Ailəsi tərəfindən öldürülən 8 yaşlı Narinin son arzusu Qardaşından nə istəyib?
Digərləri 07 Mar 2025 19:17:00 94 0
Türkiyənin Diyarbəkir vilayətində vəhşicəsinə qətlə yetirilən səkkizyaşlı Narin Güranın böyük qardaşı Baran Güran qızcığazın son arzusundan danışıb.
Son.az "Türkiyə mətbuatına istinadla istinadən xəbərinə görə, Baran Güran bu barədə "Instagram" hesabında paylaşım edib.
"Son gün, qurban olduğum Narinim, abi, sənə bir şey deyəcəyəm söylədin. "Abi, mənə soyuq qəhvə al", - dedin. Mən də sənə alaram dedim. Gözəl bacım, sənə qurban olaram. Narinim, sənin üçün çox darıxmışam. Kəlmələr yetərsiz qalır, qurban olduğum. Səndən ötrü çox darıxmışam, Narinim", - deyə o, paylaşımında yazıb.
Xatırladaq ki, Diyarbəkirin Tavşantəpə kəndindəki Quran kursuna getdikdən sonra yoxa çıxan Narin Güranın cəsədi Egertutmaz dərəsində çuvalın içində tapılıb.
Hadisə ilə bağlı 23 nəfər şübhəli şəxs qismində saxlanılıb, onlardan 12-si həbs edilib. Həbs edilənlər arasında Narinin anası Yüksel, böyük qardaşı Enes, əmisi Salim Güran və qonşusu Nevzat Bahtiyar da olub.
Məhkəmənin qərarı ilə ana Yüksel, böyük qardaş Enes və əmi Salim Güran "İştirak halında uşağı qəsdən öldürmək" ittihamı ilə ağırlaşdırılmış ömürlük həbs cəzasına məhkum ediliblər. Nevzat Bahtiyara isə "Cinayət dəlillərini məhv etmək, gizlətmək və ya dəyişdirmək" ittihamı ilə 4 il 6 ay həbs cəzası verilib.
Qətldə əsas şübhəlilərdən biri hesab edilən əmisi arvadı Hediye Güran və əmisinin işçisi isə sərbəst buraxılıblar.
Fidan Son.az
Xəbərə aid video
Bu gün səhər saatlarında paytaxtın Yasamal rayonu, Həsən bəy Zərdabi v�

Gəncə şəhəri İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbin direkt

"Azərbaycanda fəaliyyət göstərən bir sıra yanacaqdoldurma məntəqə

8 Mart - Beynəlxalq Qadınlar Günü ilə əlaqədar "ASAN xidmət" v

Müğənni Xatirə İslam həyat yoldaşı Fəxrəddin Musazadənin ona ad gün

"NAB Holding" ailəsinin başçısı və qurucusu Hacı İbrahim Mohag

Avropa İttifaqının Azərbaycanla sərhəddə yerləşdirilmiş "müşahi

Suriyanın Latakiya vilayətində yeni hökumətin təhlükəsizlik qüvvələri

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun müvafiq əmrinə əsasən,

Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartır

"Həyatımda, qəlbimdə elə bir insan yoxdur ki, onu sevməyim. Hər kəs

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsind�

Qaradağ rayonunda torpaq sahəsi və fərdi evlərə çıxarış almaq adı alt

Azərbaycan Dövlət Akademik Musiqili Teatrın aparıcı aktyoru Möylə Mirzə
