İsraildən şok XƏBƏRDARLIQ: “Kameraları söndürün, İran izləyir”
Dünya 21 İyn 2025 00:13:00 86 0
İran və İsrail arasında artan gərginlik kiberməkanda da özünü göstərməyə başlayıb. İsrail təhlükəsizlik qurumları vətəndaşlara şəxsi təhlükəsizlik kameralarını söndürmələri və ya parollarını dəyişmələri ilə bağlı rəsmi xəbərdarlıq edib.
Bu xəbəri də oxu: Günəşdə güclü partlayış oldu
Son.az xəbər verir ki, səbəb isə İranın bu kameralar vasitəsilə casusluq fəaliyyəti həyata keçirməsidir.
İsrailin Milli Kiber Direktorluğunun keçmiş direktor müavini Refael Franko bildirib ki, internet bağlantısı olan təhlükəsizlik kameraları İran tərəfindən hərbi məqsədlər üçün istifadə olunur. Onun sözlərinə görə, bu vəziyyət ölkə təhlükəsizliyi üçün real təhdidə çevrilib.
İsrail Kiber Müdirliyi də bu iddianı təsdiqləyib. Bildirilib ki, sosial şəbəkələrdə yayılan bəzi görüntülərin də məhz bu kameralar vasitəsilə əldə edildiyi ehtimal olunur. NTV-nin məlumatına görə, bu, tək hadisə deyil - 2023-cü ilin oktyabrında Həmas da bənzər formada mülki təhlükəsizlik kameralarından kəşfiyyat məqsədilə istifadə etmişdi.
Bu xəbərdarlıq İranın İsrailə qarşı raket və PUA hücumları ilə müşayiət olunan son hərbi əməliyyatlarından sonra edilib. İranın məlumatına görə, hücumlar nəticəsində 200-dən çox insan həlak olub, İsraildə isə 24 nəfər ölüb, 800-dən çox yaralı var.
Fidan Son.az
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

Yay aylarında havaların həddindən artıq istiləşməsi insan orqanizminə c

Yolüstü keçidlərdə çox pilləli və dik pilləkanlar bu kimi keçidlər pi

Rusiya rəsmiləri Ermənistanın Avropa İttifaqı ilə dərinləşən münasib

Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsinin məscidinin axundu qız qaçı

ABŞ Prezidenti Donald Tramp İranın nüvə proqramı ilə bağlı diplomatik

Ermənistanın Baş naziri Nikol Paşinyan İstanbuldakı Göy Məscidi (Sultan

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və

Moskvada uzun illərdir kriminal aləmdə nüfuz sahibi olan 64 yaşlı Merab Ca

"İsrail hərbçiləri İranın nüvə proqramını və raket potensialın�

Sosial şəbəkələrdə yayılan məlumatlara görə, kişilərin saqqalı bəz

İyunun 20-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesi
