Prezident İlham Əliyev Xorvatiya Baş nazirini təbrik edib
Siyasət 30 May 2025 11:52:00 90 0
Azərbaycan Prezidenti İlham Əliyev Xorvatiya Respublikasının Baş naziri Andrey Plenkoviçi təbrik edib.
Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, təbrikdə deyilir:
"Hörmətli cənab Baş nazir,
Ölkənizin milli bayramı - Dövlətçilik Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.
Azərbaycan ilə Xorvatiya arasında xoş ənənələr üzərində qurulan əlaqələrin möhkəmlənməsi və yeni məzmunla zənginləşməsi məmnunluq doğurur. Fəal siyasi dialoqumuz, ali və yüksək səviyyəli qarşılıqlı səfərlər və müntəzəm təmaslar müxtəlif sahələrdə əməkdaşlığımızı genişləndirmək üçün yaxşı zəmin yaradır.
Hazırda Azərbaycan ilə Xorvatiya iqtisadi-ticari, humanitar, xüsusilə də minatəmizləmə sahələrində uğurla əməkdaşlıq edirlər. Eyni zamanda ölkələrimiz arasında tərəfdaşlığın prioritet istiqamətlərdən olan enerji sektorunda əməkdaşlıq inkişaf edərək hazırda yeni müstəviyə keçmişdir. Enerji sahəsində uğurlu işbirliyimiz Avropanın enerji təhlükəsizliyinin təminatına öz müsbət təsirini göstərir.
İnanıram ki, xalqlarımızın iradəsinə uyğun olaraq ölkələrimiz arasında ənənəvi dostluq münasibətləri, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımız və strateji tərəfdaşlığımız bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcək və daha da güclənəcəkdir.
Bu bayram günündə Sizə ən xoş arzularımı yetirir, dost Xorvatiya xalqına daim əmin-amanlıq və rifah diləyirəm".
Gizli kamera qalmaqalı böyüyür: Hotel, gündəlik ev, lazer mərkəzinə qə

Manisada yerləşən avtomobil yuma məntəqəsində faciə baş verib.

Bu gün tədbirin təşkilatçılarından, eyni zamanda dövlət başçımızın

Milli Məclis Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyev və

Daima korporativ sosial məsuliyyət layihələrində fəal iştirak edən Ziraa

Milli Məclisin yaz sessiyasının sonuncu plenar iclası başlayıb.

2025-ci ilin yanvar-mart aylarında Bakı şəhərində muzdla işləyənlərin

Rusiya ordusu tərəfindən Yuxarı Tersa kəndinə hava hücumları həyata ke�

Bu gün Naxçıvanda Qlobal İnformasiya Mühiti və Media Trendləri" Konf

ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə baş mə

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Pre

Birdən böyük pul qazana biləcək 6 bürc astroloji inanclara əsaslanaraq a

Mayın 30-da Heydər Əliyev Sarayında Azərbaycan milli mətbuatının 150 ill

Ötən gün 8 Noyabr prospektində üç avtomobilin iştirakı ilə baş verən

2025-ci ilin iyun ayında Xərçəng, Tərəzi və Oğlaq bürcləri sevgi və i
