Çinli alimlər “görünməyəni göstərən” linzalar hazırladı
Digərləri 27 May 2025 02:02:00 89 0
Çinli tədqiqatçılar texnologiya və biotibbin kəsişməsində maraqlı bir yeniliyə imza atıblar. Alimlər tərəfindən hazırlanmış kontakt linzalar, qaranlıqda görmək üçün yeni imkanlar yaradır.
Bu xəbəri də oxu: Tibb dünyasında ilk Bədənindəki şiş xəstənin gözündən çıxarıldı FOTO
Son.az xəbər verir ki, innovativ linzalar insan gözünün tanıya bilmədiyi infraqırmızı işığı görünən işığa çevirərək istifadəçiyə ətrafda baş verənləri sanki gecə görmə cihazı kimi izləməyə imkan verir.
Ən diqqətçəkən məqam isə bu texnologiyanın göz qapaqları bağlı vəziyyətdə belə işləməsidir. Alimlərin sözlərinə görə, infraqırmızı şüalar göz qapağından keçərək linzalar vasitəsilə görüntü yarada bilir. Bu isə qaranlıqda belə vizual məlumat almağa şərait yaradır.
İlk sınaqlar siçanlar üzərində aparılıb. Təcrübələr zamanı heyvanların infraqırmızı şüalanmanın olduğu bölgələrdən uzaqlaşıb daha qaranlıq sahələrə keçdiyi müşahidə olunub. Bu isə onların infraqırmızı siqnalları görə bildiklərini sübut edib.
Növbəti mərhələdə 10 könüllü insan üzərində testlər həyata keçirilib. Onlar infraqırmızı LED mənbələrinin mövqeyini düzgün müəyyən edərək linzaların effektivliyini təsdiqləyiblər.
Hazırda bu texnologiyanın gələcəkdə hərbi, tibbi və təhlükəsizlik sahələrində istifadəsi perspektivləri müzakirə olunur.
Asya Son.az
Amerika Birləşmiş Ştatlarından olan elm adamları, ultra emal olunmuş qida

Meyxanaçı Ağamirzə Məmmədov hərdən özünə ölüm arzuladığını etir

Bakının daşınmaz əmlak bazarında qiymətlərdə artım tendensiyası müş

Ötən gün axşam saatlarında Türkiyənin Bingöl vilayətinin Kiğı rayonun

Liverpulun mərkəzində İngiltərə Premyer Liqasında "Liverpul" fu

Lent.az-ın müsahibi Gənc Tamaşaçılar Teatrının aktyoru Rəşad Səfərov

Əfv sərəncamı gözlənilən idi, uzun müddətdir ki, Əfv Komissiyasının

Aktrisa Xuraman Əlizadə ayrıldığı həyat yoldaşı Muradla barışıb.

Naxçıvan-Şahbuz magistral yolunda baş verən qəzada xəsarət alan qadınla

Türkiyənin Sivas vilayətinin Zara rayonuna bağlı Kardere kəndinin Yanık

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və

Əlilliyi müəyyən edilmiş daha bir qrup şəxsə və şəhid ailələrinə �

Son vaxtlar Azərbaycanda "investisiya" dələduzluğu artmaqdadır. R

Bakının Nəsimi, Nizami, Səbail və digər rayonlarında silsilə dələduzlu

Beyin xərçəngi ilə mübarizəsini TikTok-da paylaşaraq minlərlə insana ru
