Tatarıstan lideri Prezident İlham Əliyevi təbrik edib
Siyasət 23 May 2025 14:33:00 77 0
Rusiya Federasiyası Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Bu xəbəri də oxu: Azərbaycan ərazilərinin işğalında xaricilərin iştirakı təsdiqləndi – Manukyan ifadə verdi
Son.az xəbər verir ki, məktubda deyilir:
"Hörmətli İlham Heydər oğlu.
28 May - Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi günü münasibətilə Tatarıstan xalqının və şəxsən mənim səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm.
Bir əsr əvvəl Azərbaycan xalqı öz müqəddəratını müstəqil həll etmək, doğma torpağının bu gününü və gələcəyini müəyyənləşdirmək kimi müstəsna hüququnu müdafiə etdi. Bu cəsarətli seçim, nəsillərin qırılmaz əlaqəsi və ideya mirası Azərbaycan dövlətinin gələcək tarixini, ən əsası isə müasir uğur və nailiyyətlərini böyük dərəcədə qabaqcadan müəyyən etdi. Qoy, bu möhtəşəm günün sevinci, ümumi yüksək məqsədlər ətrafında birliyin xüsusi ruhu Sizin və gözəl ölkənizin bütün vətəndaşları üçün Azərbaycanın firavanlığı naminə bundan sonra da yorulmaz quruculuq işlərində ilham mənbəyinə və yeni gücə çevrilsin!
Bu fürsətdən istifadə edərək, Tatarıstan Respublikasına göstərdiyiniz diqqətə görə Sizə minnətdarlığımı ifadə etmək istəyirəm. Ümidvaram ki, biz gələcəkdə də Rusiya-Azərbaycan münasibətləri çərçivəsində qarşılıqlı anlaşma və etimada əsaslanan əməkdaşlıq ənənələrini artırmaq üçün birgə səylərimizi davam etdirəcəyik.
Sizə, yaxınlarınıza və respublikanın sakinlərinə möhkəm cansağlığı, xoşbəxtlik və gözəl bayram əhvali-ruhiyyəsi arzulayıram".
Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilib.

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) strukturunda kadr dəyişikliyi baş v

Sürücülərin məsuliyyətə cəlb olunması ilə bağlı qanuna dəyişiklik

"Vaqa" ləqəbli tiktoker Vüqar Zeynalzadənin həbs müddəti uzadı

Mirasdan imtina etməmək mirasın qəbulu şərti kimi müəyyən edilir.

Müğənni Rəqsanə İsmayılova şəxsi həyatı barədə maraqlı açıqlamal

Dövlət İmtahan Mərkəzi bu gün 9-cu sinif şagirdlərinin buraxılış imta

Türkiyə Silahlı Qüvvələrində (TSK) FETÖ-yə qarşı keçirilən genişmi

Seneqal Respublikasının Prezidenti Bassiru Diomaye Faye Prezident İlham Əliy

"Gürcüstan Azərbaycan - Ermənistan münaqişəsinə son qoymaqda çox m

Mayın 23-də Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (ARVK) Rəya

Miras şəriklərinə vərəsəlik şəhadətnaməsi verilməsi zamanı şəhad�

Mayın 24-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən

İsveçdə doğulub böyüyən 22 yaşlı Nicole Gheibi verdiyi ani qərarla h�

Ali məktəblərə qəbul imtahanlarında keçid ballarındakı dəyişikliklər
