Zərərçəkmiş: 23 nəfəri gözümün qarşısında diridiri basdırdılar FOTO


Siyasət 08 May 2025 17:10:00 80 0

Zərərçəkmiş: 23 nəfəri gözümün qarşısında diridiri basdırdılar  FOTO

Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində Kəlbəcər rayonunun işğalı zamanı girov götürülən zərərçəkmiş şəxs Zabil Səfərov ifadə verib

.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, Z.Səfərov ifadəsində 1993-cü aprel 4-də Ermənistan silahlı qüvvələrinin Kəlbəcərə girdiyini, onları mühasirəyə aldığını deyib.

"Ermənilər məni tanka mindirib aparanda nənəm yalvardı ki, uşağı məndən ayrmayın. Amma onlar buna məhəl qoymadı. Bundan sonra nənəmi "nə vaxtsa bizim ordu bu torpaqları alacaq" sözünə görə orada öldürdülər. Nənəmi öldürəndən sonra məni Kəlbəcərin Vəng kəndinə gətirdilər. Orada da bizə işgəncə verib, sonra rayona gətirdilər", - deyə o bildirib.

Zərərçəkmiş şəxs xatırlayıb ki, Ermənistan silahlı qüvvələrinin hərbçiləri girov götürdükləri azyaşlı, qadın, qız-gəlini təhqir edir, qoca, uşaq demədən hamıya işgəncələr verir, onları qətlə yetirirdilər.

"Ermənilər şişi qızdırıb bizim əsgərin bədənini yandırdılar. Həmçinin birinin qulağını kəsdilər.

Mən Şuşa "türmə"sində olarkən birinin bədənini yandırdıqlarını, xaç işarəsi qoyduqlarının şahidi oldum. Ermənilərin bir neçə azərbaycanlını döyərək öldürdüklərini gördüm.

Həmçinin onlar 23 nəfəri gözümün qarşısında diri-diri basdırdılar, sadəcə, başları çöldə qalmışdı.

Ermənilər azərbaycanlılara o qədər işgəncə verirdilər ki, onlar dözə bilməyərək özünü öldürürdülər.

Ermənistan ordusunun hərbçiləri qəbiristanlıqlarımızı talan edir, meyitləri qəbirdən çıxarıb qarət edib, təhqir edirdilər.

Mənə edilən işgəncələrə görə sağ qulağım yaxşı eşitmir, gözümdə zəiflik yaranıb. Dişlərimi qırdılar", - deyə Z. Səfərov diqqətə çatdırıb.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.

 
Sürücülərin diqqətinə!  Sabahdan bu yol tam bağlanır like
  • 08 May 17:06  
Digərləri Sürücülərin diqqətinə! Sabahdan bu yol tam bağlanır

Bakıda Əhməd Rəcəbli küçəsi tam bağlanır.

arrow Ətraflı
Azərbaycanda bu kanalın adı dəyişdirildi like
  • 08 May 16:53  
Digərləri Azərbaycanda bu kanalın adı dəyişdirildi

"İctimai Televiziya və Radio Yayımları Şirkəti"nin müraciəti �

arrow Ətraflı
"Botoks etdirdim, biabır oldum" like
  • 08 May 16:47  
Şou-biznes "Botoks etdirdim, biabır oldum"

Ötən il estetik prosedurları ilə gündəmdən düşməyən Rafet El Roman ye

arrow Ətraflı
Bir qrup şəxsə Azərbaycan Prezidentinin fərdi təqaüdü verilib like
  • 08 May 16:26  
Siyasət Bir qrup şəxsə Azərbaycan Prezidentinin fərdi təqaüdü verilib

Bir qrup mədəniyyət və elm xadiminə Azərbaycan Respublikası Prezidentinin

arrow Ətraflı
Avtomobil almaq istəyənlər üçün şans  dövlət maşınları hərracda like
  • 08 May 16:20  
Digərləri Avtomobil almaq istəyənlər üçün şans dövlət maşınları hərracda

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX)

arrow Ətraflı
Qobustan Qoruğuna giriş bahalaşır  YENİ QİYMƏTLƏR like
  • 08 May 16:06  
Digərləri Qobustan Qoruğuna giriş bahalaşır YENİ QİYMƏTLƏR

Qobustan Milli Tarix-Bədii Qoruğuna giriş biletlərinin qiymətləri 1 iyun 2

arrow Ətraflı
Türkiyəli nazir Azərbaycana təşəkkür etdi like
  • 08 May 15:51  
Digərləri Türkiyəli nazir Azərbaycana təşəkkür etdi

Türkiyəli nazir Murat Kurum rəsmi X hesabında paylaşım edərək Azərbayc

arrow Ətraflı
“Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda elmipraktiki seminar keçirilib  FOTO like
  • 08 May 15:40  
Kriminal “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda elmipraktiki seminar keçirilib FOTO

Xalqımızın çoxəsrlik mədəniyyət tarixinin əbədiyaşarlığında və in

arrow Ətraflı
Manaf oğullarından ŞİKAYƏTLƏNDİ: heç maraqlanmırlar da... like
  • 08 May 15:32  
Şou-biznes Manaf oğullarından ŞİKAYƏTLƏNDİ: heç maraqlanmırlar da...

Müğənni Manaf Ağayev açıqlaması ilə diqqət çəkib.

arrow Ətraflı
Genlərə əl dəymədən müdaxilə: Yeni dövrün biotexnologiyası like
  • 08 May 15:24  
Digərləri Genlərə əl dəymədən müdaxilə: Yeni dövrün biotexnologiyası

Genetik mühəndislik və molekulyar biotexnologiya sahəsində son illərdə qe

arrow Ətraflı
"Şərurlu İsfəndiyar"la bağlı qərar verildi like
  • 08 May 15:17  
Digərləri "Şərurlu İsfəndiyar"la bağlı qərar verildi

Xüsusi ittiham qaydasında məhkəməyə verilən "Şərur MTK"nın s

arrow Ətraflı
İlham Əliyev XXVIII Avrasiya İqtisadi Zirvə Toplantısının iştirakçılarına müraciət ünvanlayıb like
  • 08 May 15:14  
Siyasət İlham Əliyev XXVIII Avrasiya İqtisadi Zirvə Toplantısının iştirakçılarına müraciət ünvanlayıb

Azərbaycan Prezidenti İlham Əliyev XXVIII Avrasiya İqtisadi Zirvə Toplantı

arrow Ətraflı