Rusiyada 9 May paradından sonra nələr olacaq? AÇIQLAMA


Digərləri 08 May 2025 17:41:00 89 0

Rusiyada 9 May paradından sonra nələr olacaq?  AÇIQLAMA

Rusiya-Ukrayna müharibəsi artıq təkcə cəbhə xətti ilə məhdudlaşmır, dərin siyasi və simvolik məqamlarla davam edir. 9 May Rusiyada "Qələbə günü" kimi qeyd olunan bu tarix həm daxili auditoriyaya mesaj, həm də beynəlxalq imic üçün önəmli vasitədir. Lakin bu il həmin günün ətrafında yaranan təhlükəsizlik böhranı onu əsl parad yox, riskli tədbirə çevirib. Ukraynanın son günlərdəki dron hücumları, hava məkanındakı xaos və səslənən xəbərdarlıqlar Rusiyanın təhlükəsiz güc görüntüsünü sarsıtmağa xidmət edir. Bütün bunlar Zelenskinin "təhlükəsizlik zəmanəti verə bilmərik" bəyanatının nə qədər real əsaslara söykəndiyini ortaya qoyur. 

Bəs Rusiya bununla bağlı hansı tədbirlər görməyi planlaşdırır? 

Son.az xəbər verir ki, mövzu ilə bağlı politoloq Elxan Şahinoğlu açıqlama verib:

"Hazırda Rusiyanın, xüsusilə də Moskva daxil olmaqla əsas şəhərlərinin hava limanlarında ciddi nizamsızlıq yaşanır. Ukraynanın genişmiqyaslı pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi hücumlar səbəbindən təyyarələrin uçuşu təxirə salınır, eniş edən sərnişinlər isə saatlarla təyyarədən düşə bilmir. Sosial mediada yayılan görüntülərdə sərnişinlərin oksigen çatışmazlığı və gigiyenik problemlərlə üzləşdiyi əks olunub. Bu hadisələr Ukrayna Prezidenti Volodimir Zelenskinin bir neçə gün əvvəlki "9 May paradına qatılacaq xarici qonaqların təhlükəsizliyinə təminat verə bilmərik" açıqlamasının reallıqda əks olunmasıdır. Belə şəraitdə müxtəlif ölkələrin liderlərinin paradda iştirak etməsi, onların təhlükəsizliyi baxımından ciddi suallar doğurur. Rusiyanın dekabr ayında Azərbaycanın mülki təyyarəsini səhvən hədəfə alması göstərdi ki, bu ölkənin hava məkanı nəzarətdən tam çıxmış vəziyyətdədir. Üstəlik, dronla sərnişin təyyarəsi arasında fərq qoymaqda çətinlik çəkdikləri də artıq faktdır".

Politoloq qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putinin Kiyevə 3 günlük atəşkəs təklif etməsinin səbəbi də məhz bu idi - Qələbə Gününü sakit və nümayişkaranə şəkildə keçirmək arzusudur. Lakin Zelenski işğalçı ölkənin başçısına bu rahatlığı tanımaq istəmir və bu da tamamilə başadüşüləndir. Çünki müharibə şəraitində olan Rusiya, təbii olaraq, Ukraynanın cavab zərbələri ilə üzləşməkdədir.

Aysel Əkbər Son.az 

DTX və DSXdan BİRGƏ ƏMƏLİYYAT  Saxlanılan var like
  • 08 May 17:36  
Digərləri DTX və DSXdan BİRGƏ ƏMƏLİYYAT Saxlanılan var

Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Sərhəd Xidməti birgə əməl

arrow Ətraflı
Bakı sakinlərinin unudub hələ də gördüyü taksofonlar: "Əvvəl qızlarla belə danışırdıq" like
  • 08 May 17:33  
Digərləri Bakı sakinlərinin unudub hələ də gördüyü taksofonlar: "Əvvəl qızlarla belə danışırdıq"

Dünyanın inkişafı ilə texnologiyaların sürətli inkişafı həyatımızda

arrow Ətraflı
Xalq artisti bu geyiminə 20.000 manat pul sayıb like
  • 08 May 17:25  
Şou-biznes Xalq artisti bu geyiminə 20.000 manat pul sayıb

Xalq artisti Aygün Kazımova tədbirlərin birinə qatılıb.

arrow Ətraflı
Pul düşkünü və xəsisliyi ilə seçilən 4 bürc: Ətrafdakıları cana yığırlar like
  • 08 May 17:19  
Digərləri Pul düşkünü və xəsisliyi ilə seçilən 4 bürc: Ətrafdakıları cana yığırlar

Astroloqlar hesab edir ki, bəzi bürclər maddiyyata olan münasibətləri ilə

arrow Ətraflı
Zərərçəkmiş: 23 nəfəri gözümün qarşısında diridiri basdırdılar  FOTO like
  • 08 May 17:10  
Siyasət Zərərçəkmiş: 23 nəfəri gözümün qarşısında diridiri basdırdılar FOTO

Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində K�

arrow Ətraflı
Sürücülərin diqqətinə!  Sabahdan bu yol tam bağlanır like
  • 08 May 17:06  
Digərləri Sürücülərin diqqətinə! Sabahdan bu yol tam bağlanır

Bakıda Əhməd Rəcəbli küçəsi tam bağlanır.

arrow Ətraflı
Azərbaycanda bu kanalın adı dəyişdirildi like
  • 08 May 16:53  
Digərləri Azərbaycanda bu kanalın adı dəyişdirildi

"İctimai Televiziya və Radio Yayımları Şirkəti"nin müraciəti �

arrow Ətraflı
"Botoks etdirdim, biabır oldum" like
  • 08 May 16:47  
Şou-biznes "Botoks etdirdim, biabır oldum"

Ötən il estetik prosedurları ilə gündəmdən düşməyən Rafet El Roman ye

arrow Ətraflı
Bir qrup şəxsə Azərbaycan Prezidentinin fərdi təqaüdü verilib like
  • 08 May 16:26  
Siyasət Bir qrup şəxsə Azərbaycan Prezidentinin fərdi təqaüdü verilib

Bir qrup mədəniyyət və elm xadiminə Azərbaycan Respublikası Prezidentinin

arrow Ətraflı
Avtomobil almaq istəyənlər üçün şans  dövlət maşınları hərracda like
  • 08 May 16:20  
Digərləri Avtomobil almaq istəyənlər üçün şans dövlət maşınları hərracda

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX)

arrow Ətraflı
Qobustan Qoruğuna giriş bahalaşır  YENİ QİYMƏTLƏR like
  • 08 May 16:06  
Digərləri Qobustan Qoruğuna giriş bahalaşır YENİ QİYMƏTLƏR

Qobustan Milli Tarix-Bədii Qoruğuna giriş biletlərinin qiymətləri 1 iyun 2

arrow Ətraflı
Türkiyəli nazir Azərbaycana təşəkkür etdi like
  • 08 May 15:51  
Digərləri Türkiyəli nazir Azərbaycana təşəkkür etdi

Türkiyəli nazir Murat Kurum rəsmi X hesabında paylaşım edərək Azərbayc

arrow Ətraflı