Bu gün "Son Zəng"dir
Digərləri 14 İyn 2025 07:37:00 69 0
Bu gün Azərbaycanda 2024-2025-ci tədris ili başa çatır və bütün ümumi təhsil müəssisələrində "Son zəng" çalınacaq.
Bu xəbəri də oxu: Makiyajın üzdə uzunmüddətli qalması üçün bunları edin
Ənənəvi tədbir hər bir təhsil müəssisəsinin ərazisində təşkil olunmalıdır.
Məlumat üçün bildirək ki, 2024-2025-ci tədris ilində ümumi təhsil müəssisələrinin XI sinifləri üzrə 113 min nəfərə yaxın, IX sinfi isə təxminən 158 minə yaxın şagird məzun olur.
Eyni zamanda cari tədris ilində işğaldan azad edilən ərazilərdə fəaliyyət göstərən təhsil müəssisələrindən tam orta təhsil səviyyəsi üzrə 84 nəfər məzun olacaq.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin məlumatına görə, məzun olan şagirdlərin təhsil sənədləri ilə təmin olunması üçün bütün zəruri tədbirlər artıq görülüb:
"Tədbiri öz mahiyyətinə və təlimatın tələblərinə uyğun şəkildə təşkil etməyin vacibliyini məktəb rəhbərlərinə bir daha xatırladırıq. Valideynlərdən bu əlamətdar gündə övladlarının təklükəsizliyinə və sağlamlığına xüsusi diqqətlə yanaşmağı xahiş edirik".
Məlumat üçün bildirək ki, tam orta təhsil haqqında attestatların XI sinif məzunlarına 14-20 iyun, ümumi orta təhsil haqqında attestatların isə 23-28 iyun tarixləri aralığında təqdim edilməsi planlaşdırılır.
Qeyd edək ki, 2015-ci ildən etibarən Azərbaycanın məktəblərində "Son zəng" mayın 31-də deyil, iyunun 14-də təşkil olunur. Nazirlər Kabinetinin 2014-cü il 30 oktyabr tarixli 362 nömrəli qərarı ilə "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"ndə edilmiş dəyişikliyə əsasən, 2015/2016-cı dərs ilindən ümumtəhsil məktəblərində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır.
"Oskar" mükafatçısı və çoxuşaqlı ana yubileyini qeyd edib.

Məşhur inanclar deyir ki, ölən bir qohumu yuxuda gördüyünüz zaman bu, m�

Sosial şəbəkələrdə yayılan video görənləri təəccübləndirib.

Tel-aparıcı Zaur Nəbioğlu özünə yeni lüks avtomobil alıb.

Qastroenteroloq və hepatoloq Sergey Vyalov yüksək dəmir tərkibli məhsullar

Türkiyəli məşhur müğənni və aparıcı Seda Sayan açıqlaması ilə diq

Əməkdar incəsənət xadimi Vaqif Gərayzadənin evində toydur.

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

İranın İsrailə hücuma başlamasından sonra Təl-Əviv sakinləri metro sta

Qaraciyər bədənimizin ən vacib təmizləyici orqanıdır və onun sağlamlı

İranın Ali Rəhbəri Ayətullah Əli Xamenei ölkənin hərbi rəhbərliyində

Bu gün "şans"dan danışırıqsa, bilməliyik ki, o təsadüfi gəl

ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi (CDC) ölkədə yeni

Orta Şərqdə artan geosiyasi gərginlik fonunda İran və İsrail arasında eh
