Millət vəkilindən quru sərhədlərin bağlı qalması ilə bağlı açıqlama


Siyasət 22 İyn 2025 15:39:00 65 0

Millət vəkilindən quru sərhədlərin bağlı qalması ilə bağlı açıqlama

Quru sərhədlərimizin bağlı qalması strateji qərardır, strateji maraqlarımızı təmin etmək məqsədi daşıyır.

Son.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Rizvan Nəbiyev bildirib.

Deputat deyib ki, dövlət sərhədlərinin yükdaşımalar istisna olmaqla bağlanması, COVİD-19-un Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən pandemiya elan olunmasından sonra qlobal miqyasda verilən qərar oldu:

"Faktiki olaraq bütün dövlətlər quru, hava və dəniz sərhədlərini bağlamaqla insanların hərəkət azadlığının demək olar ki, tam şəkildə məhdudlaşdırdılar. Təbii ki, beynəlxalq birliyin üzvü kimi Azərbaycan dövləti də analoji addım atmaq zərurəti ilə üzləşdi. Hətta Avropa İttifaqı xarici sərhədlərini qapatmaqla yanaşı, Aİ-nin daxili bazarının 4 əsas azadlıqlardan olan insanların azad hərəkəti üzv dövlətlər arasında dayandırıldı. Pandemiyadan sonra da ölkələr arasında sərhəd rejimləri sərtləşdirilmişdi və bəzi məhdudiyyətlər hələ də qüvvədədir".

Azərbaycanın sərhədlərinin bağlı qalmasının əsas səbəbləri

O nəzərə çatdırıb ki, Azərbaycanın dövlət sərhədlərinin bağlı olmasının bir neçə mühüm səbəbi var: "İlk növbədə, ölkənin geosiyasi vəziyyəti, regional təhlükəsizliyin üzləşdiyi çağırışlar, ölkədaxili siyasi sabitliyin təmini və təhlükəsizliyin gücləndirilməsi bu qərarın verilməsində əsas rol oynayır. Ermənistanın işğalına son qoyulsa da, sərhədlərin delimitasiya və demarkasiyaı üzrə dövlət komissiyası fəaliyyətdə olsa da, şərti sərhəddə gərginlik tam aradan qalxmayıb. Nəzərə almaq lazımdır ki, Ermənistanın təcavüzünə görə təxminən 700 km sərhəd bu dövlətlə, 132 km-lik dövlət sərhədimiz İranla 30 ilərzində işğal altında olmuşdur. Həmçinin, qaçaqmalçılıq, narkotik ticarəti, qeyri-qanuni miqrasiya, mümkün qaçqın axını kimi təhlükələr də sərhədlərin bağlı saxlanmasını zəruri edən faktorlandandır. Quru sərhədlərinin bu gün də bağlı saxlanması Azərbaycanın milli təhlükəsizliyinin gücləndirilməsi, xarici təhdidlərdən müdafiə olunması və ölkədə sabitlik mühitinin təmini üçün strateji əhəmiyyət daşıyır. Pandemiyanın xaricində bu qərarın əsas motivi "milli təhlükəsizliyin və sabitliyin tam təmini olub.

Prezidentin çıxışında təhlükəsizlik vurgusu

Azərbaycan Prezident İlham Əliyev ADA Universitetində "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" forumunda 23 aprel 2024-cü ildə etdiyi çıxışda bildirib ki, hazırda quru sərhədlərin müəyyən dövrdə bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük, biz kənardan gələn ciddi təhdidlər və problemlərlə üzləşmişdik. Dövlət başçısı vurğulayıb ki, bütün potensial risklərimizin kənardan gəldiyini söylədikdə, bunu nəzərdə tutub".

Regional münaqişələr və sərhədlərin qapalı qalmasının strateji əhəmiyyəti

Bu gün baş verən İsrail-İran münaqişəsinə də diqqət çəkən Rizvan Nəbiyev ABŞ-ın da artıq bu münaqişəyə qoşulduğunu qeyd edib: "Quru sərhədlərimizin bağlı qalması strateji maraqları təmin etmək məqsədi daşıyır və bu gün baş verənlər bir daha bunu təsdiqləyir. Yəni bu, həm regional risklərdən qorunmaq, yeni çağırışlara hazır olmaq baxımından da məqsədəuyğun sayılır. Nəticə etibarilə, Azərbaycanın dövlət sərhədlərinin bağlı qalması bir çox daxili və xarici faktorların təsiri ilə müəyyən olunmuş, konkret olaraq artan təhlükəsizlik çağırışlarından və humanitar faciələrdən qorunmaq məqsədli strateji qərardır."

Günəş kremindən düzgün istifadə edin like
  • 22 İyn 15:31  
Digərləri Günəş kremindən düzgün istifadə edin

Yayada günəş vannası qəbul edərkən bir çox səhvlər edirik. Bunlardan b

arrow Ətraflı
Ən çox nasazlıq yaşayan 3 etibarsız yolsuzluq avtomobili like
  • 22 İyn 15:19  
Digərləri Ən çox nasazlıq yaşayan 3 etibarsız yolsuzluq avtomobili

Avtomobil sənayesində etibarlılıq hər modeldə yüksək səviyyədə deyil.

arrow Ətraflı
Bakıda skuterlərdən gələn təhlükə  Nə etməli? like
  • 22 İyn 15:00  
Digərləri Bakıda skuterlərdən gələn təhlükə Nə etməli?

Son günlərdə paytaxtda skuter qəzaları artıb. Ən sonuncu belə hadisə is

arrow Ətraflı
Cəsarətli addımlar sizi rəhbər vəzifələrə qoya bilər  Bu bürclərin şansı gətirdi like
  • 22 İyn 14:43  
Digərləri Cəsarətli addımlar sizi rəhbər vəzifələrə qoya bilər Bu bürclərin şansı gətirdi

Astroloqlar gələn həftə bütün bürcləri hansı dəyişikliklərin gözlə

arrow Ətraflı
Azərbaycanda ən çox hansı ölkələrin tələbələri oxuyur? like
  • 22 İyn 14:30  
Digərləri Azərbaycanda ən çox hansı ölkələrin tələbələri oxuyur?

2024-2025-ci tədris ilinin əvvəlində ölkənin ali təhsil müəssisələrin

arrow Ətraflı
Solo səyahətçilər üçün ən təhlükəli üç ölkə like
  • 22 İyn 14:21  
Digərləri Solo səyahətçilər üçün ən təhlükəli üç ölkə

Solo səyahət getdikcə daha populyarlaşır, lakin bu kateqoriyaya aid səyyah

arrow Ətraflı
Araqçi Moskvaya gedir  Putinlə görüşəcək like
  • 22 İyn 14:17  
Dünya Araqçi Moskvaya gedir Putinlə görüşəcək

İran xarici işlər naziri Seyid Abbas Araqçi bu gün Moskvaya səfər edəcə

arrow Ətraflı
Azərbaycan Cammu və Kəşmir münaqişəsinin hüquqla həllini dəstəkləyir like
  • 22 İyn 14:15  
Siyasət Azərbaycan Cammu və Kəşmir münaqişəsinin hüquqla həllini dəstəkləyir

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İslam Əmə

arrow Ətraflı
Bölgədə gərginlik artır  Daha bir ölkə İranİsrail müharibəsinə qoşulur like
  • 22 İyn 14:10  
Dünya Bölgədə gərginlik artır Daha bir ölkə İranİsrail müharibəsinə qoşulur

Yəmən İran və İsrail arasında gedən münaqişəyə qoşulmağa hazır old

arrow Ətraflı
Valideynlərin stressdən qurtulmasına neçə uşaq kömək edir?  İdeal say tapıldı like
  • 22 İyn 14:00  
Digərləri Valideynlərin stressdən qurtulmasına neçə uşaq kömək edir? İdeal say tapıldı

Uzun müddətdir ki, bir və ya maksimum iki uşağa sahib olmaq daha sakit, ida

arrow Ətraflı
Trampı məyus edən manevr: İran zərbələrdən əvvəl uranı Fordodan çıxarıb  Zərbə boşa getdi? like
  • 22 İyn 13:44  
Dünya Trampı məyus edən manevr: İran zərbələrdən əvvəl uranı Fordodan çıxarıb Zərbə boşa getdi?

ABŞ-nin İranın nüvə obyektlərinə endirdiyi zərbələrdən öncə Tehran

arrow Ətraflı
Rasim Dərgahzadə vəfat etdi like
  • 22 İyn 13:32  
Kriminal Rasim Dərgahzadə vəfat etdi

Azərbaycan və Rusiya Kinematoqrafçılar İttifaqlarının üzvü, Rusiyanın

arrow Ətraflı
İrandan İsrailə ağır zərbə  yaralıların sayı 86ya yüksəldi like
  • 22 İyn 13:25  
Dünya İrandan İsrailə ağır zərbə yaralıların sayı 86ya yüksəldi

ABŞ-nin İranın nüvə obyektlərinə endirdiyi hücumlara cavab olaraq, İran

arrow Ətraflı
Rosqvardiyanın azərbaycanlı idarə rəis həbs edildi  Nə baş verib? like
  • 22 İyn 13:11  
Digərləri Rosqvardiyanın azərbaycanlı idarə rəis həbs edildi Nə baş verib?

Rusiya Milli Qvardiyasının(Rosqvardiya) Novosibirsk vilayəti üzrə təhlük�

arrow Ətraflı
"İmperator Hall"da kütləvi dava: Bəy tərəflər arasında qaldı like
  • 22 İyn 12:59  
Digərləri "İmperator Hall"da kütləvi dava: Bəy tərəflər arasında qaldı

Bakıda "İmperator Hall" şadlıq sarayında toy zamanı dava düşü

arrow Ətraflı