Mümkün müharibədə kim qələbə qazanar? İran və İsrailin hərbi gücü


Dünya 13 İyn 2025 22:40:00 69 0

Mümkün müharibədə kim qələbə qazanar?  İran və İsrailin hərbi gücü

Orta Şərqdə artan geosiyasi gərginlik fonunda İran və İsrail arasında ehtimal olunan hərbi qarşıdurma gündəmə gəlib. 

Bu xəbəri də oxu: "İran "qırmızı xətti" keçdi"

Son.az Türkiyə mediasına istinadən xəbər verir ki, hər iki ölkənin fərqli üstünlükləri və zəif cəhətləri olsa da, mümkün bir savaşda kimin üstün gələcəyi böyük maraq doğurur.

İsrail - Texnologiya və dəqiqlik üstünlüyü

İsrail inkişaf etmiş hərbi texnologiyaları, hava üstünlüyü və güclü kəşfiyyat şəbəkəsi ilə tanınır. "Mossad" və "Aman" kimi qurumların həyata keçirdiyi xarici əməliyyatlar, ölkənin qabaqlayıcı hücum strategiyasını gücləndirir.

Əsgər sayı: Təxminən 170.000 aktiv, 465.000 ehtiyatda olan personal

Hava Qüvvələri: 600-dən çox döyüş təyyarəsi (F-35, F-15 daxil olmaqla)

Müdafiə sistemləri: Dəmir Günbəz (Iron Dome), "Davids Sling", "Arrow 3"

Nüvə gücü: Rəsmi təsdiqlənməsə də, 80-100 arası nüvə başlığına sahib olduğu ehtimal edilir

Dəniz gücü: Nüvə silahı daşıya bilən "Dolphin" sinifli sualtı qayıqlar, müasir korvetlər

İran - Say üstünlüyü və asimmetrik müharibə strategiyası

İran say baxımından Orta Şərqin ən böyük ordularından birinə sahibdir. Lakin daha çox regional müttəfiq qruplarla (Hizbullah, Husi üsyançıları, İraq şiə milisləri) asimmetrik savaş aparır.

Əsgər sayı: Təxminən 580.000 aktiv, 350.000 ehtiyatda olan personal

Hava Qüvvələri: 300-ə yaxın döyüş təyyarəsi (əksəri köhnə modellər: Mig-29, F-14, Su-24)

Raket proqramı: 2.000 km mənzilli "Şahab" və "Sejjil" ballistik raketləri, SİHA istehsalı

Nüvə proqramı: Zənginləşdirilmiş uran ehtiyatı səbəbilə nüvə silahına yaxın olduğu ehtimal edilir

Kiber güc: Son illərdə hücum və müdafiə qabiliyyəti güclənib

İki ölkənin dron (PUA) gücü

İsrail, PUA texnologiyasında dünyada qabaqcıl mövqedədir. Həm kəşfiyyat, həm hücum, həm də radioelektron mübarizə üçün istifadə olunan modellər mövcuddur.

Ən məşhur modellər: "Heron", "Hermes 450/900", "Harop" (intihar dronu)

İran isə daha çox say üstünlüyünə malikdir. Ucuz, amma təsirli PUA-lar istehsal edir və bunları regional müttəfiqlərə də ötürür.

Ən məşhur modellər: "Shahed-129", "Mohajer-6", "Ababil-3", "Shahed-136" (intihar dronu)

Dəniz gücü: İsrail texnologiyada, İran sayda öndədir

İsrail, texnoloji cəhətdən yüksək səviyyəli dənizaltılar və radar sistemləri ilə seçilir.

Donanma personalı: 10.000 nəfər

Dənizaltılar: 5 ədəd "Dolphin" sinifli sualtı qayıq (nüvə silahı daşıya bilir)

Əməliyyat zonası: Şərqi Aralıq dənizi, Qırmızı dəniz, Oman körfəzi

Üstünlüklər: Yüksək gizlilik, "Barak-8" hava hücumundan müdafiə sistemləri

İran, Hürmüz boğazı və Fars körfəzində say üstünlüyünə əsaslanan strategiya yürüdür. Donanması iki hissədən ibarətdir: rəsmi İran Donanması və İslam İnqilabı Keşikçiləri Donanması.

Donanma personalı: 20.000+

Dənizaltılar: 20-yə yaxın (əsasən kiçik ölçülü və Kilo sinifli)

Hücum gəmiləri: 200-dən çox sürətli qayıq və raket gəmiləri

Əməliyyat zonası: Fars körfəzi, Oman dənizi, Hürmüz boğazı, bəzən Qırmızı dəniz və Hind okeanı

Üstünlüklər: Sürətli hücum taktiki gəmilər, sahildən raket atəşi, dəniz minaları

Kim üstün gələr?

Ekspertlərə görə İsrailin texnologiya və kəşfiyyat sahəsindəki üstünlüyü ön plandadır, lakin İranın insan resursu və regional müttəfiqləri də ciddi rol oynaya bilər. Birbaşa müharibə ehtimalı təkcə bu iki ölkəni deyil, bütün Orta Şərqi sarsıdacaq bir böhran yarada bilər.

Kənan Abdullayev Son.az

Xamenei xalqa müraciət etdi like
  • 13 İyn 22:20  
Digərləri Xamenei xalqa müraciət etdi

İranın Ali Rəhbəri Ayətullah Əli Xamenei xalqa müraciət edib.

arrow Ətraflı
İran İsrailə raket hücumuna başladı  VİDEO like
  • 13 İyn 22:16  
Dünya İran İsrailə raket hücumuna başladı VİDEO

İran İsrailə raket hücumuna başlayıb.

arrow Ətraflı
Radiasiyanı yoxlamaq üçün mütəxəssislərimiz Astaraya yollandı like
  • 13 İyn 22:15  
Digərləri Radiasiyanı yoxlamaq üçün mütəxəssislərimiz Astaraya yollandı

İranda baş verən hadisələrdən sonra Azərbaycan ərazisində radiasiyanın

arrow Ətraflı
Millət vəkilindən şok açıqlama: "İranı vuran İsrail deyil" like
  • 13 İyn 22:00  
Dünya Millət vəkilindən şok açıqlama: "İranı vuran İsrail deyil"

"İsrailin həyata keçirdiyi hərbi əməliyyatların arxasında əslində

arrow Ətraflı
Şəmkirdə gənc qızla oğlan suda boğuldu  FOTO like
  • 13 İyn 21:52  
Digərləri Şəmkirdə gənc qızla oğlan suda boğuldu FOTO

Şəmkir rayonunda suda iki nəfər boğulub.  

arrow Ətraflı
Bir ailə qəzada yox oldu  Ən son selfi like
  • 13 İyn 21:50  
Dünya Bir ailə qəzada yox oldu Ən son selfi

Xəbər verdiyimiz kimi, Hindistandan Londona yola düşən "Air India"

arrow Ətraflı
Putindən İranİsrail gərginliyinə reaksiya like
  • 13 İyn 21:24  
Dünya Putindən İranİsrail gərginliyinə reaksiya

Rusiya Prezidenti Vladimir Putin İran Prezidenti Məsud Pəzeşkiyan və İsrai

arrow Ətraflı
Milli Xalça Muzeyində “Opera Forumu” keçirilib  FOTO like
  • 13 İyn 21:20  
Kriminal Milli Xalça Muzeyində “Opera Forumu” keçirilib FOTO

"Opera Günləri" layihəsi çərçivəsində Azərbaycan Milli Xalça

arrow Ətraflı
“Boeing”in vəziyyəti çətinləşir  Qəzaların səbəbi nədir? like
  • 13 İyn 21:12  
Dünya “Boeing”in vəziyyəti çətinləşir Qəzaların səbəbi nədir?

Xəbər verdiyimiz kimi, ötən gün "Air İndia" aviaşirkətinə mə

arrow Ətraflı
İranın Fordodakı nüvə obyekti yaxınlığına zərbələr endirildi like
  • 13 İyn 20:48  
Dünya İranın Fordodakı nüvə obyekti yaxınlığına zərbələr endirildi

İsrail ordusu İranın Fordo bölgəsindəki nüvə obyekti yaxınlığına zə

arrow Ətraflı
İsrail Həmədanda aviabazanı yenidən vurdu like
  • 13 İyn 20:36  
Dünya İsrail Həmədanda aviabazanı yenidən vurdu

İsrail İranın Həmədan şəhərindəki Nozhe aviabazasını yenidən vurub.

arrow Ətraflı
Bakıda ölümlə bitən mübahisə  Fotoqraf qonşusu tərəfindən qətlə yetirildi like
  • 13 İyn 20:24  
Kriminal Bakıda ölümlə bitən mübahisə Fotoqraf qonşusu tərəfindən qətlə yetirildi

Bakıda qətl törətməkdə təqsirləndirilən Nahid Həsənovun cinayət işi

arrow Ətraflı
İsrail əməliyyata niyə bu adı verib?  Detallar like
  • 13 İyn 20:12  
Dünya İsrail əməliyyata niyə bu adı verib? Detallar

İsrail Baş naziri Benyamin Netanyahu İrana qarşı hərbi əməliyyatlara &qu

arrow Ətraflı