Azərbaycan ərazilərinin işğalında xaricilərin iştirakı təsdiqləndi – Manukyan ifadə verdi
Siyasət 23 May 2025 15:54:00 74 0
Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində Azərbaycan ərazilərinin işğalı zamanı Ermənistanın təşəbbüsü ilə yaradılan "Şuşa əlahiddə taboru"nun tərkibində xarici ölkələrdən gələn şəxslərin iştirakını ifşa edən videomaterial tədqiq olunub.
Bu xəbəri də oxu: Kamaləddin Qafarov: “Azərbaycan həmişə Macarıstanın yanında olub”
Son.az AZƏRTAC-a istinadən xəbərinə görə, kadrlarda bildirilir ki, dünyanın müxtəlif yerlərindən - ABŞ-dan, Kanadadan, Suriyadan, Ermənistandan gələn 210-dan artıq daşnak və könüllü tərəfindən 1991-ci il noyabrın 5-də "Şuşa əlahiddə taboru" yaradılıb.
Videomaterialda deyilir ki, "Qarabağın azad edilməsi" döyüşlərində iştirak edən təxminən 100 diaspor ermənisindən 65 nəfəri bu taborun döyüşçüsü olub.
Videogörüntülərdə özünün olduğunu təsdiq edən təqsirləndirilən şəxs David Manukyan Şuşa taborunun tərkibində Ağdərədə və Kəlbəcərdə aparılan döyüş əməliyyatlarında iştirak etdiyini bildirib.
D.Manukyan dövlət ittihamçısının suallarına cavabında iddia edib ki, Şuşa taborunun tərkibində muzdlular olmayıb, amma xarici ölkələrdən gələn şəxslər iştirak edib.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.
Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Nurlan Yermekbayev Prezident

Eskişehirdə yaşayan 8 yaşlı Mehmet Emir Özbakanın taleyi ağcaqanad sanc

Ulduzlar bu dəfə dörd bürc üçün sevindirici mesaj göndərir. Son aylarda

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki D�

Bakıda 201 nömrəli tam orta məktəbin direktoru Afaq Əliyeva və məktəbin

Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində dindirilə

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru Pyotr

Sosial mediada reklam nəzarətə götürüldü: bloqerlər üçün yeni dövr b

Gözəllik, moda və rəqs mövzularında paylaşdığı videolarla tanınan və

Xalq artisti Naibə Allahverdiyevanın keçmiş həyat yoldaşı Yusif İsmayıl

Rusiya Federasiyası Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov Pr

Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilib.

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) strukturunda kadr dəyişikliyi baş v

Sürücülərin məsuliyyətə cəlb olunması ilə bağlı qanuna dəyişiklik

"Vaqa" ləqəbli tiktoker Vüqar Zeynalzadənin həbs müddəti uzadı
