Mirasa şərik olanların NƏZƏRİNƏ: Yeni qayda qəbul edilir
Digərləri 21 İyn 2025 11:22:00 64 0
Miras şəriklərinə vərəsəlik şəhadətnaməsi verilməsi zamanı şəhadətnamə almaq üçün müraciət etməmiş miras şəriklərinin hüquqlarının təmin edilməsi, habelə miras şərikləri arasında miras paylara sərəncam verilməsini nəzərdə tutan yeni qaydalar müəyyən edilir.
Bu xəbəri də oxu: İranİsrail münaqişəsi Azərbaycanın avtomobil bazarını "vura" bilər?
Bu məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunan Mülki Məcəlləyə dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsinə əsasən, notarius vərəsəlik şəhadətnaməsinin əldə olunması üçün müraciət edən vərəsəyə şəhadətnamə verərkən vərəsə olan, lakin şəhadətnamə almaq üçün müraciət etməmiş digər vərəsələrin (miras şəriklərinin) də mirasdan onlara çatacaq paylarını müəyyən edərək həmin şəhadətnamədə göstərəcək.
Daşınmaz əmlakın dövlət reyestrini və daşınar əmlakın rəsmi reyestrlərini aparan orqan tərəfindən yuxarıda nəzərdə tutulmuş vərəsələr (miras şərikləri) və onların payları barədə məlumat müvafiq reyestrə daxil ediləcək.
Hər bir miras şəriki yuxarıda müəyyən edilmiş payına da vərəsəlik şəhadətnaməsi ala biləcək.
Yuxarıda nəzərdə tutulmuş miras şəriklərinin miras paylarına sərəncam vermək hüquqları olacaq. Həmin şəxslər vərəsəlik şahadətnaməsi alanadək notariat qaydasında təsdiq edilmiş müqaviləyə əsasən miras paylarına sərəncam verə biləcəklər. Miras şərikləri arasında miras paylara sərəncam verilməsi haqqında müqavilə əsasında miras payı əldə etmiş vərəsənin mirasdakı payı əldə etdiyi pay nisbətinə uyğun artırılacaq və vərəsəlik şəhadətnaməsində yekun payı göstəriləcək.
Mövcud qanunvericiliyə əsasən, vərəsəlik şəhadətnaməsi həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. Şəhadətnamə həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir.
Qanun layihəsi səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
"Face Studio" gözəllik salonları və bir sıra biznes obyektlərin

ABŞ iqtisadiyyatı yeni bir mərhələyə qədəm qoyub - bu, paradoksal dayan�

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası başlayıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzaladığı qərarla Çin, Be

Çimərliklərdə təhlükəsizlik qaydaları ilə əlaqədar əhaliyə müraci�

Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsinin məscidinin axundu Turab Tahir

Bakının qəsəbələrində fəaliyyət göstərən avtobusların bəziləri is

Bakıda UFC döyüş gecəsinə görə metronun iş vaxtı uzadılacaq.

İyunun son günləri ilə birlikdə bəzi bürclər üçün həyat tamamilə d�

İsrail İsfahandakı Nüvə Texnologiyaları Mərkəzini hədəf alıb.

İran İsrailin Hayfa liman şəhərinə raketlərlə hücum edib.

Adətən, banklar müqavilə bağlayanda qeyd edirlər ki, xidmət qeyri-iş gü

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.

Bu gün Azərbaycana saat 06:42:11-də Yay fəsli (Yay Günəş duruşu) daxil o
