Məhkəmədə İşxanyanın döyüş əməliyyatlarında iştirak etməsini sübut edən video nümayiş etdirilib


Siyasət 19 May 2025 20:12:00 69 0

Məhkəmədə İşxanyanın döyüş əməliyyatlarında iştirak etməsini sübut edən video nümayiş etdirilib

Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Davit İşxanyanın Azərbaycanın vaxtilə işğalda olmuş ərazilərindəki fəaliyyətini, döyüş əməliyyatlarında iştirak etməsini sübut edən videomaterial nümayiş olunub.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, videomaterialda D.İşxanayanın döyüş yoldaşları və onu tanıyanlar təqsirləndirilən şəxs barədə danışırlar.

Alik Sarqsyan onun əlinə ilk silah götürənlərdən biri olaraq, ilk könüllülər dəstəsinin təsisçilərindən, həmçinin ilk bölük və tabor komandirlərindən biri olduğunu vurğulayıb: "O, tarixi bir tapşırığı yerinə yetirib, bunu belə demək olar. Əlinə silah götürməklə, xalqın içində özünümüdafiə ideologiyasını yaymaqla, hamı üçün şəxsən nümunə kimi görünməklə tarixi bir vəzifəni yerinə yetirib".

Videoda Movses Akopyan isə əminliklə deyib: "Erməni ordusunun yaradılmasının əsasını və ya bünovrəsini qoyanlardan biri bizim döyüş yoldaşımızdır - Davitdir".

Videomaterialda Araz Koçaryan bildirib: "Bir gün təsadüfən qarşılaşdıq və təcübləndim, Davit İşxanyanın boyununda "sərkərdə Andranikin" medalyonu asılmışdı".

Hmayak Haroyan onların "Aşan" bölüyü və Monte Molekunyan ilə birlikdə Gülablını mühasirəyə aldığını, nəticədə isə azərbaycanlıların mühasirəyə düşdüyünü vurğulayıb.

Abrik Hayrapetyan da deyib ki, "Avo" qoşunda, tabor komandiri kimi, Daviti yüksək səviyyədə dəyərləndirib.

Ermənilər tərəfindən çəkilən kadrlarda Davit İşxanyan "azadlıq uğrunda mübarizə aparan tələbə hərəkatı" qabaqcıllarından biri, "Aşan" kəndinin "özünümüdafiə dəstəsi"nin komandiri, "özünümüdafiə ordusu"nun 28-ci taborunun komandiri, müharibədən sonra isə ictimai və siyasi xadim kimi təqdim edilir.

Kadrlarda Davit İşxanyan bildirib: "Artıq çoxları tərəfindən hiss olunurdu və nəzərə çarpırdı ki, bu hərəkat öz məntiqi sonluğuna yalnız silahlı toqquşmalar və müharibə yolu ilə çatacaq. Çalışırdıq ki, azərbaycanlılar üçün o dəhşəti atmosferi yaradaq. Bizim əsas tapşırığımız müdafiə xəttini təmin etmək idi. Biz o əməliyyatda iştirak etməyi çox arzulayırdıq, lakin bizim tapşırığımız başqa idi. Monte Melkonyan tərəfindən Abdal Gülablı əməliyyatı təşkil olundu, lakin çox təəssüf ki, o gün biz 6 döyüş yoldaşımızı itirdik. Onların sırasında həmçinin Armen Avakyan da var idi. Bundan sonra çox ağır bir dövr oldu. 1992-ci ilin sentyabrın 4-5-də o kəndi azad edə bildik. Qarşımıza qoyulan tapşırıq Xocavənd bölgəsində qüsursuz yerinə yetirildi və Ağdam bizim ümumi nəzarətimizə keçdi. Azadlıq uğrunda gedən döyüşlər bitdikdən sonra taborun uşaqları Ağdərə rayonunda gedən döyüşlərdə də iştirak etdilər və demək olar ki, 1994-cü ilin may ayında atəşkəs təsdiq olunana qədər davam edən döyüş əməliyyatlarında iştirak etdilər".

Dövlət ittihamçısının suallarını cavablandıran D. İşxanyan Abdal Gülablı, Füzulinin Aşağı Veysəlli ilə Cardar arasındakı təpənin, Ağdərənin işğal olunması əməliyyatlarında iştirak etdiyini təsdiq edib.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi mayın 22-də davam etdiriləcək. Son.az 

“Toya 3 gün qalmış dedilər ki, ayrılırıq...” like
  • 19 May 20:00  
Şou-biznes “Toya 3 gün qalmış dedilər ki, ayrılırıq...”

Müğənni Xatirə İslam maraqlı açıqlamalar verib.

arrow Ətraflı
Fransaya casusluqda təqsirləndirilən şəxslər məhkəmədə birbirlərini ittiham etdilər like
  • 19 May 19:40  
Siyasət Fransaya casusluqda təqsirləndirilən şəxslər məhkəmədə birbirlərini ittiham etdilər

Fransaya casusluqda ittiham edilərək həbs olunan Martin Ryan və dövlətə x

arrow Ətraflı
Azərbaycanda daha çox bu universitetlərin məzunları iş tapır  ARAŞDIRMA like
  • 19 May 19:25  
Digərləri Azərbaycanda daha çox bu universitetlərin məzunları iş tapır ARAŞDIRMA

Müasir dövrdə ali təhsil müəssisələrinin fəaliyyətinin əsas göstəri

arrow Ətraflı
Həftəsonuna kimi bu bürclərin başına pul "yağacaq" like
  • 19 May 19:13  
Digərləri Həftəsonuna kimi bu bürclərin başına pul "yağacaq"

19-25 May 2025-ci il tarixlərini əhatə edən həftə astroloji baxımdan əh

arrow Ətraflı
İslam İnkişaf Bankı Azərbaycanda KOBların rəqəmsallaşdırılmasını dəstəkləməyə hazırdır like
  • 19 May 19:06  
Digərləri İslam İnkişaf Bankı Azərbaycanda KOBların rəqəmsallaşdırılmasını dəstəkləməyə hazırdır

İslam İnkişaf Bankı (IsDB) mikro, kiçik və orta sahibkarlığın (KOB) rə

arrow Ətraflı
Zelenski və Tramp telefonla danışdı like
  • 19 May 18:53  
Dünya Zelenski və Tramp telefonla danışdı

Ukrayna Prezidenti Volodimir Zelenski və ABŞ Prezidenti Donald Tramp arasında

arrow Ətraflı
Sabah bu ərazilərdə qaz olmayacaq like
  • 19 May 18:48  
Digərləri Sabah bu ərazilərdə qaz olmayacaq

Sabah Şirvan şəhəri və Hacıqabul rayonunda bəzi ərazilərinin qaz təchi

arrow Ətraflı
Bakının mərkəzində söküntü başlayır  Bu qədər kompensasiya ödənəcək like
  • 19 May 18:39  
Digərləri Bakının mərkəzində söküntü başlayır Bu qədər kompensasiya ödənəcək

Bakının mərkəzində yeni söküntü başlayır, yerində park salınacaq.

arrow Ətraflı
"Cəhənnəmdə yanacağamsa, sizə nə?!" like
  • 19 May 18:30  
Şou-biznes "Cəhənnəmdə yanacağamsa, sizə nə?!"

Müğənni Əminə Şirin açıqlamasına görə onu qınayanlara cavab verib. 

arrow Ətraflı
“Suraxanı” muzeyi növbəti “Rəssamların döyüşü”nə ev sahibliyi etdi  FOTO like
  • 19 May 18:27  
Kriminal “Suraxanı” muzeyi növbəti “Rəssamların döyüşü”nə ev sahibliyi etdi FOTO

Beynəlxalq Muzeylər Günü münasibətilə Arts Council Azerbaijan QHT-si əfs

arrow Ətraflı
İtalyan pianoçu ilə ustad dərsi təşkil edilib  FOTO like
  • 19 May 18:16  
Kriminal İtalyan pianoçu ilə ustad dərsi təşkil edilib FOTO

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-M

arrow Ətraflı
Qadın sürücüdən qayda pozuntusu: Üç uşağı avtomobilin "baqaj"ında DAŞIDI like
  • 19 May 18:06  
Digərləri Qadın sürücüdən qayda pozuntusu: Üç uşağı avtomobilin "baqaj"ında DAŞIDI

Lənkəranda qadın sürücü minik avtomobilinin yük hissəsində 3 azyaşlın

arrow Ətraflı
PKKnın buraxılması: Müharibənin sonu, yoxsa silah anbarı ilə yeni mərhələ? like
  • 19 May 18:00  
Siyasət PKKnın buraxılması: Müharibənin sonu, yoxsa silah anbarı ilə yeni mərhələ?

Son.az "Baku Network"da dərc olunmuş məqaləni təqdim edir:

arrow Ətraflı
Bu gün Xəqani Bağırovun 80 yaşı tamam olacaqdı  FOTO like
  • 19 May 17:59  
Digərləri Bu gün Xəqani Bağırovun 80 yaşı tamam olacaqdı FOTO

Bu gün Azərbaycanın xüsusi xidmət orqanlarının tanınmış nümayəndəsi

arrow Ətraflı