Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir


Siyasət 27 May 2025 16:55:00 94 0

Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

ABŞ-nin Etnik Anlaşma Fondunun prezidenti Ravvin Mark Şnayer Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir:

"Zati-aliləri.

28 May - Müstəqillik Günü münasibətilə Sizə və sevimli Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırmaqdan şərəf və məmnunluq duyuram.

Azərbaycanı regional liderə və mühüm qlobal rolunun getdikcə artdığı bir dövlətə çevirən uzaqgörən liderliyinizi, müdrikliyinizi və güclü prinsiplərinizi alqışlayıram. Azərbaycanın sülh şəraitində birgəyaşayış modeli dünyada uğur qazanıb. Ölkənizin əsrlər boyu dinlərarası və mədəni harmoniya baxımından əldə etdiyi nailiyyətlər müasir dünyamız üçün ruhlandırıcıdır.

Bu əlamətdar günü qeyd edərkən əmin olun ki, mən bir dost kimi müsəlman-yəhudi münasibətlərinin möhkəmləndirilməsi üçün uzun illər davam edən tərəfdaşlığımıza çox böyük önəm verirəm.

Ölkənizə etdiyim çoxsaylı səfərlər məndə Azərbaycan xalqının qonaqpərvərliyi və səxavəti ilə bağlı olduqca xoş xatirələr yaradıb.

Bu bayram münasibətilə Sizə və bütün dünya azərbaycanlılarına xoşbəxtlik, firavanlıq, əmin-amanlıq arzulayıram.

Cənab Prezident, Sizə ən yüksək ehtiramımı bildirirəm".

xxx

16:15

Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun direktoru Qriqori Trubnikov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Trend xəbər verir ki, təbrikdə deyilir:

"Möhtərəm cənab Prezident.

Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun direktorluğunun və beynəlxalq kollektivinin adından Sizi Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edirəm.

Sözsüz ki, dövlətin inkişafında ən mühüm amillərdən biri elm və texnikanın tərəqqisidir. Hazırda, əsasən, ölkə rəhbərliyinin yorulmaz fəaliyyəti sayəsində Azərbaycanda elmi-texniki potensialın artırılması üçün geniş imkanlar və perspektivlər yaradılır.

Azərbaycan Respublikasının Birləşmiş Nüvə Tədqiqatları İnstitutuna üzv olduğu illər ərzində fundamental və tətbiqi elmlər sahəsində birgə tədqiqatlar üzrə zəngin təcrübə toplanıb, dostluq, etimad və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan səmərəli əməkdaşlığımızın inkişafı və daha da möhkəmləndirilməsi üçün etibarlı zəmin yaradılıb.

Əminəm ki, Azərbaycanın elmi-tədris mərkəzləri ilə Birləşmiş Nüvə Tədqiqatları İnstitutu arasında zamanın sınağından çıxmış əlaqələr elmi əməkdaşlığımızın davamlı şəkildə genişlənməsinə, o cümlədən ölkəniz və institutumuzun bütün üzv dövlətləri üçün qarşılıqlı maraq doğuran praktiki məqsədlərin həyata keçirilməsinə töhfə verəcək.

Möhtərəm cənab Prezident, Sizə möhkəm cansağlığı və yeni-yeni uğurlar, Azərbaycan xalqına isə sülh, əmin-amanlıq və tərəqqi arzulayıram".

 
İranda bıçaqlı hücum  Ölənlər və yaralananlar var like
  • 27 May 16:48  
Dünya İranda bıçaqlı hücum Ölənlər və yaralananlar var

İranın Şiraz şəhərində dəhşətli hadisə baş verib.

arrow Ətraflı
Hava ilə bağlı daha bir xəbərdarlıq edildi like
  • 27 May 16:36  
Digərləri Hava ilə bağlı daha bir xəbərdarlıq edildi

Mayın 28-29-da bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə

arrow Ətraflı
3400 abonent qazsız qalacaq  XƏBƏRDARLIQ like
  • 27 May 16:24  
Digərləri 3400 abonent qazsız qalacaq XƏBƏRDARLIQ

Mayın 29-30-da Masallı rayonunun bəzi kəndlərində qazın verilişi dayand�

arrow Ətraflı
“Köhnə musiqi musiqidirmi?” adlı konsert baş tutub  FOTO like
  • 27 May 16:23  
Kriminal “Köhnə musiqi musiqidirmi?” adlı konsert baş tutub FOTO

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsind�

arrow Ətraflı
800 km/saat sürətlə uçan təyyarə metezondun kamerasına belə düşdü – VİDEO like
  • 27 May 16:12  
Dünya 800 km/saat sürətlə uçan təyyarə metezondun kamerasına belə düşdü – VİDEO

Yüksək sürətlə hərəkət edən sərnişin təyyarəsi təsadüfən meteozo

arrow Ətraflı
Kallas xahiş etdi, Bakı razılaşdı  Bu şəxs azadlığa çıxdı like
  • 27 May 16:00  
Siyasət Kallas xahiş etdi, Bakı razılaşdı Bu şəxs azadlığa çıxdı

Azərbaycan dövləti qanunun aliliyini təmin etməklə yanaşı, humanist möv

arrow Ətraflı
Filippin Prezidenti Azərbaycan liderini təbrik edib like
  • 27 May 15:54  
Siyasət Filippin Prezidenti Azərbaycan liderini təbrik edib

Filippin Respublikasının Prezidenti Ferdinand Romualdez Markos Prezident İlha

arrow Ətraflı
Qırmızı Qəsəbədə “Qurtuluş və Nicat Günü”nə həsr olunan sərgi keçirilib  FOTO like
  • 27 May 15:53  
Digərləri Qırmızı Qəsəbədə “Qurtuluş və Nicat Günü”nə həsr olunan sərgi keçirilib FOTO

Mayın 26-da Dağ Yəhudiləri İrsi Mərkəzinin təşkilatçılığı ilə İk

arrow Ətraflı
Çində kimyəvi zavodda güclü PARTLAYIŞ  VİDEO like
  • 27 May 15:52  
Dünya Çində kimyəvi zavodda güclü PARTLAYIŞ VİDEO

Çində kimyəvi zavodda partlayış baş verib.

arrow Ətraflı
Xaricdən maşın sifariş edənlər NƏZƏRİNƏ! like
  • 27 May 15:37  
Digərləri Xaricdən maşın sifariş edənlər NƏZƏRİNƏ!

Son dövrlər xaricdən avtomobil sifariş edən vətəndaşların sayı artmaqd

arrow Ətraflı
Azərbaycan fransız məhbusu bu şəxsin xahişindən sonra əfv etdi like
  • 27 May 15:36  
Siyasət Azərbaycan fransız məhbusu bu şəxsin xahişindən sonra əfv etdi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev məhkum edilmiş bir sıra ş�

arrow Ətraflı
"May bundan sonra bayram ayı olacaq" like
  • 27 May 15:35  
Siyasət "May bundan sonra bayram ayı olacaq"

May ayı sizin üçün ikiqat bayram ayı olacaq - həm müstəqillik bayramı,

arrow Ətraflı
Yaya həftələr qalmış Rusiyaya qar yağdı – VİDEO like
  • 27 May 15:25  
Digərləri Yaya həftələr qalmış Rusiyaya qar yağdı – VİDEO

Rusiyanın bəzi şəhərləri gözlənilməz hava şəraiti ilə qarşılaşıb

arrow Ətraflı
Qarpız və pendiri birlikdə yeyin  Faydaları saymaqla bitmir like
  • 27 May 15:14  
Digərləri Qarpız və pendiri birlikdə yeyin Faydaları saymaqla bitmir

Yay aylarının sevilən, sərinləşdirici və şirin meyvəsi olan qarpızın

arrow Ətraflı
Məşhur türk serialında Azərbaycan bayrağı tərsinə asıldı like
  • 27 May 15:00  
Şou-biznes Məşhur türk serialında Azərbaycan bayrağı tərsinə asıldı

Məşhur türk seriallarından olan "Uzak şehir"in 27-ci bölümünd�

arrow Ətraflı