Prezident İlham Əliyev ilə Məhəmməd Şahbaz Şərif arasında telefon danışığı olub
Siyasət 07 İyn 2025 14:50:00 69 0
İyunun 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif arasında telefon danışığı olub.
Bu xəbəri də oxu: Paşinyanın "bayram təbriki"nin əsl mahiyyəti:
Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, Məhəmməd Şahbaz Şərif Prezident İlham Əliyevi və Azərbaycan xalqını müqəddəs Qurban bayramı münasibətilə təbrik edib, dövlətimizə tərəqqi və rifah arzularını çatdırıb.
Dövlətimizin başçısı da öz növbəsində Pakistan Prezidentini və xalqını müqəddəs Qurban bayramı münasibətilə təbrik edərək, Pakistan xalqına səadət, inkişaf və firavanlıq arzulayıb.
Azərbaycan Prezidenti və Pakistanın Baş naziri bir neçə gün əvvəl Laçında keçirilmiş ikitərəfli, həmçinin Azərbaycan-Türkiyə-Pakistan formatında üçtərəfli görüşləri və bu görüşlər əsnasında aparılmış müzakirələri məmnunluqla xatırlayaraq, bütün bunların ölkələrimiz arasında əlaqələrin inkişafına daha da təkan verdiyini qeyd ediblər.
Telefon söhbəti zamanı Azərbaycanla Pakistan arasında ikitərəfli iqtisadi, ticari, enerji, sənaye, hərbi, elm, təhsil, turizm və digər sahələrdə əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) bu ilin yayında Azərbaycanın Xankəndi şəhərində keçiriləcək Sammitinin əhəmiyyətinə toxunularaq, bu tədbirin üzv dövlətlər arasında münasibətlərin inkişafına töhfə verəcəyinə ümidvarlıq ifadə olunub.
Telefon söhbəti əsnasında qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın növbəti hədəfinin Qazaxıst

Gəncə İnzibati Məhkəməsi 2008-ci ildə həyatını itirən mayor Abbasov R

Cəlilabadda yol-nəqliyyat hadisəsi baş verib, 5 nəfər xəsarət alıb.

Yaponiyanın "Rohto Pharmaceutical Co" dərman şirkətinin alimləri

"Yay aylarında təravət və zəriflik insanın tək geyimində deyil, ist

Türkiyə Respublikasının İstanbul şəhərində yerləşən Şimali Atlantik

Türkiyədə süni intellektlə təchiz olunmuş radarlar rəsmi olaraq istifad�

2025-ci il iyunun 4-dən 6-dək Varşavada keçirilmiş ATƏT-in Demokratik Təs

Bir qisim insanlar konservləşdirilmiş məhsulları istehlak etmeyi sevir.

"Əshabi-Kəhf" Ziyarətgah Kompleksində yeni tikinti işləri aparı

İyunun 10-da Masallı rayonunun bir neçə kəndində təbii qazın verilişind

Tovuzda orta məktəb müəlliminə məxsus olduğu iddia edilən qalmaqallı g�

10 min manat kredit götürmək istəyən vətəndaş öz pulundan da olub.
