Ermənistan bu öhdəliyini yerinə yetirmir XİN rəhbəri


Siyasət 21 İyn 2025 19:10:00 77 0

Ermənistan bu öhdəliyini yerinə yetirmir  XİN rəhbəri

21 iyun 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə işgüzar səfəri çərçivəsində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Nazirlər Şurasının İstanbul şəhərində keçirilən 51-cı sessiyasında iştirak və çıxış edib.

Xarici İşlər Nazirliyindən Son.az-a bildirilib ki, çıxışda İƏT coğrafiyasında artan geosiyasi gərginliklərin fonunda meydana gələn siyasi, iqtisadi, humanitar, ətraf mühit və təhlükəsizlik çağırışları, onlarla mübarizədə əməkdaşlıq, habelə postmünaqişə dövründə regional vəziyyətdən bəhs olunub.

Çıxışı zamanı nazir Ceyhun Bayramov lqarşıdan gələn İƏT sədrliyi münasibətilə qardaş Türkiyə Respublikasını təbrik edib, ölkəmizin Türkiyənin sədrlik prosesinə dəstək göstərməyə hazır olduğunu bildirib.

Azərbaycanın 2026-cı ildə təhvil alacağı İƏT sədrliyini İslam dünyasının həmrəyliyi və inkişafına töhfə vermək üçün ciddi tarixi fürsət olaraq dəyərləndirdiyi qeyd olunub.

Dünyada artan İslamofobiya meyllərinin narahatlıq doğurduğu, ölkəmizin bu təhdidin bütün forma və təzahürlərini qətiyyətlə pislədiyi və İslamofobiya ilə mübarizədə İƏT çərçivəsində göstərilən təşəbbüsləri dəstəkləyi vurğulanıb.

Qəzzada mövcud humanitar vəziyyətə toxunulub və bununla bağlı təxirəsalınmaz tədbirlərin görülməsinin əhəmiyyəti qeyd edilib.

Yaxın Şərqdə gərginliyin coğrafiyasının genişlənməsinin, İran İslam Respublikasına qarşı həyata keçirilmiş hərbi əməliyyatların narahatlıq doğurduğu, ölkəmizin beynəlxalq hüququn norma və prinsipləri əsasında diplomatik prosesin bərpasına çağırış etdiyi bildirilib.

Ölkəmizin Cammu və Kəşmir münaqişəsinin BMT Təhlükəsizlik Şurası, o cümlədən İƏT-in müvafiq qətnamələrinə uyğun olaraq, sülh yolu ilə həllini tam dəstəklədiyi qeyd olunub, 10 may 2025-ci il tarixində əldə olunmuş atəşkəs razılaşmasının əhəmiyyəti vurğulanıb.

Suriyada mövcud humanitar vəziyyətdən bəhs edilib, bölgədə bərpa və reinteqrasiya addımlarının beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsinin vacibliyi qeyd edilib.

Nazir Ceyhun Bayramov, həmçinin postmünaqişə dövründə regional bərpa, quruculuq və sülh səyləri, habelə normallaşma prosesini təhdid edən çağırışlardan ətraflı bəhs edib. Ermənistan konstitusiyasında Azərbaycana qarşı mövcud ərazi iddiaları, keçmiş münaqişənin qalığı olan ATƏT-in Minsk Qrupu kimi qurumların hələ də ləğv olunmamasının sülh sazişinin imzalanmasının qarşısını aldığı diqqətə çatdırılıb.

Ermənistanın Azərbaycan və Naxçıvan arasında maneəsiz əlaqənin təmin olunması öhdəliyini yerinə yetirməməsi barədə məlumat verilib.

Çıxış zamanı bununla yanaşı, indiki Ermənistan ərazilərindən qovulmuş azərbaycanlıların, Qərbi Azərbaycan İcmasının hüquqlarının bu ölkə tərəfindən kobud şəkildə pozulmasının, onların hüquqlarının inkar olunmasının dayanıqlı sülh və etimad quruculuğuna maneə olduğu xatırlanıb.  

"Sumqayıt Hospital"ın həkimi Elçin Yaqubovdan şikayət: "Ayaq vətərlərimi kəsib..." like
  • 21 İyn 18:48  
Digərləri "Sumqayıt Hospital"ın həkimi Elçin Yaqubovdan şikayət: "Ayaq vətərlərimi kəsib..."

"Sumqayıt Hospital"da çalışan ortoped-travmatoloq Elçin Yaqubov m

arrow Ətraflı
Braziliyada hava şarı yerə çırpıldı  8 nəfər öldü  VİDEO like
  • 21 İyn 18:37  
Dünya Braziliyada hava şarı yerə çırpıldı 8 nəfər öldü VİDEO

Braziliyada hava şarı yerə çırpılıb, ölənlər var.

arrow Ətraflı
Dilarə Əliyevadan xəstəxanada olan qardaşı ilə bağlı paylaşım  VİDEO like
  • 21 İyn 18:33  
Şou-biznes Dilarə Əliyevadan xəstəxanada olan qardaşı ilə bağlı paylaşım VİDEO

Xəbər verdiyimiz kimi, Əməkdar artist Dilarə Əliyevanın qardaşı, tanın

arrow Ətraflı
İnternet mühitində kütləvi istifadəçi məlumatları sızdırılıb  XƏBƏRDARLIQ like
  • 21 İyn 18:18  
Digərləri İnternet mühitində kütləvi istifadəçi məlumatları sızdırılıb XƏBƏRDARLIQ

Müxtəlif mənbələrdən əldə olunan məlumatlar əsasında "infosteale

arrow Ətraflı
Ülviyyə Zülfiqar yeni vəzifəyə təyin edildi like
  • 21 İyn 18:09  
Digərləri Ülviyyə Zülfiqar yeni vəzifəyə təyin edildi

Ülviyyə Zülfiqar Azərbaycan Kibertəhlükəsizlik Assosiasiyasının icraç�

arrow Ətraflı
İftixar Qurbanov işdən çıxarıldı, yerinə tanınmış həkim təyin edildi like
  • 21 İyn 18:05  
Digərləri İftixar Qurbanov işdən çıxarıldı, yerinə tanınmış həkim təyin edildi

Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin rəis müavini, tibb xidməti polk

arrow Ətraflı
Avtomobilini təmirə aparmışdı amma yandı like
  • 21 İyn 18:00  
Digərləri Avtomobilini təmirə aparmışdı amma yandı

Qax şəhərində yerləşən İsmayıl Dağıstanlı küçəsində fəaliyyət

arrow Ətraflı
Üç bacı eyni kişi ilə evləndi – Dünya bu ailədən danışır like
  • 21 İyn 17:51  
Digərləri Üç bacı eyni kişi ilə evləndi – Dünya bu ailədən danışır

ABŞ-nin Yuta ştatında yaşayan Vika və Valeriya adlı əkiz bacılar, eləc�

arrow Ətraflı
37 kənddə qaz kəsiləcək  XƏBƏRDARLIQ like
  • 21 İyn 17:46  
Digərləri 37 kənddə qaz kəsiləcək XƏBƏRDARLIQ

İyunun 23-də Masallı rayonunun 37 kəndində qaz təchizatı dayandırılacaq

arrow Ətraflı
“Polad Həşimov, Mübariz İbrahimov metrostansiyaları olsun!”  TƏKLİF like
  • 21 İyn 17:40  
Digərləri “Polad Həşimov, Mübariz İbrahimov metrostansiyaları olsun!” TƏKLİF

Prezident İlham Əliyevin 2025-ci ili "Konstitusiya və Suverenlik İli&qu

arrow Ətraflı
Yerli şirkətlərin sərgisi başa çatıb like
  • 21 İyn 17:35  
Digərləri Yerli şirkətlərin sərgisi başa çatıb

18-21 iyun tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən 6-cı "Yerl

arrow Ətraflı
Əməkdar müəllim vəfat etdi like
  • 21 İyn 17:32  
Digərləri Əməkdar müəllim vəfat etdi

Tanınmış pedaqoq, əməkdar müəllim Cahangir İbrahimov vəfat edib.

arrow Ətraflı
Dövlət büdcəsi ilə bağlı qanuna dəyişiklik edilir like
  • 21 İyn 17:25  
Digərləri Dövlət büdcəsi ilə bağlı qanuna dəyişiklik edilir

Məqsədli büdcə fondlarının ilin sonuna qalan istifadə olunmamış vəsait

arrow Ətraflı
Lüksemburqun Böyük Hersoqu Prezident İlham Əliyevi təbrik edib like
  • 21 İyn 17:24  
Siyasət Lüksemburqun Böyük Hersoqu Prezident İlham Əliyevi təbrik edib

Lüksemburqun Böyük Hersoqu Anri Prezident İlham Əliyevə təbrik məktubu �

arrow Ətraflı