"Şərurlu İsfəndiyar"la bağlı qərar verildi
Digərləri 08 May 2025 15:17:00 80 0
Xüsusi ittiham qaydasında məhkəməyə verilən "Şərur MTK"nın sahibi İsfəndiyar Axundovla bağlı ("Şərurlu İsfəndiyar") növbəti məhkəmə prosesi keçirilib.
Bu xəbəri də oxu: Oğuzda ağır qəza xəsarət alanlar var VİDEO
Son.az APA-ya istinadən xəbər verir ki, bu gün Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə xüsusi ittiham qaydasında şikayət verən Emil Səməndərovun müdafiəçisi Asim Abbasov vəsatətlə çıxış edib.
O, İsfəndiyar Axundovun məhkəməyə məcburi gətirilməsini istəyib və gələcəkdə məsuliyyətdən yayınmaq üçün ölkədən çıxma ehtimalını nəzərə alaraq, ölkədən çıxışına qadağa qoyulması ilə bağlı vəsatət verib.
Vəkil deyib ki, təqsirləndirilən İsfəndiyar Axundov məhkəməyə hörmətsizlik edərək üzrlü səbəb olmadan prosesdə iştirak etməkdən yayınıb.
Məhkəmə vəsatətin baxılmamış saxlanılması barədə qərar qəbul edib.
Məhkəmənin növbəti prosesi mayın 13-də keçiriləcək.
Qeyd edək ki, İsfəndiyar Axundov barəsində Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə xüsusi ittiham qaydasında şikayət edilib.
Azərbaycan Prezidenti İlham Əliyev XXVIII Avrasiya İqtisadi Zirvə Toplantı

Kəlbəcər rayonunun Zar kəndində fərdi yaşayış evlərinin tikintisinə s

11 may 2025-ci il tarixinədək Umico kredit xətti istifadəçiləri üçün x�

Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin

"Nar"ın baş icraçı direktoru Qunnar Panke Azərbaycan Texnologiya

Pakistan xalqı 7 may gecəsi Hindistan Hərbi Hava Qüvvələrinin kütləvi ha

Əməkdar artist Babək Niftəliyev ilə bağlı şok iddia səslənib.

Türkiyənin Sivas şəhərində məktəbdə baş verən dəhşətli zorakılıq

Türkiyənin "Turkish Airlines" aviaşirkəti Pakistana mayın 8 və 9

Türkiyənin məşhur sənətçisi Hadisə həm şəxsi həyatı, həm də səh

Moskvanın Vnukovo hava limanında uçuşlarını gözləyən insanlar yerdə

Hindistan və Pakistan arasında artan gərginlik Asiyada müdafiə şirkətlər

Qobustan Rayon Mərkəzi Xəstəxanasının əməkdaşı vəfat edib.
