Yay başladı, temperatur yüksəlir: Bu mövsümə nə qədər hazırıq?


Digərləri 21 İyn 2025 19:36:00 69 0

Yay başladı, temperatur yüksəlir: Bu mövsümə nə qədər hazırıq?

Bu gün - 21 iyun saat 06:42:11-də Azərbaycana rəsmi olaraq Yay fəsli (Yay Günəş duruşu) daxil olub. Bu zaman Yerin fırlanma oxu ilə Günəşin istiqaməti arasında ən kiçik bucaq əmələ gəlir. Nəticədə Günəş şüaları Yerin şimal yarımkürəsinə daha dik bucaq altında düşür. Həmin gün ən uzun gündüz (gündüzün uzunluğu 15 saat, 3 dəqiqə, 24 saniyə) və ən qısa gecə (gecənin uzunluğu 8 saat, 56 dəqiqə, 36 saniyə) olur.

Bu xəbəri də oxu: Sonsuzluğa səbəb nədir?

Yay fəslinin başlaması ilə hava temperaturunda nəzərəçarpacaq yüksəliş müşahidə olunur ki, bu da iqlim dəyişikliyi kontekstində daha da aktuallaşır. Ənənəvi olaraq istirahət və tətil mövsümü kimi qəbul edilən yay, günümüzdə getdikcə daha çox ekstremal hava şəraiti ilə yadda qalır. Bu da insan sağlamlığı, ictimai həyat və ətraf mühit üçün ciddi nəticələr doğurur.

Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun böyük elmi işçisi Cəmilə Əhmədova bildirib ki, ölkəmiz artıq yay fəslinə qədəm qoyub və biz hazırda bu fəsli yaşayırıq:

"Lakin yay fəslinin başlanması astronomik, təqvim və iqlim yay fəsli olmaqla fərqlənir. Astronomik yay 21 iyunda başladığı halda, təqvim yayı iyunun 1-dən başlayır və iyun, iyul, avqust aylarını əhatə edir. İqlim yayı isə düzən ərazilərdə daha erkən - mayın əvvəllərində başlayır. Dəniz səviyyəsindən yüksəklik artdıqca, yayın başlama tarixləri də bir qədər gecikir. Dağətəyi ərazilərdə bu artıq mayın sonu və iyunun əvvəllərinə təsadüf edir. Yüksəklik artdıqca, bu tarixlər daha da gecikir. Ən uzun yay fəsli isə məhz düzənlik ərazilərdə müşahidə edilir. Bu zaman yay təqribən 5 ayadək davam edir. Yay fəsli havanın isti və quraq keçməsi ilə səciyyələnir. İqlim dəyişmələri bütün fəsillərdə olduğu kimi, yay fəslinə də təsir göstərir. İqlim dəyişmələri ilə bağlı güclü isti günlərin təkrarlanması xeyli çoxalıb. Bununla yanaşı, yayda iqlim istiləşməsi ilə əlaqəli daha bir fəsadla qarşılaşırıq - bu da isti hava dalğalarıdır. 1961-1990-cı illərin baza dövrü ilə müqayisədə hazırda düzən və dağətəyi ərazilərdə isti hava dalğalarının təkrarlanması 5-7 dəfə artıb. Bu isə bir çox sahələrdə risklər yaratmaqla öz mənfi təsirini göstərir".

Mövzu ilə bağlı açıqlama verən doktor Məlahət Hümmətqızı isə bildirib ki, nəinki yay fəslində, bütün fəsillərdə insanlar özlərini müəyyən amillərdən - istidən, soyuqdan, qida qəbulundan və s. qorumağı bacarmalıdır:

"Məsələn, yayda havanın temperaturu yüksək olduğundan insanlar arasında tərləmə halları daha çox olur. Belə halda suya olan tələbat artır. İnsanlar özlərini qorumur, tərli-tərli çox soyuq, buzlu sulardan istifadə edir, dondurma yeyir. Evdə sərinləyicilərin altına oturur, bəzən yatırlar. Bu hallar onlarda yuxarı tənəffüs yollarının kəskin respirator xəstəliyinə gətirib çıxarır. İnsanlarda qrip, angina, kəskin bronxit kimi əlamətlər özünü göstərir. Bundan başqa, qida allergiyası olan insanlar xüsusilə yay meyvələrindən imtina etməlidirlər. Çiyələk və ərik kimi meyvələr bir çox allergik, asta, bronxitli xəstələrdə dəri qaşınması, övrə, kvinke ödemi, boğulma kimi əlamətlər verir. Yay fəslində qida zəhərlənməsi daha çox olur. Balıq və bu tip konserv qidalardan çəkinmək lazımdır. Pomidor, xiyar turşusundan (konservləşmiş) qidalardan ehtiyatlı olunmalıdır. Qarpız və yemiş yeyərkən rənginə, dadına, xüsusilə təzə olmasına fikir verilməlidir. Çimərlikdə xüsusilə günortalar - temperatur yüksək olur, dənizə girməsinlər. Çünki günorta saatlarında günəşin temperaturu insan sağlamlığına daha çox zərər verir. Dəridə qaralmalar, ləkələr arta bilər, günvurma kimi ağır fəsadlar - halsızlıq, yorğunluq, baş gicəllənmə, özündən getmə, ağızda quruluq ola bilər. Yağlı, qızartma yeməklərdən, çox soyuq içkilərdən uzaq olmalıyıq. Havaya uyğun əynimizi geyinməliyik. Hovuzlara, çimərliklərə getməliyik. Hər gün duş qəbul etməliyik. Az-az, tez-tez qidalanmalıyıq. Ət məhsullarından bir az uzaq olmalıyıq. Ağartıya yer verməliyik".

"Son zəng” təlimatına əməl etməyən direktorlar tənbeh edildi like
  • 21 İyn 19:26  
Digərləri "Son zəng” təlimatına əməl etməyən direktorlar tənbeh edildi

İyunun 14-də 112 000-dən çox məzunun, onların valideynlərinin və yaxınl

arrow Ətraflı
Ermənistan bu öhdəliyini yerinə yetirmir  XİN rəhbəri like
  • 21 İyn 19:10  
Siyasət Ermənistan bu öhdəliyini yerinə yetirmir XİN rəhbəri

21 iyun 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər nazir

arrow Ətraflı
"Sumqayıt Hospital"ın həkimi Elçin Yaqubovdan şikayət: "Ayaq vətərlərimi kəsib..." like
  • 21 İyn 18:48  
Digərləri "Sumqayıt Hospital"ın həkimi Elçin Yaqubovdan şikayət: "Ayaq vətərlərimi kəsib..."

"Sumqayıt Hospital"da çalışan ortoped-travmatoloq Elçin Yaqubov m

arrow Ətraflı
Braziliyada hava şarı yerə çırpıldı  8 nəfər öldü  VİDEO like
  • 21 İyn 18:37  
Dünya Braziliyada hava şarı yerə çırpıldı 8 nəfər öldü VİDEO

Braziliyada hava şarı yerə çırpılıb, ölənlər var.

arrow Ətraflı
Dilarə Əliyevadan xəstəxanada olan qardaşı ilə bağlı paylaşım  VİDEO like
  • 21 İyn 18:33  
Şou-biznes Dilarə Əliyevadan xəstəxanada olan qardaşı ilə bağlı paylaşım VİDEO

Xəbər verdiyimiz kimi, Əməkdar artist Dilarə Əliyevanın qardaşı, tanın

arrow Ətraflı
İnternet mühitində kütləvi istifadəçi məlumatları sızdırılıb  XƏBƏRDARLIQ like
  • 21 İyn 18:18  
Digərləri İnternet mühitində kütləvi istifadəçi məlumatları sızdırılıb XƏBƏRDARLIQ

Müxtəlif mənbələrdən əldə olunan məlumatlar əsasında "infosteale

arrow Ətraflı
Ülviyyə Zülfiqar yeni vəzifəyə təyin edildi like
  • 21 İyn 18:09  
Digərləri Ülviyyə Zülfiqar yeni vəzifəyə təyin edildi

Ülviyyə Zülfiqar Azərbaycan Kibertəhlükəsizlik Assosiasiyasının icraç�

arrow Ətraflı
İftixar Qurbanov işdən çıxarıldı, yerinə tanınmış həkim təyin edildi like
  • 21 İyn 18:05  
Digərləri İftixar Qurbanov işdən çıxarıldı, yerinə tanınmış həkim təyin edildi

Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin rəis müavini, tibb xidməti polk

arrow Ətraflı
Avtomobilini təmirə aparmışdı amma yandı like
  • 21 İyn 18:00  
Digərləri Avtomobilini təmirə aparmışdı amma yandı

Qax şəhərində yerləşən İsmayıl Dağıstanlı küçəsində fəaliyyət

arrow Ətraflı
Üç bacı eyni kişi ilə evləndi – Dünya bu ailədən danışır like
  • 21 İyn 17:51  
Digərləri Üç bacı eyni kişi ilə evləndi – Dünya bu ailədən danışır

ABŞ-nin Yuta ştatında yaşayan Vika və Valeriya adlı əkiz bacılar, eləc�

arrow Ətraflı
37 kənddə qaz kəsiləcək  XƏBƏRDARLIQ like
  • 21 İyn 17:46  
Digərləri 37 kənddə qaz kəsiləcək XƏBƏRDARLIQ

İyunun 23-də Masallı rayonunun 37 kəndində qaz təchizatı dayandırılacaq

arrow Ətraflı
“Polad Həşimov, Mübariz İbrahimov metrostansiyaları olsun!”  TƏKLİF like
  • 21 İyn 17:40  
Digərləri “Polad Həşimov, Mübariz İbrahimov metrostansiyaları olsun!” TƏKLİF

Prezident İlham Əliyevin 2025-ci ili "Konstitusiya və Suverenlik İli&qu

arrow Ətraflı
Yerli şirkətlərin sərgisi başa çatıb like
  • 21 İyn 17:35  
Digərləri Yerli şirkətlərin sərgisi başa çatıb

18-21 iyun tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən 6-cı "Yerl

arrow Ətraflı
Əməkdar müəllim vəfat etdi like
  • 21 İyn 17:32  
Digərləri Əməkdar müəllim vəfat etdi

Tanınmış pedaqoq, əməkdar müəllim Cahangir İbrahimov vəfat edib.

arrow Ətraflı