AZAL təyyarəsinin qəzaya uğradığı yerdə memorial ucaldılacaq


Digərləri 24 May 2025 12:02:00 77 0

AZAL təyyarəsinin qəzaya uğradığı yerdə memorial ucaldılacaq

Aktauda AZAL təyyarəsinin qəzaya uğradığı yerdə memorial ucaldılacaq.

Son.az Trend-ə istinadən bildirir ki,  Aktauda yerli sakinlərin təşəbbüsü ilə aviaqəza qurbanlarının xatirəsinin anılması məqsədilə memorial meydança yaradılıb.

Sosial şəbəkələrdə yayılan videolarda görünür ki, ərazidə artıq oturacaqlar quraşdırılıb, çəpər çəkilib və güllər əkilib.

Videonun müəllifinin sözlərinə görə, bu təşəbbüs insanlara qəzada həlak olanların xatirəsini anmaq imkanı verir. O, memorialın ucaldılmasını "düzgün və insani bir addım" adlandırıb.

"Bütün bunlar şəhər sakinlərinin şəxsi təşəbbüsü ilə - faciədə həlak olanların xatirəsi üçün görülən bir işdir", - Qazaxıstan KİV-ləri rəsmilərə istinadən xəbər verir.

Xatırladaq ki, 25 dekabr 2024-ci il tarixində Azərbaycan Respublikasının Bakı şəhərindən Rusiya Federasiyasının Qroznı şəhərinə J2-8243 reysi üzrə müntəzəm uçuş həyata keçirən "Azərbaycan Hava Yolları" QSC-yə ("AZAL") məxsus və dövlət reyestrində 4K-AZ65 nömrəsi ilə qeydiyyata alınmış Embraer 190-100 IGW tipli sərnişin hava gəmisi Qazaxıstan Respublikası ərazisində Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində iki uçuş heyəti üzvü (kapitan və ikinci pilot), böyük təyyarə bələdçisi və 35 sərnişin həlak olub.

İnsan tələfat və xəsarət alanlar olmasına baxmayaraq, pilotların, bələdçilərin yüksək peşəkarlığı, şücaəti və cəsurluğu sayəsində təyyarə qəza enişi həyata keçirib və 29 nəfərin həyatını xilas etmək mümkün olub. Qazaxıstan Respublikasında gözlənilən qəza enişi barədə məlumat daxil olduqdan dərhal sonra zəruri qəza-xilasetmə tədbirləri həyata keçirilmiş, sağ qalanlar təxliyə edilərək tibbi yardım göstərilib.

İlkin hesabat aşağıdakı faktları təsdiq edir:

1. 25 dekabr 2024-ci il tarixində Azərbaycan Respublikasının Bakı şəhərindən Rusiya Federasiyasının Qroznı şəhərinə J2-8243 reysi üzrə müntəzəm uçuş həyata keçirən "Azərbaycan Hava Yolları" QSC-yə məxsus və dövlət reyestrində 4K-AZ65 nömrəsi ilə qeydiyyata alınmış Embraer 190-100 IGW tipli sərnişin hava gəmisi uçuşa başladıqda və Qroznıya qədər olan uçuş hissəsində tam uçuşa yararlı vəziyyətdə olmuşdur. Hava gəmisinin, o cümlədən onun idarəetmə sisteminin uçuşa yararlılıqla əlaqədar bu məlumatlar FDR vasitəsilə öz təsdiqini tapmışdır.

2. Hava gəmisinin mühərriklərinin hər ikisi qəza anına qədər hər hansı texniki problem olmadan çalışmışlar. Bu məlumat (FDR vasitəsilə təsdiq olunmuşdur.

3. Hava gəmisi Rusiya Federasiyasının hava məkanında, o cümlədən Qroznı hava limanı üzərində uçuş əməliyyatları həyata keçirərkən GPS siqnallarının itməsi halı ilə üzləşmişdir.

4. Hava gəmisi hava şəraitinin əlverişli olmaması səbəbindən Qroznı üzərində ikinci enişi yerinə yetirə bilmədikdən sonra kapitan Bakıya qayıtmaq barəsində qərar vermişdir. Bu qərarın qəbul edilməsindən sonra Qroznı üzərində CVR-da 24 saniyə aralıqla iki dəfə kənar səsin gəlmə faktı qeydiyyata alınmışdır.

5. CVR və FDR məlumatlarının tutuşdurulması nəticəsində müəyyən edilmişdir ki, birinci kənar səsdən 4 saniyə sonra 3-cü hidravlik sistem, 6 saniyə sonra 1-ci hidravlik sistem, 21 saniyə sonra 2-ci hidravlik sistem funksionallığını itirməklə sıradan çıxmışdır.

6. Hava gəmisinin füzelyajında çoxsaylı dəlib keçən və kor zədələrin olması faktı aşkar olunmuş və foto, habelə video qeydiyyata alınmışdır. Həmin zədələrin hava gəmisinin füzelyajının arxa hissəsində, xüsusilə şaquli və üfiqi stabilizatorlarında çox sayda, habelə sol qanadda və sol mühərrikdə aşkar olunmuşdur.

7. Hava gəmisinin füzelyajında aşkar olunan zədələrin kənar obyektlərin təsiri nəticəsində formalaşması barəsində məlumat təqdim edilmişdir. İlkin hesabatda hava gəmisinin quşlarla toqquşmasına işarə edən hər hansı fakt barəsində məlumat təqdim edilməmişdir.

8. Hava gəmisi qalıqlarının kor zədələrində olan hava gəmisinə məxsus olmayan kənar obyektlər aşkarlanaraq götürülmüş və həmin kənar obyektlərin foto şəkilləri ilkin hesabat mətnində ictimaiyyətə təqdim edilmişdir. Gələcəkdə aşkar olunmuş kənar obyektlərin dəqiq mənsubiyyətinin müəyyənləşdirilməsi məqsədilə əlavə ekspertizaların keçirilməsi planlaşdırılmışdır.

9. 05:13:32-də hava gəmisinin əsas idarəetmə sistemləri itirilir, 05:21:42-də əlaqələndirici dispteçer "Ковер" əməliyyatı barədə Qoznıya məlumat verir.

10. Oksigen balonunun partlaması ilə bağlı faktı ehtiva edən hər hansı bir məlumat qeyd olunmamışdır.

BMAT-ın Çikaqo Konvensiyasına əsasən ilkin hesabat hazırlandıqdan sonra qəzanın səbəbləri ilə bağlı qəza tarixindən 1 il ərzində yekun hesabat hazırlanmalıdır. Həmin yekun hesabatın hazırlanması ilə bağlı Qazaxıstan Respublikası və araşdırmada iştirak edən digər dövlətlər tərəfindən artıq işlər başlanılmışdır.

Həftəsonu səfərə çıxanların NƏZƏRİNƏ like
  • 24 May 11:57  
Digərləri Həftəsonu səfərə çıxanların NƏZƏRİNƏ

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib.

arrow Ətraflı
4 BÜRCƏ pul yağışı  Həftə sonu gözlənilməz qazanc fürsətləri like
  • 24 May 11:45  
Digərləri 4 BÜRCƏ pul yağışı Həftə sonu gözlənilməz qazanc fürsətləri

Bu həftə sonu səma bəzi bürclərə sürpriz maliyyə fürsətləri vəd edi

arrow Ətraflı
"O gün olsun, ağladım sizi..." like
  • 24 May 11:32  
Şou-biznes "O gün olsun, ağladım sizi..."

Xalq artisti Röya Ayxan Kann Film Festivalı haqda təəssüratlarını bölü�

arrow Ətraflı
"Artıq çəkinin fəsadları və düzgün həyat tərzi" adlı konfrans başladı like
  • 24 May 11:30  
Digərləri "Artıq çəkinin fəsadları və düzgün həyat tərzi" adlı konfrans başladı

Bu gün Bakıda "Sağlamlığın Qorunması" ictimai birliyinin təşk

arrow Ətraflı
Ən çox balı onlar topladılar like
  • 24 May 11:20  
Digərləri Ən çox balı onlar topladılar

Xəbər verdiyimiz kimi, ötən gün ümumi (9 illik) orta təhsil səviyyəsi �

arrow Ətraflı
İranda fabrikdə güclü YANĞIN  VİDEO like
  • 24 May 11:13  
Dünya İranda fabrikdə güclü YANĞIN VİDEO

İsfahan əyalətinin Murçexort şəhərində iplik və toxuculuq fabrikində g

arrow Ətraflı
Bakıda dana ticarət mərkəzini altüst qoydu – like
  • 24 May 11:08  
Digərləri Bakıda dana ticarət mərkəzini altüst qoydu –

Masazırda maraqlı və eyni zamanda təhlükəli hadisə baş verib.

arrow Ətraflı
Bundan sonra vəkil kimi fəaliyyət göstərəcək  FOTO like
  • 24 May 10:47  
Digərləri Bundan sonra vəkil kimi fəaliyyət göstərəcək FOTO

Bakı Hərbi Məhkəməsinin sabiq hakimi Rafiq Abbasov Vəkillər Kollegiyasın

arrow Ətraflı
Kemal Sunalı canlandıracaq ad bəlli oldu like
  • 24 May 10:36  
Şou-biznes Kemal Sunalı canlandıracaq ad bəlli oldu

"Yeşilçam"ın unudulmaz simalarından biri olan Adile Naşitin həya

arrow Ətraflı
Lüks avtomobillər "su qiyməti"nə satışa çıxarıldı like
  • 24 May 10:26  
Digərləri Lüks avtomobillər "su qiyməti"nə satışa çıxarıldı

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX)

arrow Ətraflı
İşdə yediyi qidadan zəhərləndiyini düşünürdü, xərçəng imiş  13 orqanı çıxarıldı like
  • 24 May 10:16  
Dünya İşdə yediyi qidadan zəhərləndiyini düşünürdü, xərçəng imiş 13 orqanı çıxarıldı

İngiltərədə yaşayan 39 yaşlı Rebekka Hind nadir rast gəlinən və müali

arrow Ətraflı
Avropada müsəlmanlar niyə hədəfə çevrilir? like
  • 24 May 10:15  
Dünya Avropada müsəlmanlar niyə hədəfə çevrilir?

Son.az "Baku Network"da dərc olunmuş məqaləni təqdim edir:

arrow Ətraflı
Üçüncü övladını dünyaya gətirmişdi  13 gün sonra ÖLDÜ like
  • 24 May 10:05  
Digərləri Üçüncü övladını dünyaya gətirmişdi 13 gün sonra ÖLDÜ

Bakıda 3-cü uşağını qeysəriyyə üsulu ilə dünyaya gətirən 33 yaşlı

arrow Ətraflı
Bu dietik maddə kişiləri sonsuzlaşdırır  Araşdırma like
  • 24 May 10:00  
Digərləri Bu dietik maddə kişiləri sonsuzlaşdırır Araşdırma

Yəni, indi “pəhriz saxlayıram, şəkərdən uzağam” deyə sevindiyiniz b

arrow Ətraflı
Bu BÜRCLƏR böyük dəyişikliklərin astanasındadır: like
  • 24 May 09:52  
Digərləri Bu BÜRCLƏR böyük dəyişikliklərin astanasındadır:

Bu yaxınlarda göylərdəki vəziyyətlər dəyişir, və bir çox bürclər ü

arrow Ətraflı