Azərbaycanda kazino üçün "yaşıl işıq" yandı Ölkə iqtisadiyyatına nə verəcək?
Digərləri 21 İyn 2025 13:36:00 81 0
Müasir dünyada ölkələrin iqtisadi inkişafında xidmət sektorunun, xüsusilə də turizmin rolu getdikcə artır. Qlobal rəqabətin gücləndiyi bir vaxtda dövlətlər turizmdən maksimum gəlir əldə etməyə çalışır. Bu sahə təkcə istirahət vasitəsi deyil, həm də xarici valyuta gətirən, yeni iş yerləri yaradan və büdcəyə sabit gəlir təmin edən vacib iqtisadi amildir. Buna görə də bir çox ölkələr turizmi və onun tərkib hissəsi olan əyləncə sektorunu stimullaşdırmaq üçün müxtəlif addımlar atırlar.
Bu xəbəri də oxu: Azərbaycana yay fəsli daxil olub
Qonşu ölkələrin təcrübəsinə nəzər saldıqda aydın olur ki, turizmin düzgün idarə olunması həm iqtisadi inkişafa, həm də məşğulluğun artmasına səbəb olur. Məsələn, Gürcüstan bu sahəyə yönəlik uğurlu islahatlarla böyük turist axınına nail olub. Qazaxıstan isə turizm bölgələrinin müəyyənləşdirilməsi ilə əhəmiyyətli nəticələr əldə edib. Türkiyədə kazinoların qadağan olunması qeyri-leqal qumar fəaliyyətlərinin genişlənməsinə və bu sahədən gələn vəsaitlərin ölkə xaricinə axmasına səbəb olub.
Beynəlxalq praktika göstərir ki, kazino sənayesi bəzi ölkələrin iqtisadiyyatında böyük paya malikdir. Makao, Sinqapur, Monako və ABŞ kimi ölkələrdə kazinolar təkcə əyləncə obyekti deyil, həm də turizmin canlanmasına və dövlət büdcəsinin dolmasına mühüm təsir göstərən vasitə kimi çıxış edir. Bu ölkələrdə qumar oyunlarının idarə edilməsi şəffaf şəkildə həyata keçirilir, sosial təhlükələrin qarşısını almaq üçün xüsusi proqramlar mövcuddur.
Lakin bu sahənin idarəsində bəzi risklər də mövcuddur. Qeyri-qanuni fəaliyyət, pul yuyulması, qumar asılılığı və sosial fəsadlar kimi problemlər müşahidə olunur. Buna görə də bu sahədə uğurlu nəticə əldə etmək üçün güclü nəzarət mexanizmləri, balanslaşdırılmış vergi siyasəti və sosial məsuliyyət əsas şərtlərdən sayılır. Kazinoların fəaliyyət zonalarının məhdudlaşdırılması, onların reklamına sərt nəzarət və ödənişlərin nağdsız formada həyata keçirilməsi bu sahənin idarə edilməsində vacib amillərdəndir.
Azərbaycanda süni torpaq sahələrində kazino oyunlarının keçirilməsinə icazə veriləcək. Bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan "Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında" Qanuna təklif olunan dəyişiklikdə öz əksini tapıb.
İqtisadçılar və turizm mütəxəssisləri hesab edirlər ki, paytaxt Bakıda ciddi nəzarət altında kazino fəaliyyətinə icazə verilməsi turizm axınını artırar, xidmət sektorunu hərəkətə gətirər, otel və restoran sənayesinə dinamika qazandırar, xarici valyutanın ölkəyə gəlişinə və yeni iş yerlərinin yaranmasına səbəb olar. Eyni zamanda, hazırda kölgə iqtisadiyyatında olan qumar pullarının leqallaşdırılması istiqamətində də addım kimi dəyərləndirilə bilər.
Əlbəttə, belə bir addım ancaq güclü dövlət nəzarəti və şəffaf mexanizmlər mövcud olduqda atılmalıdır. Qumar oyunlarının fəsadlarının qarşısını almaq məqsədilə yaş senzoru, oyunçuların identifikasiyası, psixoloji dəstək proqramları və sosial monitorinq tədbirləri öncədən nəzərdə tutulmalıdır. Eyni zamanda, dövlət milli təhlükəsizlik və ictimai rifah məsələlərini nəzərə alaraq kazinoların fəaliyyətini istənilən vaxt tənzimləmək və ya dayandırmaq səlahiyyətinə malik olmalıdır.
Kazinoların qanuni şəkildə fəaliyyət göstərməsi Bakıda turizm sektorunu gücləndirə, şəhəri regionun aparıcı əyləncə mərkəzlərindən birinə çevirə bilər. Bu addım həm xarici turistlərin sayının artmasına, həm də onların xərclərinin ölkə daxilində qalmasına şərait yaradacaq. Kazinoların mövcudluğu otellərin doluluq səviyyəsini yüksəldəcək, restoran və digər xidmət sahələrinə tələbatı artıracaq, şəhər iqtisadiyyatına dinamizm qazandıracaq.
Eyni zamanda, bu sahənin inkişafı nəticəsində minlərlə yeni iş yeri yaradılacaq, müxtəlif xidmət sahələrində çalışan mütəxəssislər üçün imkanlar genişlənəcək. Dövlət büdcəsinə daxilolmalar artacaq, həmçinin turizm sahəsində beynəlxalq təcrübənin tətbiqi və idarəetmə səviyyəsinin yüksəlməsi ilə ölkənin ümumi iqtisadi göstəricilərinə müsbət təsir göstəriləcək. Azərbaycanın bu sahədə regional mərkəzə çevrilməsi isə həm imic baxımından, həm də investisiya cəlbediciliyi baxımından mühüm əhəmiyyət daşıyacaq.
Əziz Son.az
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Şərqi

Müğənni Arzuxanım Həsənova bir il əvvəl həbs edilibmiş.

Bakıda fəaliyyət göstərən bəzi taksi sürücülərinin qadın sərnişinl

Cərimələrin 5 faizi polislərin sosial müdafiəsi üçün yaradılan xüsusi

Köhnə dünya nizamı geosiyasi ziddiyyətlərin ağırlığı altında çökm�

"Qüdrət müəllim burada muxtariyyət məsələsini qaldırdı. Siz bu m�

İyunun 22-də gözlənilən hava proqnozu açıqlanıb.

Prokurorluq orqanlarında çalışan şəxslərin pensiyaya çıxma yaşı 65-ə

Hindistanın Odişa ştatında balıqçı kişi nadir rast gəlinən çox sayda

Tayvanın elektronika istehsalçısı "Foxconn" Hindistanda "Appl

Azərbaycan və Şimali Makedoniya arasında diplomatik və xidməti/rəsmi pasp

Rusiya ilə Ukrayna arasındakı münaqişənin sona çatmasının yeganə yolu

Bakı Piano Festivalı 2025 Türkiyənin "Altera Ensemble" musiqi qrup

Türkiyənin Samsun və Bodrum bölgəsində, arada kiçik fasilə ilə 3.5 güc

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Qüds Qüvvələrinin Fələsti
