Binaların tikintisi üçün yeni qaydalar qəbul edildi
Digərləri 24 İyn 2025 21:44:00 80 0
Təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat (işğaldan azad edilmiş ərazilər istisna olmaqla) nəticəsində məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə dövlət vəsaiti hesabına yeni yaşayış evlərinin və çoxmənzilli yaşayış binalarının tikintisi qaydaları müəyyənləşdirilir.
Bu xəbəri də oxu: Türkiyədə 158 hərbçi saxlanıldı FETÖ ilə əlaqələri var
Son.az xəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunan Mənzil Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsinə əsasən, təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat (işğaldan azad edilmiş ərazilər istisna olmaqla) nəticəsində məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş, icbari sığortası olan yaşayış sahələrinin əvəzinə yeni yaşayış evlərinin və çoxmənzilli yaşayış binalarının dövlət vəsaiti hesabına tikintisi ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərar qəbul edilə biləcək.
Həmin qərarda sifarişçinin funksiyalarını yerinə yetirəcək dövlət orqanları (qurumları) müəyyən ediləcək.
Məcəllədə nəzərdə tutulan qəza vəziyyətində olan mənzillərin (yaşayış binalarının) yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasına dair tələblər yuxarıda müəyyən edilmiş hallara şamil edilməyəcək.
Qanun layihəsi ilk oxunuşda qəbul edilib.
Landmark Baku-da "Fortepiano üçün ədəbi etüd" ədəbi müsabiqə

Elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan dili və ədəbiyyat müəll

Əməkdar artist Nüşabə Ələsgərli illər əvvəl qurmaq istədiyi biznesin

İyunun 25-də gözlənilən tibbi-meteoroloji proqnoz açıqlanıb.

"İsrail razılaşmaya əməl edərsə, atəşkəsə əməl edəcək".

Keçmiş deputat Nazim Bəydəmirlinin barəsindəki hökmdən verilən kassasiy

Paytaxt ərazisində fəaliyyət göstərən bəzi taksi sürücülərinin qadı

Müğənni Əlikram Bayramov çətin günlərini yada salıb.

Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində dövlətin səlahiyyətl

ABŞ Prezidenti Donald Tramp bu gün İsrail Baş naziri Benyamin Netanyahuya z�

Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağır

Xəbər verildiyi kimi, Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji F�
