Varlanmağın yolları Azərbaycanlı deputatdan məsləhətlər
Digərləri 07 İyn 2025 22:44:00 52 0
Müasir dünya sürətlə dəyişir. O qədər sürətlə ki, biz bəzən bu dəyişikliklərə çata bilmirik. Məsələ təkcə dördüncü sənaye inqilabında, iqlim dəyişikliklərində deyil, həm də dünyada baş verən gözlənilməz epidemiyalarda, müharibələrdə və buna bənzər "sürpriz"lərdədir. Çox vaxt müxtəlif hadisələrdə təlimat və məsləhətlərə ehtiyacımız olur.
Bu xəbəri də oxu: Ürəyi xəstəliklərdən qoruyan ucuz məhsul açıqlandı
Ən vacib suallardan biri belə səslənir: necə varlanmaq olar?
Cavab üçün oxu.az Milli Məclisin deputatı, iqtisad elmləri namizədi Vüqar Bayramova müraciət edib.
O, vətəndaşlarımız üçün aktual olan məsləhətlər verib.
V.Bayramov deyib ki, kapitalı artırmaq üçün ilk növbədə onun qorunmasına diqqət yetirmək lazımdır. Və əlbəttə ki, investisiya etmək.
Deputatın sözlərinə görə, indi bunu kiçik və ya orta biznesdə etmək daha yaxşıdır, çünki məhz bu sahə daha çox gəlir gətirir:
"İndiki zamanda onlayn xidmətlərə və innovativ məhsullara tələbat yüksəkdir və bunun üçün böyük büdcə tələb olunmur. Ona görə də əgər vətəndaşlar sahibkarlıqla məşğul olmağı planlaşdırırlarsa, mən məhz onlayn biznesi nəzərdən keçirməyi məsləhət görərdim".
Həmsöhbətimiz böyük məbləğdə pulu evdə saxlamamağı məsləhət görür. Çünki bu halda pul gəlir gətirmir və sadəcə, oğurlana bilər. Buna görə də pulu bankda saxlamaq daha yaxşıdır.
V.Bayramov vurğulayıb ki, bu zaman bir neçə vacib məqamı nəzərə almaq lazımdır:
"Birincisi, bankda yalnız 100 000 manata qədər məbləğ sığortalana bildiyindən bu məbləği keçməmək məsləhətlidir. Əgər 100 000 manatdan çox pulunuz varsa, onu müxtəlif banklarda saxlamaq lazımdır. Ya da bir bankda ailə üzvlərinin adlarından istifadə etməklə bir neçə hesaba bölmək olar.
İkincisi, depozit üzrə faiz dərəcələri 12%-dən az olmalıdır, çünki daha yüksək faiz sığortalanmır.
Məbləğ kiçik ola bilər, amma o sığortalanacaq. Və əgər bank müflis olarsa, pulunuz sizə tam məbləğdə ödəniləcək".
Xarici valyutada pul saxlamaqdan danışarkən parlamentari qeyd edib ki, bu halda faiz dərəcələri daha aşağıdır. Buna görə V.Bayramov pulu manatla saxlamağı məsləhət görür.
"Dollarla pul saxlamaq məzənnə dəyişikliklərindən sığortalayır. Pulun bir hissəsini dollarla, bir hissəsini manatla saxlamaq olar", - deyə o əlavə edib.
Vətəndaşların qızıla investisiya etməyə marağını şərh edən deputat zərgərlik məmulatlarına deyil, külçələrə pul yatırmağı məsləhət görüb.
Gənc Tamaşaçılar Teatrının aktrisası İradə Rəşidova yol keçərkən s

"Əgər İlon Mask respublikaçıların dəstəklədiyi genişmiqyaslı bü

Pakistanda baş verən partlayış nəticəsində altı nəfər ölüb, iki nəf

"Birinci övladım qız oldu. Sən demə böyrək çatışmazlığım var i

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar

Tovuzda müəllimənin valideynlərdən zinət əşyası tələb etməsi xəbər

İrəvanda dilin tam qrammatikasını özündə əks etdirən və yeni başlayan

Dünyanın müxtəlif hadisələri ilə bağlı dəqiq proqnozları ilə tanına

Bəzi bürclər deyiləni yox, hiss etdiyini əsas götürür. Astroloqlar hesab

Uzun və sağlam ömür arzusunda olanlara dünyaca məşhur sağlam həyat üzr

Tayvanda kamera qarşısında kosmetik məhsulları yeyən bloqer ölüb.

Ötən gün Mingəçevirdə mənzildən ər-arvadın meyiti tapılıb.

5 il əvvəl Bakıda vəfat edən Ağdam sakininin ölüm faktı qeydə alınıb
