Dövlət büdcəsi ilə bağlı qanuna dəyişiklik edilir
Digərləri 21 İyn 2025 17:25:00 61 0
Məqsədli büdcə fondlarının ilin sonuna qalan istifadə olunmamış vəsaiti vahid xəzinə hesabının sərbəst qalığına köçürüləcək.
Bu xəbəri də oxu: Diplomatik korpusun nümayəndələri Şuşa şəhəri ilə tanış olublar FOTO
Trend-in xəbərinə görə, bu məsələ Milli Məclisin iyunun 24-də keçiriləcək iclasının gündəliyinə daxil edilən "Büdcə sistemi haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Bildirilib ki, Qanun layihəsi "Büdcə sistemi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi təcrübəsi, həmçinin dövlət büdcəsinin icrası ilə bağlı qanun layihələrinə dair Azərbaycan Respublikası Hesablama Palatasının rəyləri nəzərə alınmaqla, büdcə qanunvericiliyinin təkmilləşdirilməsi məqsədilə hazırlanmışdır.
Belə ki, dövlət büdcəsinin icrası haqqında qanun layihələrinə dair Hesablama Palatasının rəylərində Azərbaycan Respublikasının Prezidentinin 2019-cu il 03 iyun tarixli 719 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Şəhər və rayonlar üzrə vergi orqanlarının xətti ilə dövlət büdcəsinə nəzərdə tutulan daxilolmalardan büdcə ilinin sonuna artıq daxil olan vəsaitin müəyyən hissəsinin həmin şəhər və rayonların sərəncamında saxlanılması və istifadəsi Qaydası"na əsasən, il ərzində qalıq vəsaitdən birbaşa büdcədənkənar gəlirlərə istifadə olunmasının büdcə qanunvericiliyində təsbit olunan vahid xəzinə hesabının sərbəst qalığının istifadə istiqamətlərinə uyğun gəlmədiyi və icra prosesində, xüsusilə uçotun aparılmasında və hesabatlılıqda bəzi qeyri-müəyyənliklərə səbəb olduğu qeyd olunmuşdur. Eyni zamanda "Büdcə sistemi haqqında" Qanunun (bundan sonra Qanun) 5-ci maddəsinin tələblərinə əsasən məqsədli büdcə fondlarının ilin sonuna istifadə edilməmiş vəsaitlərinin onların növbəti ilin gəlirlərinə aid edilməsi eyni gəlirin iki dəfə uçota alınmasına gətirib çıxarır.
Qanunun 10.1.3-cü maddəsində dövlət büdcəsinin dövlət borcuna xidmətlə bağlı xərclərin tərkibinə layihələrdə pay iştirakı ilə bağlı xərclər daxil edilmişdir. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə hər il üzrə təsdiq olunan dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsündə bir sıra layihələrdə Azərbaycan Respublikasının pay iştirakı ilə bağlı xərclər nəzərdə tutulur. Bu xərclər dövlət əsaslı vəsait qoyuluşu xərclərinin tərkib hissəsi kimi dövlət büdcəsinin əsaslı xərclərində nəzərdə tutulur ki, bu da Qanunun 10.1.3-cü maddəsi ilə ziddiyət təşkil edir.
Bununla yanaşı qeyd olunmalıdır ki, dövlət büdcəsində nəzərdə tutulmuş məqsədli büdcə və ehtiyat fondlarından, habelə dövlət büdcəsinin digər ehtiyatlarından büdcə ili ərzində funksional, iqtisadi və inzibati tesnifata uyğun olaraq yönəldilən vəsaitlərin uçotu həmin fondların ve ehtiyatların nəzərdə tutulduğu funksional, iqtisadi və inzibati təsnifata uyğun olaraq aparılır, yəni həmin vəsaitlər ayrıldığı təşkilatların büdcəsində göstərilmir. Bu da nəticədə dövlət büdcəsinin müxtəlif mənbələrindən həmin təşkilatlara cəmi ayrılmış vəsaitlər barədə məlumatı əldə etməkdə çətinlik yaradır.
Bildirilir ki, Qanunun 20.6-cı maddəsinə müvafiq olaraq dövlet büdcəsinin icrası barədə qanunda funksional və inzibati təsnifata uyğun olaraq bölmə və köməkçi bölmə səviyyəsində xərclərin icrasının məbləği öz əksini tapmalıdır. Lakin Azərbaycan Respublikası Konstitusiyasının 93-cü maddəsinin 4-cü hissəsinə əsasən qanunlarda və Azərbaycan Respublikası Milli Məclisinin qərarlarında icra hakimiyyəti və məhkəmə orqanlarına konkret tapşırıqlar nəzərdə tutula bilməz. Ona görə də dövlət büdcəsinin icrası barədə qanunda inzibati təsnifat üzrə dövlət büdcəsinin xərcləri çıxarılmalıdır. Bir qayda olaraq dövlət büdcəsi xərclərinin inzibati tesnifata uyğun olaraq (yəni konkret təşkilat və tədbirlər üzrə) icra göstəriciləri qanun imzalandıqdan sonra ölkə Prezidentinin həmin qanunun tətbiqi ilə bağlı müvafiq Fərmanı ilə təsdiq olunur.
Digər tərəfdən mövcud qaydaya əsasən, icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbət göstəricisi üzrə yuxarı hədd həm növbəti il və sonrakı üç il üçün Azerbaycan Respublikası Prezidentinin Fərmanı ilə müəyyən edilir. Lakin ötən dövr ərzində ölkə rəhbərliyi tərəfindən müəyyən edilən bir sıra prioritet vəzifələrin icrası (ölkənin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin gücləndirilməsi, Böyük Qayıdışa dair | Dövlət Proqramı və sosial-iqtisadi inkişaf Strategiyası üzrə tədbirlər) büdcə xərclərinin artırılmasını şərtləndirmiş, cari və növbəti iller üzrə təsdiq olunmuş yuxarı hədlərin aşılması təhlükəsi yaranmışdır. Qeyd olunan məqamlar büdcə qaydasının təkmilləşdirilməsini zəruri edir.
Qüvvədə olan qanunvericilikdə yalnız vahid xəzinə hesabının sərbəst qalığının idarə edilməsi imkanı mövcuddur və vahid xəzinə hesabının qalığında mövcud olan vəsaitin idarə edilməsi məhdudlaşdırılır. Məlum olduğu kimi, dövlət büdcəsinin xərclərinin icrasının faktiki göstəriciləri onu deməyə əsas verir ki, dövlət büdcəsinin aylar üzrə xərcləri hər zaman bərabər olmur və bunun nəticəsində bəzi aylar erzinde vahid xəzinə hesabında kifayət qədər vəsait artıqlığı yaranır ki, hansı ki qısa müddət ərzində həmin vəsaitin idarə olunması nəticəsində dövlət büdcəsinə əlavə gəliri qazandırmaq mümkündür.
Bundan başqa ötən illərin təcrübəsi göstərir ki, Qanunda istifadə olunan bəzi anlayışların dəqiqləşdirilməsinə, həmçinin Qanuna bir sıra yeni anlayışların daxil edilmesine, elece de dövlət büdcəsinin kassa icrası mexanizminin təkmilləşdirilməsinə zərurət vardır.
Yuxarıda qeyd olunan məsələlərin tənzimlənməsi üçün hazırlanmış "Büdcə sistemi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barede" Qanun layihəsində aşağıdakı müddəalar eks olunmuşdur.
Lüksemburqun Böyük Hersoqu Anri Prezident İlham Əliyevə təbrik məktubu �

Abşeron rayonunda qaçırıldığı iddia olunan 17 yaşlı Nəzrin Babayeva vi

Aparıcı Zaur Baxşəliyev şair Nazilə Səfərliyə söz atıb.

İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid Azərbaycan Respu

ABŞ Prezidenti Donald Tramp ölkəsinin İrana quru qoşunları ilə müdaxilə

"Real FM" radiosunda yayımlanan "Yoxsa" verilişinin budəf

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) Bakı-Ağstafa-Bakı marşrutu

Prezident İlham Əliyevin islamofobiyaya qarşı mübarizə üzrə beynəlxalq

Bakıda 126, 206 və 554 nömrəli müntəzəm marşrutların hərəkət sxemi m

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı tərəfindən klassik bale

Biləsuvar rayonunda yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 4 qadı

Bakının Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən "�

ABŞ Prezidenti Donald Tramp İsraillə gərginlik fonunda Çin tərəfindən İ

Ermənistanın Baş naziri Nikol Paşinyanın İstanbula səfəri və Türkiyə

2025-2026-cı tədris ili üzrə ümumi təhsil müəssisələrinin məktəbəha
