Azərbaycan və İran prezidentləri arasında telefon danışığı olub
Siyasət 07 İyn 2025 16:15:00 57 0
İyunun 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub.
Bu xəbəri də oxu: Rusiya türk dövlətinə hücuma hazırlaşır?
Son.az xəbər verir ki, İran Prezidenti dövlətimizin başçısını, qardaş və dost Azərbaycan xalqını qarşıdan gələn müqəddəs Qurban bayramı münasibətilə təbrik edib, xalqımıza rifah və tərəqqi arzulayıb.
Prezident İlham Əliyev də öz növbəsində İran Prezidentini, qardaş və dost İran xalqını qarşıdan gələn müqəddəs Qurban bayramı münasibətilə təbrik edib, firavanlıq və tərəqqi arzularını çatdırıb.
Məsud Pezeşkian ölkəmizə rəsmi səfərini, səfər çərçivəsində dövlətimizin başçısı ilə keçirdiyi görüşləri və aparılan səmərəli müzakirələri məmnunluqla xatırlayıb.
Azərbaycan Prezidenti də səfər zamanı aparılan müzakirələri yüksək qiymətləndirib.
Telefon danışığı əsnasında hazırda iki ölkənin aidiyyəti dövlət qurumlarının Məsud Pezeşkianın ölkəmizə rəsmi səfəri zamanı qarşıya qoyulan tapşırıqların həyata keçirilməsi üçün səylərini davam etdirdikləri vurğulanıb. Səfərin nəticəsi olaraq Bakı-Təbriz aviareysinin bərpası və Bakı-Tehran istiqamətində təyyarə reyslərinin sayının artırılması qeyd edilib, bunun xalqlarımız arasında təmasların artmasına müsbət təsir göstərəcəyinə əminlik ifadə olunub.
Azərbaycan-İran əlaqələrinin inkişafında hazırda dönüş nöqtəsinin olduğu vurğulanıb və birgə səylərlə ölkələrimiz arasında münasibətlərin müxtəlif sahələrdə dinamik surətdə inkişaf edəcəyinə ümidvarlıq bildirilib.
Telefon söhbəti zamanı dövlət başçıları qarşılıqlı maraq doğuran digər məsələlərə də dair fikir mübadiləsi aparıblar.
Xəbər verdiyimiz kimi, bu gün saat 14 radələrində paytaxtın Sabunçu rayo

Bakıda Böyükşor gölü yaxınlığında ağır yol-nəqliyyat hadisəsi baş

"Forbes" jurnalı miras və ya kənar yardım olmadan öz sərvətini

Aktyor Nicat Rəhimovun qızı Mehribanın bir yaşı tamam olur.

Şaxtalı, qarlı və buzlu qış çox vaxt avtomobilin ən qatı düşməni hes

İyunun 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Pakis

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın növbəti hədəfinin Qazaxıst

Gəncə İnzibati Məhkəməsi 2008-ci ildə həyatını itirən mayor Abbasov R

Cəlilabadda yol-nəqliyyat hadisəsi baş verib, 5 nəfər xəsarət alıb.

Yaponiyanın "Rohto Pharmaceutical Co" dərman şirkətinin alimləri

"Yay aylarında təravət və zəriflik insanın tək geyimində deyil, ist

Türkiyə Respublikasının İstanbul şəhərində yerləşən Şimali Atlantik

Türkiyədə süni intellektlə təchiz olunmuş radarlar rəsmi olaraq istifad�
