçün sabahın

İyunun 25-də gözlənilən tibbi-meteoroloji proqnoz açıqlanıb.

arrow Ətraflı
“İran dialoq aparmağa hazırdır”  Pezeşkian like
  • 24 İyn 20:07  
Digərləri “İran dialoq aparmağa hazırdır” Pezeşkian

"İsrail razılaşmaya əməl edərsə, atəşkəsə əməl edəcək".

arrow Ətraflı
Sabiq deputat barədə qərar VERİLDİ like
  • 24 İyn 19:54  
Digərləri Sabiq deputat barədə qərar VERİLDİ

Keçmiş deputat Nazim Bəydəmirlinin barəsindəki hökmdən verilən kassasiy

arrow Ətraflı
Müştəri ilə tanış olmaq istədi, saxlanıldı  Video like
  • 24 İyn 19:49  
Digərləri Müştəri ilə tanış olmaq istədi, saxlanıldı Video

Paytaxt ərazisində fəaliyyət göstərən bəzi taksi sürücülərinin qadı

arrow Ətraflı
"40 gün depressiyada oldum, hər gün xəstəxanaya aparırdılar" like
  • 24 İyn 19:30  
Şou-biznes "40 gün depressiyada oldum, hər gün xəstəxanaya aparırdılar"

Müğənni Əlikram Bayramov çətin günlərini yada salıb.

arrow Ətraflı
Bu hallarda dövlət mülkiyyətindən bələdiyyələrə torpaq veriləcək like
  • 24 İyn 19:19  
Digərləri Bu hallarda dövlət mülkiyyətindən bələdiyyələrə torpaq veriləcək

Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində dövlətin səlahiyyətl

arrow Ətraflı