Dənizaşırı ərazilərdə internetə məhdudiyyət, Fransa ilə müqayisədə zəif sürət, yüksək qiymət – BTQNİN ARAŞDIRMASI


Digərləri 21 İyn 2025 14:22:00 83 0

Dənizaşırı ərazilərdə internetə məhdudiyyət, Fransa ilə müqayisədə zəif sürət, yüksək qiymət – BTQNİN ARAŞDIRMASI

Bakı Təşəbbüs Qrupu (BTQ) tərəfindən Fransanın Dənizaşırı ərazilərində internetin vəziyyəti, sürət göstəriciləri, qiymət siyasəti və rəqəmsal məhdudiyyətlər üzrə məqsədli şəkildə həyata keçirilən siyasətə dair araşdırma aparılıb.

APA xəbər verir ki, araşdırmada Fransanın Dənizaşırı ərazilərində internet xidmətlərinin mövcud vəziyyəti qiymətləndirilib, internet infrastrukturunun inkişafında mövcud olan əsas məhdudiyyətlər və regionların rəqəmsal transformasiyasını ləngidən başlıca amillər müəyyən olunub.

Araşdırmanın məqsədi Dənizaşırı ərazilərdə rəqəmsal bərabərsizliyin aradan qaldırılması üçün aktual problemləri və perspektivləri elmi əsaslarla təqdim etməkdir.

Dənizaşırı ərazilərdə internetə məhdudiyyət

Araşdırmanın nəticələri göstərir ki, Fransanın Dənizaşırı ərazilərində internet infrastrukturu, habelə internetin sürət və keyfiyyəti Fransanın özü ilə müqayisədə əhəmiyyətli dərəcədə zəif səviyyədədir.

İnternetə çıxış imkanlarının məhdudluğu və texnoloji resursların çatışmazlığı bu regionların sosial və iqtisadi inkişafına mənfi təsir göstərir. Xüsusilə, sosial media və digər onlayn platformalara məhdud çıxış, eləcə də aşağı sürətli internet bağlantıları söz azadlığı və informasiya mübadiləsi sahəsində ciddi çətinliklərə yol açır. Əhali arasında internet istifadəsində yaş, təhsil səviyyəsi və sosial-iqtisadi vəziyyət kimi demoqrafik faktorlar üzrə fərqliliklər müşahidə edilir: Martinik, Qvadelup, Reyunyon, Mayot və Fransız Polineziyası kimi regionlarda yaşlı və az təhsilli qruplar arasında internet istifadəsi daha aşağı səviyyədədir. Bu hallar rəqəmsal bərabərsizliyin mövcudluğunu və regionların rəqəmsal inkişafının qarşısında duran əsas əngəlləri ortaya qoyur.

https://www.facebook.com/BakuInitiativegroup/posts/pfbid02aY4ur6c4DTY7S22fWJfetivFnF5QgQTP7nhXYStN4kQfHAEz4LFRAn5gq9w9qhUMl?rdid=pLBsdAgzeC3WIVDg#

Fransada və Dənişarı ərazilərdə internetin sürətində kəskin fərq

2025-ci ilin 14 may tarixində aparılmış internetin müvafiq göstəricilər üzrə ölçü vahidləri göstərir ki, Fransanın Lion şəhərində orta internet sürəti 749.62 Mbit/s təşkil etdiyi halda, Kanaki (Yeni Kaledoniya) kimi dənizaşırı ərazilərdə internet sürəti yalnız 0.02-dən 24 Mbit/s-ə qədər dəyişir. Reyunyon, Martinik, Qvadelup, Mayot və Fransız Polineziyasında da internet sürətləri eyni qaydada aşağı səviyyədə qalır. Qeyd edilənlər hökumətin diskriminasiya siyasətini açıq şəkildə ortaya qoyur.

https://x.com/bakuinitiative/status/1936299072027058511

İnternet qiymətləri

Kanakidə (Yeni Kaledoniya) aylıq internet xidmətlərinin qiymətləri 35 ilə 85 avro arasında dəyişir və əsasən köhnəlmiş ADSL texnologiyasına əsaslanır. Bu qiymətlər kontinental Fransada təklif olunan fiber-optik internet xidmətlərinin aylıq 20-30 avro aralığında olması və sürətlərin 100-300 Mbit/s arasında dəyişməsi ilə müqayisədə xeyli yüksəkdir. Dənizaşırı ərazilərdə fiber-optik texnologiyanın geniş tətbiqinə baxmayaraq, infrastrukturun əsasən ADSL üzərində qurulması həm xidmətlərin keyfiyyətinin aşağı olmasına, həm də qiymətlərin yüksək qalmasına səbəb olur. Bu vəziyyət rəqəmsal infrastrukturun modernləşdirilməsi və xidmətlərin əlçatanlığının artırılması sahəsində ciddi çağırışlar yaradır.

Peyk interneti sahəsində Starlink kimi xidmətlərin avadanlıq qiyməti təxminən 350 avro, aylıq abunə haqqı isə 190 avro səviyyəsində müəyyən edilmişdir. Lakin, Fransa bəzi Dənizaşırı ərazilərdə peyk internet xidmətlərinin istifadəsini ARCEP (Elektron Kommunikasiyalar, Poçt və Çap Məhsullarının Paylanması üzrə Tənzimləmə Orqanı) tərəfindən verilən rəsmi lisenziya olmadan qadağan etmişdir. Bu məhdudiyyətlər əsasən milli suverenlik və məlumat təhlükəsizliyi səbəbləri ilə əsaslandırılır. Nəticədə, həm yüksək xidmət və avadanlıq qiymətləri, həm də hüquqi tənzimləmələr peyk internet xidmətlərinin geniş yayılmasının qarşısında ciddi maneələr yaradır.

https://www.instagram.com/p/DLJsyH7omOu/?img_index=1

Dənizaşırı ərazilərin rəqəmsal müstəqilliyi məhdudlaşdırılır

Araşdırmanın nəticələri göstərir ki, Fransa hökuməti Dənizaşırı ərazilərdə internet infrastrukturunun idarə olunmasını mərkəzləşdirilmiş şəkildə həyata keçirərək, texnoloji inkişafı məhdudlaşdıran iqtisadi və hüquqi baryerlərin qorunmasını məqsədli şəkildə təmin edir. Bu siyasət Dənizaşırı ərazilərin rəqəmsal müstəqilliyinin ciddi şəkildə məhdudlaşmasına səbəb olur. Nəticədə, təhsil, rəqəmsal iqtisadiyyat, söz azadlığı və media sahələrində əhəmiyyətli problemlər meydana çıxır, məlumat mübadiləsi və beynəlxalq əlaqələrin inkişafı əngəllənir.

Araşdırmada istifadə olunan əsas internet provayderlərinin rəsmi veb-saytları ictimaiyyət üçün açıqdır və Fransa ərazisində RED by SFR, Orange, Sosh, Bouygues Telecom kimi aparıcı şirkətləri, eləcə də Kanakidə (Yeni Kaledoniya) fəaliyyət göstərən OPT, Lagoon, Nautile, Fibre NC və NC Pocket WiFi kimi provayderləri əhatə edir. Bu məlumat mənbələri araşdırmanın dəqiqliyi və şəffaflığı baxımından əsas rol oynayır.

Fransa hökuməti Dənizaşırı ərazilərdə fiber-optik infrastrukturun inkişafının məhdud olmasını, əsasən, coğrafi çətinliklər və mərkəzi ərazilərdən məsafənin uzaqlığı ilə izah edir. Lakin burada mühüm bir sual ortaya çıxır: Kanakinin (Yeni Kaledoniya) yaxınlığında yerləşən və oxşar coğrafi xüsusiyyətlərə malik olan Yeni Zelandiyada fiber-optik infrastrukturun tam şəkildə qurularaq, əhalinin təxminən 90%-i üçün əlçatan olması necə mümkün olmuşdur? Bu müqayisə Dənizaşırı ərazilərdə texnoloji inkişafın gerilik səbəblərinin yalnız coğrafi amillərlə izah edilə bilməyəcəyini göstərir və əlavə sosial-iqtisadi və siyasi faktorların nəzərə alınmasının vacibliyini vurğulayır.

https://www.linkedin.com/feed/update/urn:li:activity:7342064883212984321

Dənizaşırı ərazilərdə internetə məhdudiyyət - kolonial siyasətinin davamı kimi

Bakı Təşəbbüs Qrupu (BTQ) Fransanın dənizaşırı ərazilərdə internet infrastrukturunun inkişafına yönəlmiş məhdudiyyətləri təkcə texniki çətinliklər kimi deyil, müasir dövrdə kolonial idarəetmə siyasətinin davamı kimi qiymətləndirir. BTQ dənizaşırı ərazilərdə yaşayan xalqların rəqəmsal hüquqlarının təmin edilməsinin, eləcə də bərabər və ədalətli rəqəmsal imkanlara çıxışın BMT-nin İnsan Hüquqları Bəyannaməsi, BMT-nin İnformasiya Cəmiyyətinə dair Qlobal Strategiyası və digər beynəlxalq insan hüquqları sənədləri çərçivəsində zəruri olduğunu vurğulayır.

BTQ Fransanın mərkəzləşdirilmiş və məhdudlaşdırıcı siyasətinin Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsində (söz azadlığı və informasiya əldə etmə hüququ) və BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində rəqəmsal bərabərliyə dair öhdəliklərini açıq şəkildə pozduğunu bildirir. Bu siyasət Dənizaşırı ərazilərin rəqəmsal müstəqilliyini məhdudlaşdırır, sosial-iqtisadi inkişafı ləngidir və yerli əhalinin fundamental hüquqlarının təmin edilməsinə mane olur.

Sürücülərin nəzərinə!  Bu xidmət bahalaşdı  VİDEO like
  • 21 İyn 14:00  
Digərləri Sürücülərin nəzərinə! Bu xidmət bahalaşdı VİDEO

Rəngsazlıqdan cilalamaya...Dəmir işlərindən faraların bərpasına qədər

arrow Ətraflı
Bakıda su təchizatı tam bərpa edilib?  AÇIQLAMA like
  • 21 İyn 13:50  
Digərləri Bakıda su təchizatı tam bərpa edilib? AÇIQLAMA

Artıq bir neçə gündür ki, Oğuz-Qəbələ-Bakı su kəmərində aparılan t

arrow Ətraflı
"Dünya təcrübəsi göstərir ki, əyləncə və oyun turizmi bölgəyə xarici turist axınını artırır" like
  • 21 İyn 13:49  
Digərləri "Dünya təcrübəsi göstərir ki, əyləncə və oyun turizmi bölgəyə xarici turist axınını artırır"

Süni torpaq sahələrində kazino fəaliyyətinə icazə verilməsi ilə bağl�

arrow Ətraflı
Rusiyalı xalq artisti vəfat etdi  FOTO like
  • 21 İyn 13:48  
Dünya Rusiyalı xalq artisti vəfat etdi FOTO

Rusiya xalq artisti, tanınmış aktrisa Valentina Talızina 90 yaşında dünya

arrow Ətraflı
Azərbaycanda kazino üçün "yaşıl işıq" yandı  Ölkə iqtisadiyyatına nə verəcək? like
  • 21 İyn 13:36  
Digərləri Azərbaycanda kazino üçün "yaşıl işıq" yandı Ölkə iqtisadiyyatına nə verəcək?

Müasir dünyada ölkələrin iqtisadi inkişafında xidmət sektorunun, xüsusi

arrow Ətraflı
Diplomatik korpusun nümayəndələri Şuşa şəhəri ilə tanış olublar  FOTO like
  • 21 İyn 13:30  
Digərləri Diplomatik korpusun nümayəndələri Şuşa şəhəri ilə tanış olublar FOTO

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Şərqi

arrow Ətraflı
Arzuxanımın qanında narkotik aşkarlanıb  Polisdən açıqlama like
  • 21 İyn 13:14  
Şou-biznes Arzuxanımın qanında narkotik aşkarlanıb Polisdən açıqlama

Müğənni Arzuxanım Həsənova bir il əvvəl həbs edilibmiş.

arrow Ətraflı
Bakıda taksi sürücülərindən iyrənc hərəkət  Biri çay, biri ev təklif etdi  VİDEO like
  • 21 İyn 13:12  
Digərləri Bakıda taksi sürücülərindən iyrənc hərəkət Biri çay, biri ev təklif etdi VİDEO

Bakıda fəaliyyət göstərən bəzi taksi sürücülərinin qadın sərnişinl

arrow Ətraflı
Cərimələrin 5 faizi polislərlə bağlı xüsusi fonda əlavə ediləcək like
  • 21 İyn 13:02  
Digərləri Cərimələrin 5 faizi polislərlə bağlı xüsusi fonda əlavə ediləcək

Cərimələrin 5 faizi polislərin sosial müdafiəsi üçün yaradılan xüsusi

arrow Ətraflı
Bakı Avrasiyanın nəqliyyat "qəlbi"nə çevrilir like
  • 21 İyn 13:00  
Siyasət Bakı Avrasiyanın nəqliyyat "qəlbi"nə çevrilir

Köhnə dünya nizamı geosiyasi ziddiyyətlərin ağırlığı altında çökm�

arrow Ətraflı
Parlamentdə deputatlar arasında dava düşdü  FOTO like
  • 21 İyn 12:58  
Digərləri Parlamentdə deputatlar arasında dava düşdü FOTO

"Qüdrət müəllim burada muxtariyyət məsələsini qaldırdı. Siz bu m�

arrow Ətraflı
İstirahət gününün hava proqnozu açıqlandı like
  • 21 İyn 12:55  
Digərləri İstirahət gününün hava proqnozu açıqlandı

İyunun 22-də gözlənilən hava proqnozu açıqlanıb.

arrow Ətraflı
Azərbaycanda bu şəxslərin pensiyaya çıxma yaşı artırılır like
  • 21 İyn 12:52  
Digərləri Azərbaycanda bu şəxslərin pensiyaya çıxma yaşı artırılır

Prokurorluq orqanlarında çalışan şəxslərin pensiyaya çıxma yaşı 65-ə

arrow Ətraflı
Tutduğu balıqla bir gecədə milyonçu oldu  FOTO like
  • 21 İyn 12:48  
Dünya Tutduğu balıqla bir gecədə milyonçu oldu FOTO

Hindistanın Odişa ştatında balıqçı kişi nadir rast gəlinən çox sayda

arrow Ətraflı