“Həyat yoldaşıma 1000 manat verdim ki...” – Qadınlardan 300 məktub alan Xalq artisti ilə müsahibə
Kriminal 08 Mar 2025 08:42:00 92 0
Musavat.com-un həmsöhbəti Xalq artisti Tariyel Qasımovdur. 86 yaşlı aktyor hazırda Ağstafada yaşayır.
Bu xəbəri də oxu: Bakıya narkotik satmağa gəlirdilər, yolda saxlanıldılar
- Tariyel bəy, 8 Mart öncəsi əhvalınız necədir?
- Qadın tərəfdən həm qohumlarım, həm də dostlarım çoxdur. Yaxşı xərcim çıxır. Ya qonaqlıq verirəm, ya da pul göndərirəm.
- Bakıya tez-tez gəlib-gedirsiniz?
- Tez-tez gəlib-gedirəm, martın 11-də də Bakıya gələcəyəm. Heydər Əliyev Sarayında keçirilən böyük tədbirdə iştirak edəcəyəm. Həmçinin dövlət televiziyasında qonaq olacağam.
- Bəs teatr və tamaşalar? Onlarsız darıxmırsınız?
- O qədər rollar oynamışam ki, artıq doymuşam, darıxmıram. İncəsənət üçün nə lazımdırsa, etmişəm.
- Ağstafada tək yaşayırsınız?
- Ağstafanın icra başçısı yubileyimdə mənə 6 sot torpaq verdi. Həmin ərazidə ev tikmişəm. İndi yoldaşımla birgə həmin evdə yaşayıram. İnsan yaşa dolduqca doğulduğu yerdə olmaq istəyir. Burada yaxşı insanlar var, günüm əla keçir. Qoca kişilər yığışıb nərd oynayırıq. İcra hakimiyyəti məni bəzən tədbirlərə çağırır. Bir sözlə, Bakı üçün darıxmıram.
- Bakıdan qonaqlarınız olurmu? Dostlarınızdan sizi kimlər ziyarət edir?
- Bakıdan qonaqlarım olur, onlara burada balıq qonaqlığı verirəm. Kür çayının kənarında restoran var, onlar balığı tutub bişirirlər.
Bir dəfə evdə oturmuşdum, məni həmin restorana çağırdılar. Gedib gördüm ki, xeyli polis oraya yığışıb. Sən demə, məni televizorda görüblər və mərc ediblər. Biri deyib, Tariyel müəllim filan rolu oynayıb, digəri deyib oynamayıb. Onlardan biri uduzmuşdu. Uduzan polis polkovniklərlə birgə Ağstafaya gəlib ki, həm mənə, həm də onlara qonaqlıq versin. Beləliklə, yedik, içdik sağollaşdıq.
- Siz özünüz balıq ovuna gedirsiniz?
- Xeyr, amma balıq yeməyi xoşlayıram, hər gün yeyərəm.
- 86 yaş bir igid ömrüdür. Uzunömürlülük genetikdir sizdə, yoxsa sağlam yaşamaqla əlaqədardır?
- Özümü 86 yaşda hiss etmirəm. Hərdən deyirlər ki, qoca kişisən, bu nə hərəkətdir. Hərtərəfli cavanlıq edirəm. Özümü orta yaşlı insan kimi hiss edirəm.
- Qohum xanımlarınıza pul göndərdiyinizi dediniz. Bəs həyat yoldaşınıza nə almağı fikirləşirsiniz?
- Bu gün həyat yoldaşıma 8 Mart münasibətilə 1000 manat pul verdim. O da çox razı qaldı.
- İndi çətin zəmanədir. Hər kişi həyat yoldaşına 8 Mart münasibəti ilə bu qədər pulu verə bilmir. Siz bu qədər məbləği necə toplaya bildiniz?
- Hər ay mən 1500 manat Prezident təqaüdü alıram. Ondan əlavə, 640 manat pensiya alıram. Xalq artisti olduğuma görə isə 200 manat verirlər mənə. Hər ay mənim 2500-dən çox pulum olur. Onun min manatını xanımıma bağışlamayım?!
- Çox səxavətli kişisiniz.
- Bəs necə olmalıyam ki...
- Bakıya gələndə sənət yoldaşlarınızla görüşürsünüzmü? Teatra gedirsiniz?
- Tamaşa olanda mütləq gedib baxıram. Sənət yoldaşlarımdan isə kimi çox istəyirəmsə, onlara zəng edib deyirəm ki, Bakıdayam, görüşək. Gəlirlər və onlara qonaqlıq verirəm.
- Sənət yoldaşlarınızdan kimlərlə dostsunuz?
- Ən yaxın, qardaş kimi çox istədiyim iki nəfər idi. Onlardan biri Şahmar Ələkbərov, digəri isə Həsən Əbluc idi. Hər ikisi dünyasını dəyişib, indi Yasin Qarayevlə dostluq edirəm.
- Mənə müsahibənizdə demişdiniz ki, gənclik illərinizdə xanımlardan 300-ə yaxın məktub almısınız. O illərin həsrətini çəkirsinizmi?
- O məktubların hamısı durur. Həmişə həyatımdan razı qalmışam. Çox az əziyyət çəkmişəm. Ən məşhur aktyor olmuşam, sovet dövründə Almaniyada ikiseriyalı filmə çəkilmişəm. Xeyli sayda filmdə obraz yaratmışam. Mən xoşbəxt aktyor və xoşbəxt insan olmuşam. İnsanlara yaxşılıq etmişəm. Kim mənə müraciət edibsə, onun işini həll etmişəm. Belə olan halda niyə özümü xoşbəxt hiss etməyim ki... Son.az
"Vahid Qədim artıq 10 ildən çoxdur Rusiyada yaşayır. Mən onunla Rusi

Ukrayna Prezidenti Volodimir Zelenskinin reytinqi 68 faizə yüksəlib. ABŞ Pre

Üç gün sonra istefaya gedəcək Kanada baş naziri Castin Trüdo sonuncu mət

Türkiyəli məşhur fenomen Danla Bilic keçən il ayrıldığı sevgilisi repe

Bəzi içkilər saçları möhkəmləndirə, tökülməsinin qarşısını ala v

Müğənni Türkan Vəlizadə aparıcı Elgiz Əkbəri tənqid edib.

Martın 7-də Neftçilər prospektində qəzaya uğrayan "Daewoo" mark

Sosial media fenomeni Şeyda Aydın avtomobildə gedərkən Robert Hatemonun mah

Nə mağaza üçün icarə haqqı var, nə əlavə kommunal ödəniş, nə də b

Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankinin Ermənistanla bağl�

Türk musiqisinin unudulmaz simalarından biri olan İlhan Şeşenin səhhəti p

Suriyanın İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzvlüyü 13 ildən son

Dünyada ən xoş və həyəcanlı tapmaca doğulacaq körpənin cinsiyyətini b
