ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə baş məsləhətçisi Azərbaycana gəlib
Siyasət 30 May 2025 10:42:00 104 0
ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə baş məsləhətçisi Azərbaycana gəlib.
Bu xəbəri də oxu: Latviya Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb
Trend xəbər verir ki, bu barədə Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyi X hesabında məlumat yayıb.
"Bu gün ABŞ-nin Müvəqqəti işlər vəkili Hüqo Qevara ABŞ Dövlət Departamentinin Avropa məsələləri üzrə müavin köməkçisi Coş Hak və Avropa üzrə baş müşaviri Vayatt Tölkeni səfirlikdə salamlayıb.
Nümayəndə heyəti Azərbaycana yüksək səviyyəli rəsmilərlə görüşmək və ABŞ-nin maraqlarını, iqtisadi rifahı və regional təhlükəsizliyi təşviq edən ikitərəfli dialoqu davam etdirmək məqsədilə səfər edib", - məlumatda deyilir.
Qeyd edək ki, o, sayca 30-cu olan Yubiley "Baku Energy Forum"unda iştirak edəcək.
Forum 3-4 iyun tarixlərində Bakı Konqres Mərkəzində keçiriləcək və sənayenin aparıcı nümayəndələrini strateji fikir mübadiləsi üçün bir araya gətirəcək.
Bu il "Baku Energy Week"in tərkib hissəsi olan "Baku Energy Forum" 30 illik yubileyini qeyd edir. Əsası qoyulduğu gündən etibarən forum beynəlxalq əlaqələrin möhkəmləndirilməsi, qabaqcıl təcrübələr mübadiləsi və yalnız Azərbaycanın deyil, bütövlükdə regionun enerji sektorunun inkişafına təsir edən sazişlərin imzalanması üçün əsas platformaya çevrilib. Forum enerji sahəsinin liderlərini, biznes nümayəndələrini və dövlət qurumlarının nümayəndələrini bir araya gətirərək bu sahədə beynəlxalq əməkdaşlığın inkişafına töhfə verir.
"Baku Energy Week" özündə üç mötəbər tədbiri birləşdirir: 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi "Caspian Oil and Gas", 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi "Caspian Power" və 30-cu Yubiley "Baku Energy Forum". "Caspian Oil and Gas" və "Caspian Power" sərgiləri Bakı Ekspo Mərkəzində, "Baku Energy Forum" isə ekoloji konseptdə inşa edilmiş Bakı Konqres Mərkəzində təşkil ediləcək.
Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Pre

Birdən böyük pul qazana biləcək 6 bürc astroloji inanclara əsaslanaraq a

Mayın 30-da Heydər Əliyev Sarayında Azərbaycan milli mətbuatının 150 ill

Ötən gün 8 Noyabr prospektində üç avtomobilin iştirakı ilə baş verən

2025-ci ilin iyun ayında Xərçəng, Tərəzi və Oğlaq bürcləri sevgi və i

"Haribo" şirkəti Hollandiyada satışda olan bəzi marmeladlarında

Şimali Koreya Ukraynaya qarşı müharibəyə kömək etmək üçün Rusiyaya m

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrin�

Əməkdar artist Nigar Şabanova efirlərin birində qonaq olub.

Masallı rayonunun Qəriblər kəndində yeni çəkilmiş qaz kəmərinin mənb�

Qərbi Azərbaycan Televiziyasının rəhbəri dəyişdirilib.

Model Səmra Hüseynova keçmiş sevgilisi ilə bağlı etiraf edib.

2025-ci ilin İYUN ayında ən xoşbəxt bürclər ulduzların hərəkətinə g�
