HindistanPakistan gərginliyindən ən qazanclı çıxan onlar oldu
Dünya 08 May 2025 13:30:00 77 0
Hindistan və Pakistan arasında artan gərginlik Asiyada müdafiə şirkətlərinin səhmlərini bahalaşdırıb.
Bu xəbəri də oxu: Paşinyan parlamentdə deputata hücum çəkdi
Son.az xəbər verir ki, iki ölkə arasında son toqquşmalar fonunda Asiyanın müdafiə və aerokosmik sənaye şirkətlərinin dəyəri sürətlə yüksəlib. İnvestorlar regionda müdafiə xərclərinin artacağı gözləntisi ilə bu şirkətlərin səhmlərinə böyük maraq göstərib.
Mütəxəssislər hesab edir ki, bölgədə artan hərbi risklər Asiyada müdafiə şirkətlərinə yatırımları daha da artıracaq. Təkcə 6-7 may tarixlərində Cənubi Koreya şirkəti Hanwha Aerospace səhmləri 8,8 faiz, HLB Co isə 2,4 faiz bahalaşıb. Yaponiyanın Mitsubishi Heavy şirkətinin dəyəri 1,9 faiz, HD Hyundai Heavy Industries 1,7 faiz, Sinqapurun ST Engineering 1,3 faiz, Çin şirkəti AVIC Xi'an isə 1 faiz yüksəlib.
Buna qarşılıq olaraq, ABŞ və Avropa müdafiə şirkətləri bazarda fərqli nəticə göstərib. ABŞ-nin Lockheed Martin səhmləri 0,7 faiz, L3 Harris isə 0,8 faiz artıb. Avropada isə İsveçin Saab şirkəti 0,2 faiz, Fransanın Thales və İtaliyanın Leonardo şirkətləri 0,4 faiz, ABŞ-ın General Dynamics və RTX Corporation isə 0,4-0,5 faiz dəyər itirib. Almaniyanın Rheinmetall 0,7, Airbus 1,3, Britaniyanın Rolls-Royce 2, BAE Systems 2,3, Lufthansa 3,9 və Fransanın Dassault Aviation şirkətinin səhmləri isə 5,2 faiz ucuzlaşıb.
İsmayıl Son.az
Qobustan Rayon Mərkəzi Xəstəxanasının əməkdaşı vəfat edib.

Demək olar ki, hər kəs pulun bakteriyalar üçün ideal mühit olduğunu azı

2025-ci il mayın 5-də Aralıq dənizinin mədəni incisi olan Alanya şəhəri

"Nvidia" yeni "GeForce" RTX 5060 videokartının satış tar

Hacıqabulda "Mercedes Vito" markalı nəqliyyat vasitəsi qəzaya dü

Məşhur Şəki restoranı sökülür.

Əməkdar artist Vasif Məhərrəmli maraqlı açıqlamalar verib.

Azərbaycan-Vyetnam Biznes Şurasının yaradılmasına dair KOBİA və VINEN ar

Ermənistan Milli Məclisində bu gün gərgin anlar yaşanıb. Baş nazir Niko
