Gözümüzdən qaçan qəpiklər kredit tarixçəmizi korlaya bilər AÇIQLAMA
Digərləri 21 İyn 2025 09:34:00 84 0
Adətən, banklar müqavilə bağlayanda qeyd edirlər ki, xidmət qeyri-iş gününə təsadüf edərsə, növbəti iş gününə keçirilir. Özlərinin depozit faizi ödənişi olduqda heç bir narahatlıq olmadan növbəti iş günündə edirlər. Amma iş vətəndaşın kredit ödənişinə gələndə əlavə faiz hesablanır.
Bu xəbəri də oxu: "Apple" Trampın bu tələbinə qarşı çıxdı
Bunu Trend-ə açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli deyib.
Onun sözlərinə görə, əgər vətəndaş krediti qeyri-iş günündə ödəsə belə, gecikmə faizi hesablanmış olur:
"Banklar tələb edir ki, əgər ödəniş bayrama düşürsə, ödəniş əvvəlki iş günündə ödənilməlidir. Bu məsələ bir qədər mübahisəlidir. Əgər bu müqavilədə yoxdursa, burada banklar haqsızdır.
Bu, Mülki Məcəllə ilə tənzimlənən məsələdir, əgər ödəniş qeyri-iş gününə təsadüf edirsə, növbəti iş günündə edilə bilər. Vətəndaş burada diqqətli olmalıdır. Çalışmalıdır ki, adında gecikmə olmasın. Amma bir ay ərzində gecikmələrdə vətəndaşın kredit tarixçəsinin korlanması baş vermir. Yəni 1-2 gün gecikmə olduqda çox narahatlıq olmamalıdır. Sadəcə cərimə faizləri məsələsi var".
Ekspert bildirib ki, belə halların yaşanmaması üçün əvvəlcə müqaviləyə baxılmalıdır:
"Əgər müqavilədə qeyd edilibsə ki, ödəniş qeyri-iş gününə təsadüf etdikdə əvvəlki gün ödənilməlidir, bu edilməlidir. Bank bu addımı atıbsa və biz də razılaşmışıqsa, bir şey edə bilmirik. Amma belə bir müddəa yoxdursa, Mülki Məcəllənin tələblərinə uyğun olaraq ödəniş növbəti iş günü qüvvəyə minməlidir. Əgər müqavilədə varsa, hər hansı problem olmamalıdır.
Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.

Bu gün Azərbaycana saat 06:42:11-də Yay fəsli (Yay Günəş duruşu) daxil o

Türkiyəli sosial media fenomeni və "Bu Tarz Benim" proqramının ke

Havaların kəskin isti keçməsi günvurma hallarını artırır. Xüsusilə ya

Azərbaycanda fəaliyyət göstərən məşhur müğənnilər təkcə populyarl�

İran İsrailin ehtiyatlarına zərbələr endirmədən hasil etdiyi nefti təci

Doktor Sateş Qanatranın rəhbərlik etdiyi amerikalı tədqiqatçılar dəniz

Beynəlxalq neyrobioloqlar qrupu stressin yuxuya və yaddaşa necə təsir etdiy

Boston Universiteti, Massaçusets Ümumi Xəstəxanası və Harvard Tibb Məktə

Uqandanın Kraliça Elizabet milli parkında yerləşən bir mağarada, alimlər

Uşaqlıqdan yetkinliyə və hətta qocalığa qədər şokolad demək olar ki,

"Ukraynada baş verən faciə ilə bağlı olan hər şey bizim işimizin n

İran və İsrail arasında artan gərginlik kiberməkanda da özünü göstərm
