Valideynlərdən üzük götürdüyünə görə cəzalandırılan müəllimə: bilsəydim...
Digərləri 07 İyn 2025 21:00:00 62 0
Tovuzda müəllimənin valideynlərdən zinət əşyası tələb etməsi xəbərinə aydınlıq gətirilib.
Bu xəbəri də oxu: Azərbaycandakı boyalı saxta çaylar – Onları belə tanıyın – ARAŞDIRMA
Son.az teleqraf-a istinadən xəbər verir ki, övladları Tovuzun Mərdan Musayev adına Əlimərdanlı kənd tam orta məktəbinin ibtidai sinfində təhsil alan valideynlər həmin məktəbin müəlliməsi Günel Məmmədovanı müdafiə ediblər.
Müəllimənin barmağına üzük taxan valideynlər bildiriblər ki, sözügedən addımı onlar öz təşəbbüsləri ilə atıblar.
"Biz öz təşəbbüsümüzlə tədbir keçirmişik. Tədbirə müəllimi qonaq çağırmışıq. Ona çox da bahalı olmayan zinət əşyası almışıq. Müəllimin bundan xəbəri olmayıb", - deyə Elgün İbadova adlı valideyn bildirib.
Digər valideyn Ayşə Kərimova da deyib ki, hədiyyəni valideynlər özləri birlikdə alıblar.
Adıçəkilən müəllimə də iddialara cavab verib. O, valideynlərin bu addımından son anda xəbəri olduğunu deyib. Hədiyyəyə gəldikdə isə onu valieynlərə hörmətsizlik olmasın deyə qəbul etdiyini bildirib:
"Məndən xahiş etdilər ki, tədbirlərinə qatılım. Mən də onların könlünə dəyməmək üçün orada iştirak etdim. Hədiyyəni də valideynlərə hörmətsizlik etməmək üçün götürdüm. Bu həddə çatacağını bilsəydim, götürməzdim", - deyə görüntüsü yayılan Günel Məmmədova deyib.
İrəvanda dilin tam qrammatikasını özündə əks etdirən və yeni başlayan

Dünyanın müxtəlif hadisələri ilə bağlı dəqiq proqnozları ilə tanına

Bəzi bürclər deyiləni yox, hiss etdiyini əsas götürür. Astroloqlar hesab

Uzun və sağlam ömür arzusunda olanlara dünyaca məşhur sağlam həyat üzr

Tayvanda kamera qarşısında kosmetik məhsulları yeyən bloqer ölüb.

Ötən gün Mingəçevirdə mənzildən ər-arvadın meyiti tapılıb.

5 il əvvəl Bakıda vəfat edən Ağdam sakininin ölüm faktı qeydə alınıb

Astroloqlar illərdir bürclərin insan davranışlarına təsirini araşdırır

Uşaqların heyvanlarla, xüsusilə də itlərlə erkən təması atopik ekzeman

Baş Dövlət Yol Polisi İdarəsi ani yağış zamanı yollarda yaranan təhlü

Azərbaycanda ilk dəfə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrın�

5-6 iyun tarixlərində Bakıdan bölgələrə 605 reys həyata keçirilib.
