Amaliya Pənahovanın məzarından FOTOlar yayıldı
Kriminal 16 İyn 2025 09:55:00 71 0
Bakı Bələdiyyə Teatrının yaradıcısı, Xalq artisti Amaliya Pənahovanın (1945-2018) anadan olmasının 80 illiyi tamam olub.
Bu xəbəri də oxu: “Akustik Palitra” Musiqi Məktəbinin hesabat konserti baş tutub FOTO
Son.az xəbər verir ki, bu münasibətlə mədəniyyət nazirinin müavini Murad Hüseynov, nazirliyin əməkdaşları və tanınmış incəsənət xadimləri Amaliya Pənahovanın məzarını ziyarət ediblər. Sənətkarın və ömür-gün yoldaşı, aktyor, Xalq artisti Yusif Muxtarovun məzarları üzərinə gül dəstələri düzülüb.
Çıxışlarda aktrisanın Azərbaycanda teatr və kino sahələrinin inkişafındakı xidmətlərindən danışılıb, sənət dostları xatirələrini dilə gətiriblər. Sənətkarın yaratdığı Bakı Bələdiyyə Teatrının ölkəmizin səhnə sənəti salnaməsinə verdiyi töhfələr yüksək qiymətləndirilib. Bakı Bələdiyyə Teatrının direktoru Aynur Muxtarova anasının xatirəsinə göstərilən ehtirama görə minnətdarlığını bildirib.
Qeyd edək ki, Amaliya Əliş qızı Pənahova Gəncədə doğulub. 1964-cü ildən Akademik Milli Dram Teatrında çalışıb, səhnə əsərlərində yaddaqalan obrazlar yaradıb. 1992-ci ildə Bakı Bələdiyyə Teatrını yaradıb. Aktrisa "Arxadan vurulan zərbə", "Qərib cinlər diyarında", "Babək", "Gözlə məni", "Cavad xan" və s. filmlərdə çəkilib. Milli Məclisin deputatı (2000-2005), Mədəniyyət və İncəsənət Universitetinin professoru olub.
Son.az "Baku Network"da dərc olunmuş məqaləni təqdim edir:

Cəlilabad rayon prokurorunun müavini Fazil Həsənov vəfat edib.

İranın İsrailin mərkəzinə yenidən hücum edib.

ABŞ artıq Ukraynanı öz taleyinin ümidinə buraxmaq niyyətini təsdiqləyib

İsrail və İran, çox güman ki, döyüş əməliyyatlarının dayandırılmas

Müğənni Nəfəs illər öncəki görüntü ilə diqqət çəkib.

İran İsrail üçün nüvə təhlükəsi yaratmış olsaydı, onu indi edərdi,

İsrail İrana hücuma hazırlıq çərçivəsində aylardır gizli şəkildə p

İnsan bədəni ehtiraslandıqda sadəcə emosional deyil, eyni zamanda bioloji

Seksual münasibətlərin sağlamlığa təsiri ilə bağlı yeni bir elmi araş

rək-damar xəstəlikləri dünyada ən çox ölümə səbəb olan sağlamlıq p

Azərbaycanda xərçəng xəstəlikləri səbəbilə ölüm halları ciddi narah

"Scientific Reports" jurnalında dərc edilən yeni tədqiqat fiziki f
