“Azercell” bu tarifi 2 manat bahalaşdırır


Digərləri 02 Nov 2025 21:57:00 95 0

“Azercell” bu tarifi 2 manat bahalaşdırır

"Azercell Telekom" MMC daha iki internet paketi üzrə tarifləri artırır.

Son.az xəbər verir ki, bununla bağlı müvafiq qərar qəbul olunub.

Belə ki, qərara əsasən, dekabrın 1-dən "GigaMax" və "GigaMax+" internet paketləri üzrə qiymətlər 2 manat artırılaraq müvafiq olaraq 16,9 manatdan 18,9 manata və 26,9 manatdan 28,9 manata qaldırılıb.

Bununla yanaşı tariflər üzrə müvafiq olaraq indiyədək mövcud olan 1 və 7 mb/s maksimal sürət limitləri aradan qaldırılır.