Vardanyanın məhkəməsində onlarla zərərçəkmiş şəxs ifadə verib


Siyasət 27 May 2025 19:25:00 76 0

Vardanyanın məhkəməsində onlarla zərərçəkmiş şəxs ifadə verib

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi mayın 27-də davam etdirilib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün özünün seçdiyi vəkillə təmin olunub.

Hakim Zeynal Ağayev dindirmədən əvvəl məhkəmə prosesində ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.

Zərərçəkmiş şəxsin hüquqi varisi Tahir Əliyev övladı Səbuhi Əliyevin Ağdərədə Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən öldürüldüyünü bildirib.

Zərərçəkmiş şəxs Seymur Teymurov dövlət ittihamçısı Vüsal Abdullayevin suallarına cavabında bildirib ki, Ağdərədə Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən atılan "Kornet" tipli raket mərmisinin onun ibarət etdiyi avtomobilə düşməsi nəticəsində iki nəfər həlak olub, özü isə yaralanıb.

Digər zərərçəkmiş şəxs Rafiq Əhmədov Ağdam rayonunda düşmən tərəfindən basdırılmış minaya düşməsi nəticəsində xəsarət aldığını bildirib.

Zərərçəkmiş Ramil Ələkbərov Xankəndidə düşmən tərəfindən basdırılmış minanın partlaması nəticəsində yaralandığını söyləyib.

Mehman Quliyev Kəlbəcərdə düşmən tərəfindən ağır artilleriya atəşinin açılması zamanı qəlpə dəyməsi nəticəsində sağ gözünü itirdiyini deyib.

Rəşad Abdullayev Ağdam rayonunda Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən tank əleyhinə raketin atılması nəticəsində xəsarət aldığını bildirib.

Digər zərərçəkmiş şəxslər - Elsevər Nəzərov Ağdərədə, Fəqan Haqverdiyev Ağdam rayonunda, Sirac Niftalıyev Xocalı rayonunda, Nadir Balayev, Rauf Yusifov və Orxan Fərzəliyev isə Xocavənd rayonunda Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən açılan atəşlər nəticəsində xəsarət aldıqlarını bildiriblər.

Mirsaleh Heydərzadə dövlət ittihamçısı Təranə Məmmədovanın suallarını cavablandıran zaman Şuşada düşmən tərəfinin atəşi nəticəsində yaralandığını söyləyib. O deyib ki, avtomobillə gedərkən Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən meşəlik istiqamətindən açılan atəş nəticəsində özü və avtomobildə olan digər şəxs yaralanıb.

Zərərçəkmiş şəxs Rahim İbrahimov Ağdərədə düşmən tərəfindən açılan atəş nəticəsində yaralandığını bildirib.

Aqil İspərzadə Xocavənd rayonu ərazisində düşmən tərəfindən mərmi atılması nəticəsində xəsarət alıb. Hadisə zamanı iki nəfər həlak olub, daha üç nəfər xəsarət alıb.

Zərərçəkmiş Ramil Xankişiyev bildirib ki, Ağdərədə kolların arasında düşmənin basdırdığı minanın partlaması nəticəsində özü və Xası Verdiyev yaralanıb. Hadisə zamanı Mirmusa Mehdizadə həlak olub.

Digər zərərçəkmiş şəxs Nemət Rüstəmov Xocavənddə düşmənin açdığı snayper atəşi və atdığı minaatan mərmisinin yaxınlığına düşərək partlaması nəticəsində xəsarət aldığını söyləyib.

Ərzulla Tağıyev Xocavənd rayonunda ermənilər tərəfindən minaatandan açılan atəş nəticəsində yaralandığını deyib.

Zərərçəkmiş şəxs Abdulla Əsgərzadə dövlət ittihamçısı Fuad Musayevin suallarına cavabında bildirib ki, Xocavənddə tibb xidməti avtomobili ilə gedərkən Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən atılan minaatan mərmisinin düşərək partlaması nəticəsində özü və Ərzulla Tağıyev yaralanıb. "Həmin vaxt avtomobilin üzərində tibb xidməti maşını olmasını bildirən nişanın olmasına baxmayaraq, onlar bizi atəşə tutdular", - deyə o qeyd edib.

Zərərçəkmiş digər şəxs Vaqif Xeyrullayev bildirib ki, Laçın rayonunda düşmənin açdığı atəş nəticəsində yaralanıb. Həmin vaxt onunla birlikdə olan Mirtalıb Ağayev həlak olub, Oruc Rzayev və adını xatırlamadığı bir neçə nəfər xəsarətlər alıb.

Mirhüseyn Dostuyev Xocavənddə düşmən tərəfindən açılmış snayper atəşi nəticəsində sağ ayağından güllə yarası aldığını deyib.

Zərərçəkmiş şəxslər - Pərviz İskəndərli və Samir Fərzəliyev Xocalı rayonunda yaralanıqlarını söyləyiblər.

Samiq Əliyev Şuşa şəhəri yaxınlığında düşmən tərəfindən atılan artilleriya mərmisi nəticəsində xəsarət aldığını vurğulayıb.

Emil Cəfərov Xocavənddə Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən açılan atəş nəticəsində yaralandığını bildirib.

Zərərçəkmiş şəxs Tural Dadaşov Kəlbəcərdə Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən atılan minaatan mərmisinin partlaması nəticəsində xəsarət aldığını deyib. O qeyd edib ki, həmin vaxt adını xatırlamadığı bir neçə nəfər həlak olub.

Nüsrət Kərimov Ağdam rayonunda düşmən tərəfinin atəşi nəticəsində xəsarət alıb. Zərərçəkmiş şəxs onunla birlikdə yaralanan şəxslərdən birinin hələ də xəstəxanada müalicəsinin davam etdiyini bildirib.

Aslan Əzizov isə diqqətə çatdırıb ki, Ağdam rayonunda düşmən tərəfindən açılan atəş nəticəsində özü, Namiq Zöhrabov və Nüsrət Kərimov müxtəlif növ bədən xəsarətləri alıblar.

Məhəmməd Qəyyumlu və Murad Hüseynov Ağdam rayonunda Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən açılan atəş nəticəsində yaralandıqlarını söyləyib.

Məhkəmə prosesində, həmçinin zərərçəkmiş şəxslərin barələrində keçirilmiş məhkəmə-tibbi ekspertizasının rəyləri elan edilib.

Məhkəmənin növbəti iclası iyunun 3-nə təyin olunub.

Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16, 116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd), 192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2 (cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur. Son.az 

Ana və 3 qızının faciəli sonu  Hamısının taleyi eyni oldu  FOTO like
  • 27 May 19:24  
Digərləri Ana və 3 qızının faciəli sonu Hamısının taleyi eyni oldu FOTO

Türkiyənin Şırnak rayonunda mayın 24-də baş verən qəza ağır itkilər

arrow Ətraflı
Coşqun Rəhimov ilk dəfə xanımı haqda: "Məni qısqanır" like
  • 27 May 18:44  
Şou-biznes Coşqun Rəhimov ilk dəfə xanımı haqda: "Məni qısqanır"

Əməkdar artist Coşqun Rəhimov "Günaydın, Azərbaycan" verilişin

arrow Ətraflı
Kaya Kallas Azərbaycan Prezidentinin Fransa vətəndaşını əfv etməsini alqışlayıb like
  • 27 May 18:23  
Siyasət Kaya Kallas Azərbaycan Prezidentinin Fransa vətəndaşını əfv etməsini alqışlayıb

Aİ xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avr

arrow Ətraflı
İrakli Kobaxidze İlham Əliyevi təbrik edib like
  • 27 May 18:11  
Siyasət İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycan Respublikasının Prezi

arrow Ətraflı
Dalğalanan bayrağımız gələcək nəsillərə Azərbaycan dövlətçiliyinin əmanətidir like
  • 27 May 18:06  
Siyasət Dalğalanan bayrağımız gələcək nəsillərə Azərbaycan dövlətçiliyinin əmanətidir

1918-ci il mayın 28-i Azərbaycan xalqının dövlətçilik tarixində dönüş

arrow Ətraflı
Zenfira ilk dəfə dəbdəbəli evini göstərdi  VİDEO like
  • 27 May 18:00  
Şou-biznes Zenfira ilk dəfə dəbdəbəli evini göstərdi VİDEO

Müğənni Zenfira İbrahimova ilk dəfə evinin qapısını kameraların obyekt

arrow Ətraflı
Laçında İlham Əliyevin Pakistanın Baş naziri ilə məhdud tərkibdə görüşü keçirilir  FOTO like
  • 27 May 17:43  
Siyasət Laçında İlham Əliyevin Pakistanın Baş naziri ilə məhdud tərkibdə görüşü keçirilir FOTO

Son.az xəbər verir ki, Laçında Azərbaycan Respublikasının Prezidenti İl

arrow Ətraflı
Tanınmış həkimin diplomu saxta çıxdı  16 illik şəbəkə ifşa edildi like
  • 27 May 17:37  
Digərləri Tanınmış həkimin diplomu saxta çıxdı 16 illik şəbəkə ifşa edildi

Ankara mərkəzli 16 il davam edən əməliyyat nəticəsində dövlət qurumlar

arrow Ətraflı
İƏTin Baş katibi İlham Əliyevi təbrik etdi like
  • 27 May 17:29  
Siyasət İƏTin Baş katibi İlham Əliyevi təbrik etdi

İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Əsəd Məcid Xan

arrow Ətraflı
“Niyə bu qərar imtahana 20 gün qalmış açıqlanır?” like
  • 27 May 17:17  
Digərləri “Niyə bu qərar imtahana 20 gün qalmış açıqlanır?”

Xəbər verdiyimiz kimi, bu dəfə lisey və gimnaziyalara qəbul yalnız 6-cı

arrow Ətraflı
“WhatsApp” istifadəçilərinin nəzərinə  Çoxdan gözlənilən yenilik gəldi like
  • 27 May 17:13  
Digərləri “WhatsApp” istifadəçilərinin nəzərinə Çoxdan gözlənilən yenilik gəldi

"WhatsApp" platforması istifadəçilərin fayl axtarışını və med

arrow Ətraflı
AYNA yeni proqram yaratdı  Şikayətiniz varsa, bildirin like
  • 27 May 17:00  
Digərləri AYNA yeni proqram yaratdı Şikayətiniz varsa, bildirin

Sərnişinlərin ictimai nəqliyyatla bağlı məlumatları rahat şəkildə əl

arrow Ətraflı
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir like
  • 27 May 16:55  
Siyasət Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

ABŞ-nin Etnik Anlaşma Fondunun prezidenti Ravvin Mark Şnayer Prezident İlham

arrow Ətraflı
İranda bıçaqlı hücum  Ölənlər və yaralananlar var like
  • 27 May 16:48  
Dünya İranda bıçaqlı hücum Ölənlər və yaralananlar var

İranın Şiraz şəhərində dəhşətli hadisə baş verib.

arrow Ətraflı