Rusiyada güclü zəlzələ oldu
Digərləri 03 Nov 2025 10:16:00 62 0
Rusiyanın Kamçatka yarımadasında 5,6 bal gücündə zəlzələ qeydə alınıb.
Read this news too: Tural Sultanovun taleyi müəmmalıdır “Kamera görüntülərini bizdən gizlədirlər”
Son.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka şöbəsi məlumat yayıb.
Yeraltı təkanlar Petropavlovsk-Kamçatsk şəhərindən 397 kilometr məsafədə baş verib. Zəlzələnin episentri 42,5 kilometr dərinlikdə yerləşib.
Qeyd edilib ki, daha əvvəl Rusiya Elmlər Akademiyasının Uzaq Şərq şöbəsinin Vulkanologiya və Seysmologiya İnstitutu Kamçatka bölgəsinin bəzi hissələrində 10 bala qədər zəlzələ ehtimalı barədə xəbərdarlıq etmişdi.
Fidan Son.az
