Fransaya casusluqda təqsirləndirilən şəxslər məhkəmədə birbirlərini ittiham etdilər


Siyasət 19 May 2025 19:40:00 45 0

Fransaya casusluqda təqsirləndirilən şəxslər məhkəmədə birbirlərini ittiham etdilər

Fransaya casusluqda ittiham edilərək həbs olunan Martin Ryan və dövlətə xəyanətdə təqsirləndirilən Azad Məmmədlinin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Azad Məmmədli dövlət ittihamçısının suallarını cavablandırıb.

Azad Məmmədli deyib ki, Fransa səfirliyinin tədbirlərində iştirak edib:

"Fransa səfirliyinin əməkdaşların mənə verdiyi suallar məndə müəyyən qədər şübhə yaratmışdı. Frederik Devos və Loran Lödinin fikirləri qəribə gəlirdi. Mənə əməkdaşlıqla bağlı təkliflər elədilər, mən qəti olaraq bunu qəbul etmədim. Sadəcə ən böyük peşmançılıq hissi keçirirəm ki, bununla bağlı Azərbaycanın aidiyyəti qurumlarına məlumat verməmişəm. Həmin vaxt dövlət üçün hər hansı bir təhlükə görmürdüm deyə, bu məsələyə çox ciddi yanaşmadım. Daha sonra Fransaya aid olmayan ölkəyə getmişəm. Loranı cəmi bir dəfə tədbirdə görmüşəm. Onunla da məni Martin Ryan tanış edib. Martin mənə dedi ki, Loran keçmiş polis əməkdaşı olub və hazırda Fransa səfirliyinin təhlükəsizliyinə cavabdeh şəxsdir. Onlar məndən siyasi məsələlərlə bağlı geopolitik təhlil istəyirdilər. Mən isə bundan imtina etmişəm".

Azad Məmmədli qeyd edib ki, Fransa təhlükəsizlik orqanlarına hər hansı bir məlumat verməyib:

"Martinlə də bu mövzuda söhbətlər eləmişik. Onların hərəkətlərində xeyli şübhələr var idi. 2023-cü ildən Fransa səfirliyi və Martin Ryanla da əlaqələrimi kəsmişdim. Devosa cəmi bir dəfə CV-mi göndərmişəm. O da işlə bağlı idi. Sonradan onunla əlaqələrimiz olmadı. Mən hər hansı dövlət sirri və yaxud heç bir məlumat ötürməmişəm. Onlar mənim Rusiyada təhsil aldığımı bilirdilər, əlaqələrim olduğu üçün əməkdaşlıq təklif edirdilər. Mən onlara nə yazılı, nə də şifahi məlumat vermişəm. Subyektiv fikirlərimi bildirmişəm".

Azad Məmmədli bildirib ki, Fransa səfirliyin əməkdaşları ilə münasibətinin yaranmasının səbəbi Martin Ryandır:

"Martinlə çox yaxın dostluq etmişəm. Fransa səfirliyinin təhlükəsizlik xidmətinin əməkdaşları ilə də o məni tanış edib. Martin onlarla səmimiydi. Sanki psixoloji cəhətdən məni onlarla yaxınlaşdırdı, səfirliyinin işçiləri ilə aramda bir üçbucaq yarandı. Bəlkə də Martinlə bu səfirliyinin işçiləri tərəfindən bu məqsədyönlü olub. Bir dəfə Böyük Britaniyaya gedən zaman mənə Fransa səfirliyinin əməkdaşları tərəfindən kitab hədiyyə edildi. Həmin kitab Britaniyanın gəzməli görməli yerləri ilə bağlıydı. Mən ümumiyyətlə dövlət və məhkəmə qarşısında Martin Ryanla bağlı faktlar açıqlayacam. On minlərlə pulu o qazanıb. Mən Fransa səfirliyi ilə bağlı hər hansı bir maddi xeyr, imtiyaz qazanmamışam. Martin Ryanın hərəkətləri ilə bağlı bəyanat yayacam. Martin mənə oyunlar qurub və tələyə salıb. Casusluq oyununu bunlar yaxşı qurub. Mən Fransa səfirliyi ilə bütün əlaqələri kəsmişdim. Çox təəssüf ki, həmin vaxt Martinlə əlaqələrimi kəsmədim".

Digər təqsirləndirilən Martin Ryan Azad Məmmədlinin verdiyi ifadəyə münasibət bildirib.

O deyib ki, Azad Məmmədlini agent kimi heç kimlə tanış etməyib: "2021-ci ildə Devos Rusiyanı yaxşı tanıyan bir adam axtarırdı. Həmin vaxt Azad da iş axtarırdı. Mən onların ikisini bir-biri ilə tanış elədim. 2022-ci ilin oktyabr ayında artıq mən təhlükə hiss elədim. Lakin vəziyyət o qədər pis deyildi. Devos heç zaman mənə deməyib ki, Azadı agent kimi cəlb etmək istəyir. Aramızda görüşlər olub, həmin görüşləri mən təşkil etmişəm. Devosun məqsədi Azərbaycanda Fransa dilini yaxşı bilən, Rusiyanın geosiyasi politikasını izləyən adamlarla tanış olmaq idi. Azad Məmmədli onlarla söhbət edəndə suallardan bildi ki, qarşılarındakılar agentdirlər. Lakin o sonradan əlaqələrini davam etdirdi. Mənsiz də Devosla görüşüb. Hətta Azad Məmmədli mənə səfirlikdən maddi gəlir qazana biləcəyi ilə bağlı sual verib. Mən isə bunun çox təhlükəli olduğunu demişəm. O da mənimlə razılaşıb. Əgər mən agent olsaydım, Azadı cəlb etməyə cəhd etsəydim, ona heç vaxt bu işlərin təhlükəli olmasını deməzdim".

Azad Məmmədli isə deyib ki, Martin Ryan Vətən müharibəsi dövründə Azərbaycanla bağlı Fransa səfirliyinə onlarla cinayət tərkibli məlumat verib:

"Tapşırıqların çoxu hərbi təyinatlı məlumat verməklə bağlı olub. Özü də etiraf edib ki, bu cür tapşırıqları icra edib. Martin Ryan onlarla azərbaycanlını Fransa kəşfiyyatına təhvil verib. Martin Ryan əvvəllər hərbçi olmuş şəxsin məlumatlarını Fransa səfirliyinə ötürüb. Azərbaycanlı biznesmenlərlə dostluq edərək və tora salaraq Fransa kəşfiyyatına verib. Onun ən son qurbanı mən olmuşam".

Təqsirləndirilən şəxs bildirib ki, Fransa kəşfiyyat orqanının əməkdaşları ilə "Siqnal" tədbiqi vasitəsilə yazışmalar aparıb:

"Mənə də səfirlikdə həmin tətbiqlə yazırdılar ki, tədbirlərə falan dəvəti buradan edəcəklər. Mən əlaqələri kəsəndən cəmi bir dəfə yazıblar, həmin mesaja cavab verməmişəm. İstintaq dövründə məlumatları oxuyan zaman dəhşətə gəldim. Məlum oldu ki, Fransa kəşfiyyatı Martin Ryana birbaşa pul verməyib. Onlar Azərbaycanda yaşayan İsveç vətəndaşı ilə Martini tanış ediblər. Həmin şəxsin əli ilə onminlərlə manat pul ödənilib. Həmin İsveç vətəndaşı milyonerdir. Devos tərəfindən həmin adam Martini maliyyələşdirib. Martinin Bakıda biznes fəaliyyəti elə də pullu olmayıb. Amma qısa bir müddətdə Bakının mərkəzi yerlərindən birindən iki otaqlı ev alıb. Özündən bu pulu haradan tapdığını soruşanda dedi ki, Fransadan atası və anası pul göndərib. Bu da məndə başqa bir şübhə yaradıb".

Növbəti proses iyunun 23-ə təyin edilib.

Qeyd edək ki, Martin Ryan və Azad Məmmədli 2023-cü il dekabrın 4-də həbs olunub. "Merkorama" MMC-nin baş direktoru olan Martin Ryana qarşı casusluq ittihamı irəli sürülüb.

İttihama görə, Martin Ryan onu məxfi əməkdaşlığa cəlb edən, sonradan Bakıdan "persona non-grata" elan edilərək qovulmuş Fransanın DGSE (Xarici Təhlükəsizlik Baş İdarəsi) əməkdaşları tərəfindən agent-casus kimi istifadə edilib.

Həmin cinayət işi üzrə Martin Ryanla yanaşı, Azərbaycan Respublikasının vətəndaşı Azad Məmmədlinin "dövlətə xəyanət" ittihamı ilə mühakimə olunacağı bəlli olub.

Məlum olduğu kimi, geniş casus şəbəkəsinin ifşasından və xidməti uğursuzluqlardan sonra 2023-cü il dekabr ayının 20-də Fransa Xarici Təhlükəsizlik Baş İdarəsinin (DGSE) rəisi Bernar Emye həmin vəzifəsindən azad edilib. Son.az

Azərbaycanda daha çox bu universitetlərin məzunları iş tapır  ARAŞDIRMA like
  • 19 May 19:25  
Digərləri Azərbaycanda daha çox bu universitetlərin məzunları iş tapır ARAŞDIRMA

Müasir dövrdə ali təhsil müəssisələrinin fəaliyyətinin əsas göstəri

arrow Ətraflı
Həftəsonuna kimi bu bürclərin başına pul "yağacaq" like
  • 19 May 19:13  
Digərləri Həftəsonuna kimi bu bürclərin başına pul "yağacaq"

19-25 May 2025-ci il tarixlərini əhatə edən həftə astroloji baxımdan əh

arrow Ətraflı
İslam İnkişaf Bankı Azərbaycanda KOBların rəqəmsallaşdırılmasını dəstəkləməyə hazırdır like
  • 19 May 19:06  
Digərləri İslam İnkişaf Bankı Azərbaycanda KOBların rəqəmsallaşdırılmasını dəstəkləməyə hazırdır

İslam İnkişaf Bankı (IsDB) mikro, kiçik və orta sahibkarlığın (KOB) rə

arrow Ətraflı
Zelenski və Tramp telefonla danışdı like
  • 19 May 18:53  
Dünya Zelenski və Tramp telefonla danışdı

Ukrayna Prezidenti Volodimir Zelenski və ABŞ Prezidenti Donald Tramp arasında

arrow Ətraflı
Sabah bu ərazilərdə qaz olmayacaq like
  • 19 May 18:48  
Digərləri Sabah bu ərazilərdə qaz olmayacaq

Sabah Şirvan şəhəri və Hacıqabul rayonunda bəzi ərazilərinin qaz təchi

arrow Ətraflı
Bakının mərkəzində söküntü başlayır  Bu qədər kompensasiya ödənəcək like
  • 19 May 18:39  
Digərləri Bakının mərkəzində söküntü başlayır Bu qədər kompensasiya ödənəcək

Bakının mərkəzində yeni söküntü başlayır, yerində park salınacaq.

arrow Ətraflı
"Cəhənnəmdə yanacağamsa, sizə nə?!" like
  • 19 May 18:30  
Şou-biznes "Cəhənnəmdə yanacağamsa, sizə nə?!"

Müğənni Əminə Şirin açıqlamasına görə onu qınayanlara cavab verib. 

arrow Ətraflı
“Suraxanı” muzeyi növbəti “Rəssamların döyüşü”nə ev sahibliyi etdi  FOTO like
  • 19 May 18:27  
Kriminal “Suraxanı” muzeyi növbəti “Rəssamların döyüşü”nə ev sahibliyi etdi FOTO

Beynəlxalq Muzeylər Günü münasibətilə Arts Council Azerbaijan QHT-si əfs

arrow Ətraflı
İtalyan pianoçu ilə ustad dərsi təşkil edilib  FOTO like
  • 19 May 18:16  
Kriminal İtalyan pianoçu ilə ustad dərsi təşkil edilib FOTO

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-M

arrow Ətraflı
Qadın sürücüdən qayda pozuntusu: Üç uşağı avtomobilin "baqaj"ında DAŞIDI like
  • 19 May 18:06  
Digərləri Qadın sürücüdən qayda pozuntusu: Üç uşağı avtomobilin "baqaj"ında DAŞIDI

Lənkəranda qadın sürücü minik avtomobilinin yük hissəsində 3 azyaşlın

arrow Ətraflı
PKKnın buraxılması: Müharibənin sonu, yoxsa silah anbarı ilə yeni mərhələ? like
  • 19 May 18:00  
Siyasət PKKnın buraxılması: Müharibənin sonu, yoxsa silah anbarı ilə yeni mərhələ?

Son.az "Baku Network"da dərc olunmuş məqaləni təqdim edir:

arrow Ətraflı
Bu gün Xəqani Bağırovun 80 yaşı tamam olacaqdı  FOTO like
  • 19 May 17:59  
Digərləri Bu gün Xəqani Bağırovun 80 yaşı tamam olacaqdı FOTO

Bu gün Azərbaycanın xüsusi xidmət orqanlarının tanınmış nümayəndəsi

arrow Ətraflı
Azərbaycanda yeni medal təsis edilir like
  • 19 May 17:53  
Digərləri Azərbaycanda yeni medal təsis edilir

Məhkəmə-Hüquq Şurasının 20 illik yubiley medalı təsis ediləcək.

arrow Ətraflı
Mayın ikinci yarısında şanslı olacaq BÜRCLƏR  Yeni başlanğıclar üçün ideal vaxt like
  • 19 May 17:53  
Digərləri Mayın ikinci yarısında şanslı olacaq BÜRCLƏR Yeni başlanğıclar üçün ideal vaxt

Mayın ikinci yarısı bir sıra bürclər üçün xüsusilə uğurlu vəd edir.

arrow Ətraflı