Araqçi Moskvaya gedir Putinlə görüşəcək
Dünya 22 İyn 2025 14:17:00 76 0
İran xarici işlər naziri Seyid Abbas Araqçi bu gün Moskvaya səfər edəcək.
Bu xəbəri də oxu: AEBA sabah İranla bağlı təcili iclas keçirəcək – Qrossi
Son.az xəbər verir ki, bunu nazirin özü bu gün İstanbulda keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, səfər çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə görüş təşkil olunacaq və müzakirə aparılacaq.
Araqçi deyib ki, İran son 2-3 ay ərzində ABŞ ilə dolayı müzakirələr prosesi haqda Rusiya və İranı müntəzəm şəkildə məlumatlandırıb. İran Rusiya ilə lazımi bütün məsələlər barədə məsləhətləşmə aparıb və öz mövqelərini koordinasiya edib. Rusiya keçmiş nüvə anlaşmasında (JCPOA) iştirak edən və İranla müzakirə aparan tərəflərdən biri hesab olunur.
İran xarici işlər naziri əlavə edib ki, Rusiya BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən biri olaraq beynəlxalq proseslərdə önəmli rola sahib ölkədir.
"İran bilir ki, Rusiya Çin ilə əməkdaşlıq edərək İran əleyhinə düşmənçilik hərəkətlərinin qarşısının alınması məqsədilə BMT Təhlükəsizlik Şurasına qətnamə verməyə çalışır", - deyə o qeyd edib.
Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, generallar, nüvə alimləri və başqa yüksək səviyyəli rəsmilər ölüb.
Elə həmin günün axşamı, İran "Doğru Vəd III" əməliyyatı ilə İsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.
Xatırladaq ki, ötən gecə ABŞ İranın üç nüvə obyektinə hərbi hava hücumları edib. Hava hücumları nəticəsində İranın nüvə obyektlərinin məhv edildiyi qeyd olunub.
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İslam Əmə

Yəmən İran və İsrail arasında gedən münaqişəyə qoşulmağa hazır old

Uzun müddətdir ki, bir və ya maksimum iki uşağa sahib olmaq daha sakit, ida

ABŞ-nin İranın nüvə obyektlərinə endirdiyi zərbələrdən öncə Tehran

Azərbaycan və Rusiya Kinematoqrafçılar İttifaqlarının üzvü, Rusiyanın

ABŞ-nin İranın nüvə obyektlərinə endirdiyi hücumlara cavab olaraq, İran

Rusiya Milli Qvardiyasının(Rosqvardiya) Novosibirsk vilayəti üzrə təhlük�

Bakıda "İmperator Hall" şadlıq sarayında toy zamanı dava düşü

Cari ilin ilk dörd ayında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat ş

İyunun 23-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkə

Fransanın paytaxtı Parisdə son günlərdə baş qaldıran genişmiqyaslı iğ

İngiltərədə botoks etdirən azı 14 nəfər danışıq çətinliyi, udqunma

İsrail Hərbi Hava Qüvvələri İranın qərb bölgəsində yerləşən hərbi

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ötən həftə paylaşılmış
