Üçüncü övladını dünyaya gətirmişdi 13 gün sonra ÖLDÜ
Digərləri 24 May 2025 10:05:00 82 0
Bakıda 3-cü uşağını qeysəriyyə üsulu ilə dünyaya gətirən 33 yaşlı Günay Məmmədova 13 gün komada qaldıqdan sonra vəfat edib. Ailəsi qadının ölümündə həkim səhkənkarlığının olduğunu iddia edir.
Bu xəbəri də oxu: Yazısı ilə sosial şəbəkələrdə gündəm olan kuryer danışdı
Son.az xəbər verir ki, bu barədə Xəzər TV-yə mərhumun anası danışıb.
"Körpə uşaqdır ikisi də, heç biri qalmır. Gecələri də yatmırlar. "Anam hanı, nənə? Anam niyə gəlmir?", deyə soruşurlar...", - ana bildirib.
Valideynin sözlərinə görə, qeysəriyyə əməliyyatı Yeni Klinikada uzman cərrah mama-ginekoloq Sevinc Məmmədova tərəfindən həyata keçirilib. Xəstə doğuşdan sonra palataya yerləşdirilib.
G.Məmmədovanın anasının dediyinə əsasən, qızında əməliyyatdan sonra qanaxma baş verib, həkimlərsə bundan gec xəbər tutublar: "Neçə dəfə UZİ-yə gedib, poliklinikada olub. Sapsağlam idi. Qızımı əməliyyat edəndən sonra aparıb palataya yerləşdiriblər. O, palatada yox, reanimasiyada qalmalı idi, 5-10 dəqiqədən bir təzyiqi ölçülməli idi. Təzyiqi ölçülsəydi, nəzarətsiz palatada qalmasaydı, biləcəkdilər ki, təzyiq düşür, demək nəsə normal deyil... Tamam təzyiqi düşüb, halı pis olub yıxılıb. Doğuşdan sonra qanaxma baş verib".
Məsələ ilə əlaqədar TƏBİB-dən bildirilib ki, ölüm halları Tibbi Şura tərəfindən və TƏBİB-in müvafiq komissiyalarında ixtisaslı mütəxəssislərin iştirakı ilə araşdırılır.
Qeyd edək ki, G.Məmmədova mayın 6-da xəstəxanaya yerləşdirilib. Qeysəriyyə üsulu ilə uşaq dünyaya gətirən qadın 13 gün komada qaldıqdan sonra, ayın 19-u vəfat edib. Ölüm hadisəsi olduğuna görə, prokurorluqdan xəstəxanaya gəliblər, meyit yarılmağa göndərilib, hazırda ekspertizanın rəyi gözlənilir.
G.Məmmədovanın 4 və 6 yaşlı daha iki oğlu var.
Yəni, indi “pəhriz saxlayıram, şəkərdən uzağam” deyə sevindiyiniz b

Bu yaxınlarda göylərdəki vəziyyətlər dəyişir, və bir çox bürclər ü

Ermənistanın daxili siyasəti sanki absurd məzhəkə səhnəsinə çevrilir.

Sosial şəbəkələrdə yayılan video marağa səbəb olub.

Bu il də Qurban bayramı ərəfəsində ətə tələbin artması fonunda bahala

Bir sıra yollarda avtonəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyətl�

Rusiya və Ukrayna arasında müharibə son mərhələsinə çatmaqdadır. 2025-

Müğənni Əminə Şirin Manaf Ağayevlə bağlı iddialı açıqlama verib.

Çoxmərtəbəli binadan xətt çəkib maşını şarj edir...

"Kann Film Festivalında Röya Ayxanın çıxdığı qırmızı xalının �

Türkiyənin Əskişəhər vilayətində yerləşən Seyitqazi bölgəsindəki K

Hindistanda 23 yaşlı Anuradha Pasvan evlilik saxtakarlığında şübhəli bil

Avroviziya təmsilçimiz Dilarə Kazımova görüntüsü ilə diqqət çəkib.

Yay aylarında bir çox insan ağcaqanadların hədəfinə çevrilir.

Sosial şəbəkələrdə "oxumasan sən də kuryer olacaqsan" sözlər
